|
İKT anlayışı. Təhsildə tətbiq edilən İKT vasitələriBog'liq İKTİKT anlayışı. Təhsildə tətbiq edilən İKT vasitələri
1. Aparat vasitələri (kompüter, printer, proyektor, elektron lövhə, lokal şəbəkə,
qlobal şəbəkəyə çıxışı təmin edən vasitələr və s.)
2. Proqram vasitələri (öyrədici proqramlar, elektron dərsliklər, testlər,
trenajorlar, didaktik oyunlar və s.)
Təhsildə istifadə olunan İKT vasitələri dedikdə həm bu məqsədə xidmət edən
elektron aparat, həm də proqram təminatı başa düşülür.
Aydındır ki, İKT-ailəsinin ən əsas qurğusu komputerdir. Kompüter dedikdə, sistem
bloku və ona əlavə edilən giriş-çıxış qurğuları – klaviatura, monitor və mouze kimi
vacib qurğular dəsti başa düşülür. Kompüter dəsti İKT avadanlığının təhsilə tətbiqi
üçün əsas rol oynayan vasitədir. Lakin, bununla yanaşı İKT-nin təhsilə tətbiqi
məqsədilə təyinatından aslı olaraq aşağıdakı qurğulardan (periferiya qurğularından)
da istifadə olunur:
- Printer: Kompüterin xarici qurğusu olub, informasiyanı kağız üzərində çap
etmək üçündür. İnformasiyanın çıxışa verilməsi üsuluna görə printerlər 2 qrupa
bölünür. Simvollu və qrafiki. Simvollu printerlər sətrdəki ayrı-ayrı simvolları
bütöv şəkildə çap başlığına ötürür. Qrafiki printerlərdə məlumat simvollar şəklində
deyil, ayrı-ayrı nöqtələr şəklində çıxışa ötürülür. Müasir çap qurğuları əsasən laser
texnologiyası üzərində qurulan printerlərdir. Bu printerlərin keyfiyyət göstəriciləri
daha yüksək olur. Bundan əlavə şırnaqlı printerlər də geniş yayılmışlar. Bu
printerlər əsasən rəngli təsvirlərin kagız üzərinə köçürülməsi üçün daha
əlverişlidirlər.
- Skaner: Fərdi kompüterin xarici qurğusu olub kağız üzərində olan mətn, şəkil və
digər bu tipli məlumatları kompüterə daxil etmək üçündür;
- Mikrofon: Səsin elektrik siqnallarına çevrilməsini təmin edən giriş qurgusudur.
Mikrofonun köməyi ilə audio məlumat kompütə daxil edilir.
- Veb kamera: video informasiyanı kompüterə daxil edən giriş qurgusudur.
|
| |