|
Əməliyyat sistemi anlayışı Sistem proqram təminatı Tətbiqi proqram təminatı
|
bet | 1/17 | Sana | 15.05.2024 | Hajmi | 0,65 Mb. | | #234247 |
Bog'liq ƏS cavablar
Əməliyyat sistemi kompüterin bütün elementlərinin iş qabiliyyətini təmin edən proqramlar toplusudur. Bu proqramlar çoxlu sayda müxtəlif əməliyyatları yerinə yetirir. Kompüter işə salınarkən yüklənir və onun köməyilə kompüterin işi idarə olunur. Kompüter işə salındıqda əməliyyat sistemi başqa proqramlara nəzərən ilkin olaraq əməli yaddaş qurğusuna yüklənir və o digər proqramların işləməsi üçün mühit yaradır.
Sizi bir sual maraqlandıra bilər, bu əməliyyat sistemi təkcə kompüterdə olurmu? – Xeyr, kompüterlə yanaşı
telefonların, pay-pal qurğularının və.s qurğularda əməliyyat sistemi mövcud olur. Əməliyyat sistemi qurğu ilə istifadəçi arasında interfeys yaradır.
1)Əməliyyat sistemi anlayışı 3)Sistem proqram təminatı 4)Tətbiqi proqram təminatı
Tətbiqi proqram təminatı (TPT) istifadəçinin hər hansı məsələni həll etmək məqsədilə yaradılır. TPT sistem proqram təminatının, xüsusən ƏS-nin idarəsi altında işləyir. Tətbiqi proqram paketləri (TPP) istifadəçi tərəfindən həll edilən məsələnin avtomatlaşdırılması üçün çox güclü alətdir və praktiki olaraq, onu informasiyanın emalında kompüterin bu və ya digər funksiya və prosedurlarının necə yerinə yetirilməsini bilməkdən azad
edir. Hal-hazırda, öz funksional imkanlarına və reallaşdırma üsullarına görə fərqlənən çox geniş spektrli TPP mövcuddur.
TPP – müəyyən olunmuş sinif məsələlərin həlli üçün təyin olunmuş kompleks proqramlardır. TPT– nin tərkibinə müxtəlif aşağıdakı TPP daxildir:
− ümumi təyinatlı (universal);
− üsulyönlü;
− problemyönlü;
− qlobal kompüter şəbəkələri üçün.
Ümumi təyinatlı TPP – istifadəçinin funksional məsələlərinin və informasiya sistemlərinin hazırlanması və istismarının avtomatlaşdırılması üçün təyin olunan universal proqram məhsuludur.Bu tip TPP-yə aşağıdakılar aiddir:
− mətn redaktorları və prosessorları;
− elektron cədvəllər və cədvəl prosessorları;
− qrafiki redaktorlar;
− nəşriyyat sistemləri;
− tərcümə və lüğət proqramları;
− mühasibat proqramları;
− verilənlər bazasının idarəetmə sistemləri (VBİS);
− inteqrallaşdırılmış paketlər;
− ekspert sistemləri və s.
|
| |