Əməliyyat sistemləri sistem proqram təminatının əsasını təşkil edib,
onun vacib
elementlərindən biridir. Əməliyyatlar sistemi kompyuter işə düşərkən yerinə
yetirilməyə başlayır. Kompyuterin bütün hissələrinin işləməsini təmin edir,
informasiyanı idarə edir. Əməliyyat sistemi məlumatların saxlanması və onun
emalının idarə edilməsi ilə yanaşı istifadəçi üçün də interfeysə malikdir.
Şəbəkə ƏS lokal və qlobal kompyuter şəbəkələrinin meydana gəlməsilə əlaqədar
istifadəçinin hesablama şəbəkəsinin bütün resurslarına müraciəti təmin edir.