"İKT ili" çərçivəsində "Respublikada "Elektron hökumət": mövcud vəziyyət, problemlər, perspektiv və gözləntilər" mövzusunda məqalə
"İKT ili" çərçivəsində "Respublikada "Elektron hökumət": mövcud vəziyyət, problemlər, perspektiv və gözləntilər"
Yaşadığımız XXI əsr İnformasiya Kommunikasiya Texnologiyalarının özünün pik nöqtəsinə çatdığı , İKT –nin hər kəsin ayrılmaz dostuna çevrildiyi bir dövrdür. 2013-cü il İKT ili elan olunub və bu gün artıq texnologiyalar çağımızın vaz keçilməz hissəsinə çevrilib.Eləcə də hər yeni inkişaf müəyyən dərəcədə həyatımızın dəyişməsinə səbəb olur.XXI əsrdə hər mənada güclü, ağıllı, intellektual insan olmağın yolu düzgün alınan informasiyadan keçir. Niyə məhz informasiya? Bu gün informasiya həm bilik, həm təcrübə, həm də karyera deməkdir. Müasir dünyada isə informasiya deyəndə ilk olaraq fikrimizə internet gəlir.
İnternet bütün dünyada kütləvi olaraq yayıldıqdan sonra qloballaşmanın məntiqinə uyğun olaraq sanki bütün dünya kiçilərək vahid informasiya sisteminin ətrafında qruplaşıb. Bu qlobal sistemdə kim informasiyaya daha yaxındırsa, kim informasiyadan daha səmərəli istifadə edə bilirsə O da daima irəlidədir. Bu gün güclü, ağıllı, intellektual olmağın yolu internetə və informasiyaya yaxınlıqdan, bütövlükdə cəmiyyət olaraq informasiya cəmiyyətinə qoşulmaqdan gedir.Bu gün “internet” sözü “sürət” sözünə paralel olaraq istifadə olunur.
İnsan həyatının hər bir sahəsində innovasiya proseslərinin getdiyi günümüzdə E-Azərbaycan, Elektron Hökumət, E-Təhsil, E- Məktəb, E-Müəllim, E-Dərslik, E-Dərs, E-Kitab, E-Jurnal, E-İmza, E-xəritə, E- poçt ,E-məktub, E-Xidmət , E-Ticarət və sairə ifadələr gündəlik həyatımızda müntəzəm işlətdiyimiz və istifadə etdiyimiz məfhumlara çevrilmişdir.Son illər ölkəmizdə müxtəlif sahələrdə məqsədyönümlü inkişaf siyasəti müəyyənləşdirilmiş və uğurla həyata keçirilməkdədir.Mövcud informasiya sistemləri və ehtiyatları arasında səmərəli məlumatlandırma mübadiləsinin təmin olunması, eyni məlumatların müxtəlif mənbələrdə formalaşmasını aradan qaldırmaq üçün artıq vahid informasiya portalları yaradılır və istifadəyə verilir.Artıq bir neçə ildir ki, inkişaf etmiş ölkələrdə demokratiyanın inkişaf etməsinə stimul verən amillərdən biri və əsası Elektron Hökumət (ingilis dilində E-Government) formalaşdırılması hesab olunur.
“E-Hökumət” nədir?
Bəzilərimiz üçün bu məfhum hələ də aydın deyil.Ölkəmizdə formalaşan elektron hökumət beynəlxalq təcrübəyə əsaslanır və Azərbaycan Respublikası prezidentinin “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramının (Elektron Azərbaycan) təsdiq edilməsi haqqında sərəncamına əsasən yaradılmışdır və cəmiyyətdə şəffaflığı inkişaf etdirən mühüm amillərdən biri E-hökumətin formalaşdırılmasıdır.Elektron Hökumət anlayışı ilə yanaşı işlənən Elektron imza isə qlobal aləmdə şəxsiyyəti müəyyənləşdirmə vasitəsidir.
Elektron imza anlayışı ümumi xarakter daşıyır. İnsanların əl imzalarının rəqəmli çeviricilərdən keçirilmiş, barmaq izləri, səs kimi bioloji əlamətlərinin və s. elektron halda kimliklərinin doğrulanmasını təmin edən vasitədir. Elektron imza elektron sistemdə imzanın malik olduğu bütün işləri yerinə yetirən, elektron sertifikat vasitəsilə bir elektron məlumata əlavə edilən və məlumatı göndərəni təyin edən bir ədədi koddur.
|