|
Bu rejimdə əməliyyat sisteminin nüvə kodu işləyir və o, ünvan fəzasında və onu çağıran
|
bet | 7/17 | Sana | 15.05.2024 | Hajmi | 0,65 Mb. | | #234247 |
Bog'liq ƏS cavablarBu rejimdə əməliyyat sisteminin nüvə kodu işləyir və o, ünvan fəzasında və onu çağıran
məsələ kontekstində icra olunur. Beləliklə, əməliyyat sisteminin nüvəsi istifadəçi proqra-mının yaddaşına tam müraciətə malik olur və sistem çağrışında kifayət edər ki, çağırış parametrli bir və ya bir neçə yaddaş sahələrinin ünvanı və çağırış nəticələri üçün isə bir və ya bir necə sahələr ünvanları ötürülmüş olsun. Əksər əməliyyat sistemlərində sistem çağrışı proqram kəsilmənin əmri (İNT) ilə həyata keçirilir. Proqram kəsilməsi – bu, sinxron hadisə olub, eyni bir proqram kodu yerinə yetirildikdə, təkrar oluna bilər.
Kəsilmələr
Kəsilmə (hardware interrupt) – bu, hadisə olub, xarici (prosessora görə münasibətdə) qurğu
tərəfindən generasiya olunur. Aparat kəsilmələri vasitəsilə aparatura ya mərkəzi prosessoru
xəbərdar edir ki, o dəqiqə reaksiya verilməli olan hər hansı bir hadisə (məsələn, istifadəçi düyməni sıxmışdır) baş vermişdir, ya da ki, giriş-çıxışın asinxron əməliyyatının (məsə-lən, diskdən əsas yaddaşa verilənlərin oxunması bitmişdir) bitməsi haqqında məlumatı verir. Aparat kəsilmələrinin vacib tipi – taymer kəsilmələri təşkil edir ki, o, qeyd olunmuş vaxt aralarında müntəzəm olaraq, generasiya olunur. Taymer kəsilmələrindən proseslərin planlaşdırılmasında əməliyyat sistemi istifadə edir. Aparat kəsilmələrinin hər bir tipi kəsilmə mənbəini bir mənalı təyin edən özünün nömrəsinə malik olur. Aparat kəsilməsi – bu, asinxron hadisədir, yəni, o, həmin anda prosessorun hansı kodu icra etməsindən asılı olmayaraq, əmələ gəlir. Aparat kəsilməsinin emalı hansı prosesin cari olmasını nəzərə almamalıdır.
Xüsusi vəziyyətlər
Xüsusi vəziyyət (exception) – hadisə olub, hər hansı bir səbəbdən, sona qədər yerinə
yetirilə bilinməyən proqram əmrinin yerinə yetirilmə cəhdi nəticəsində əmələ gəlir. Bu cür
əmrlərə, kifayət qədər imtiyaza malik olmayanın resursa müraciət etmə cəhdləri və ya yaddaşın olmayan səhifəsinə müraciəti kimi misalları göstərmək olar. Xüsusi vəziyyət, sistem çağrışları kimi, sinxron hadisələr olub, cari məsələnin kontekstində əmələ gəlirlər. Xüsusi vəziyyətləri düzələn və düzəlməyən kimi 2 yerə bölmək olar. Düzələnlərə, məsələn, əməli yaddaşda lazımi informasiyanın olmaması kimi xüsusi vəziyyətlər aiddirlər. Düzələn xüsusi vəziyyətin səbəblərini aradan qaldırdıqdan sonra, proqramın yerinə yetirilməsi davam edir. Əməliyyat sisteminin iş prosesində düzələn xüsusi vəziy-yətin əmələ gəlməsi normal hadisə kimi qəbul olunur. Düzələ bilinməyən xüsusi vəziyyət çox vaxt proqramlarda olan (məsələn, sıfra bölünmə) səhvlər nəticəsində əmələ gəlirlər. Adətən, belə hallarda əməliyyat sistemi xüsusi vəziyyətin gəlməsinə səbəb olan proqramı bitirməklə, reaksiya verir.
Fayllar Fayllar xarici daşıyıcılarda informasiyanın saxlanılması üçün təyin olunmuşdur, yəni, belə qəbul olunmuşdur ki, infor-masiya, məsələn, diskə yazılmışsa, fayl daxilində olmalıdır. Adətən, fayl dedikdə, informasiya daşıyıcında fəzanın ada malik olan hissəsi başa düşülür.
|
| |