|
Əməliyyat sistemi anlayışı Sistem proqram təminatı Tətbiqi proqram təminatı
|
bet | 17/17 | Sana | 15.05.2024 | Hajmi | 0,65 Mb. | | #234247 |
Bog'liq ƏS cavablar.wav” – səs tipli faylı göstərir.
“.bmp” – rəsm tipli faylı göstərir.
“.jpg” – statik təsvir tipli faylı göstərir.
“.gif” – animasiya tipli faylı göstərir.
“.xls” və “.xlsx” – elektron cədvəl faylını göstərir.
“.mdb”, “.accdb” və “.dat” – verilənlər bazası faylını göstərir.
“.ppt”, “.pptx” – təqdimat faylını göstərir.
“.bas” – Basic dilində ilkin proqram faylıdır.
“.pas” – Paskal dilində ilkin proqram faylıdır.
“.bak” – faylın surətini göstərir.
“.sys” – sistem faylını göstərir.
“.c” – c dilində ilkin proqram faylıdır.
“.asm” – assembler dilinin proqram faylıdır.
“.tmp” – əməliyyat sistemi və ya proqram tərəfindən müvəqqəti yaradılan fayldır.
“.dll ”, “.lib”, “.obj” - kitabxana fayllarını göstərir.
“.hlp” – məlumat, kömək faylını göstərir.
“.html”, “.htm” – internet sənədinın formatını ifadə edir.
“.pst”, “.pab” – elektron poçtu ifadə edir.
“.wav”, “.mp3”, “.mid” – rəqəm formatında olan səs fayllarını göstərir.
“.avi”, “.mpg”, “.vob” – rəqəm formatında olan video fayllarını göstərir.
“.zip”, “.rar”, “.arj”, “.tar”, “.jar”, “.cab”, “.lrh” – arxiv fayllarının genişlənməsini
göstərir.
Qovluqlar Faylların yaddaşda saxlanılması üçün daha səmərəli olan kataloqlaşdırılmış strukturdan istifadə edilir. Yəni fayllar kompüter yaddaşında kataloqlarda saxlanılır. Kataloq diskdə müəyyən meyara görə birləşmiş fayllar qrupuna deyilir. Windows ailəsindən olan əməliyyat sistemlərində bu termin əvəzinə “folder (папка/qovluq)” terminindən istifadə edilir. Beləliklə, Windows əməliyyat sistemində faylların ən əlverişli formada saxlanılması və nizama salınması üçün qovluqlardan istifadə olunur. Fayllar kimi qovluqların da adları olur. Qovluqlara adlar verilərkən faylların adları üçün nəzərdə tutulan qaydalara əməl edilməlidir. Beləliklə, qovluq müəyyən fayllar qrupuna deyilir. Hər bir diskdə çoxlu sayda qovluq ola bilər. Qovluq daxilində yalnız fayllar yox, həmçinin başqa qovluqlar da saxlanıla bilər. Yəni, qovluqlar bir-birinin içərisində yerləşdirilə bilər və bu proses davam etdirildikcə bir-birinin daxilində olan qovluqlar ardıcıllığı alınır. Bununla da qovluqların ağac şəkilli – iyerarxik strukturu yaranır. Deməli, fayllar məntiqi olaraq kompüter yaddaşında ağac şəkilli struktura malik olan qovluqlarda və ya diskin kök kataloqunda saxlanılır. Fayl və qovluğu bir-birindən çox asanlıqla fərqləndirmək olur. Belə ki, qovluqların adında genişlənmə olmur və onlar Windows əməliyyat sistemində xüsusi işarə ilə – piktoqramla əks olunur.
13)Çox məsələliyin həyata keçirilməsi.
Çox prosessorlu emal olunma. Real vaxt sistemləri
Çox məsələliyin həyata keçirilməsi
Eyni zamanda yerinə yetirilən məsələlərin sayına görə əməliyyat sistemlərini iki sinfə bölmək olar: -çox məsələli (Unix, OS/2, Windows); -bir məsələli (məsələn, MS-DOS). Çox məsələli əməliyyat sistemi, resursların paylaşdırılma və rəqabət problemlərini həll edərək, tam şəkildə multiproqram rejimini həyata keçirir. Vaxt bölüşdürülməsi ideyasını özündə həyata keçirərək, çox məsələli rejim sıxışdırıb çıxartmaq (preemptive) adlanır. Hər bir proqrama prosessor vaxtının kvantı ayrılır, həmin vaxt bitdikdən sonra, idarə digər proqrama ötürülür. Belə deyirlər ki, birinci proqram sıxışdırılıb çıxarılmışdır. Sıxışdırılıb çıxa-rılmış rejimində əksər kommersiyalı əməliyyat sistemlərinin istifadəçi proqramları işləyirlər. Bəzi əməliyyat sistemlərində (məsələn, Windows 3.11) istifadəçi proqramı prosessoru inhisara ala bilər, yəni, sıxışdırılıb çıxarılmamış rejimdə işləyə bilər. Bir qayda olaraq, əksər sistemlərdə əməliyyat sisteminin öz kodu sıxışdırılıb çıxartmağa məruz qala bilməz. Məsul proqramlar, xüsusi halda, real vaxt məsələləri, həmçinin, sıxışdırılıb çıxartmağa məruz qala bilməzlər. Göstərdiyimiz misallar əsasında təsnifatlanmanın təqribi olmasını göstərmək olar. Belə ki, MS DOS əməliyyat sistemində qızlıq məsələsinin işə salınmasını və yaddaşda eyni zamanda iki və daha çox məsələlərin olmasını təşkil etmək olar. Lakin, bu əməliyyat sistemi ənənəvi olaraq, bir məsələli hesab olunur, çünki, burada mühafizə mexanizmləri və kommunikasiya imkanları olmurlar.
Çox prosessorlu emal olunma
Bu yaxınlara qədər hesablama sistemləri bir mərkəzi prosessora malik idilər. Məhsuldarlığın artırılmasına qarşı irəli sürülən tələblər nəticəsində əmrlərin paralel yerinə yetirilmə-sini həyata keçirən və ümumi təyinatlı iki və daha çox prosessorlardan təşkil olunmuş çox prosessorlu sistemlər əmələ gəldi. Multiprosesləşdirməni dəstəkləmək əməliyyat sistemləri-nin ən vacib xassəsi olub, bu, resurslar idarəsinin bütün alqoritmlərinin mürəkkəbləşməsinə gətirib çıxarır. Çox proses-sorlu emal olunma Linux, Solaris, Windows NT və bir sıra digər əməliyyat sistemlərində həyata keçirilmişdir. Çox prosessorlu əməliyyat sistemləri simmetrik və asimmetrik olaraq 2 yerə bölünürlər. Simmetrik ƏS-də hər bir prosessorda eyni bir nüvə işləyir və məsələ istənilən prosessorda yerinə yetirilə bilər, yəni, emal olunma tam şəkildə mərkəzləşdirilmişdir. Bu halda prosessorların hər birinə bütün yaddaş açıq olur. Asimmetrik ƏS-də prosessorlar bərabər hüquqlu olmur-lar. Adətən, baş prosessor (master) və tabeçilikdə olanlar (slave) mövcud olur, onların yüklənilməsini və iş xarakterini baş prosessor təyin edir.
Real vaxt sistemləri
Çox məsələli ƏS tərkibinə paket sistemləri və vaxta görə, bölünmə sistemləri ilə bərabər, bu vaxta qədər yada salınmayan, həmçinin, real vaxt sistemləri daxil olurlar. Onlar müxtəlif texniki obyektlərin və ya texnoloji proseslərin idarə olunması üçün istifadə olunurlar. Bu cür sistemlər xarici hadisəyə müəyyən hədd hüdudunda buraxıla bilən reaksiya vaxtı ilə xarakterizə olunurlar, bu vaxt müddə-tində obyekti idarə edən proqram yerinə yetirilməlidir. Sistem, daxil olan verlənləri onların daxil olduğu vaxtdan daha cəld emal etməli və bunu bir neçə mənbələrdən eyni vaxtda əldə etməlidir. Bu cür sərt məhdudiyyətlər real vaxt sisteminin arxitekturasına təsir göstərir, məsələn, onlarda virtual yaddaş olmur və onun dəstəkləməsi proqramın yerinə yetirilməsində əvvəlcədən söylənilə bilinməyən gecikmələr verir.
14)Kompüter arxitekturası barəsində əsas məlumatlar. Kompüterin bəzi komponentləri
Kompüterin əsas aparat komponentləri bunlardırlar: əsas yaddaş, mərkəzi prosessor və periferiya qurğuları. Öz aralarında verilənlər mübadiləsi üçün bu komponentlər magistral adlanan naqillər qrupu ilə birləşmişlər
Əsas yaddaş ikilik kodunda proqram və verilənlərin yadda saxlanılması üçün istifadə olunur və hər birisi unikal rəqəmsal ünvana malik olan nizamlanmış massiv xanaları şəklində təşkil olunmuşdur. Bir qayda olaraq, xananın ölçüsü bir bayt təşkil edir. Əsas yaddaş üzərində tipik əməliyyatlar – müəyyən ünvanlı xana tərkibinin oxunması və oraya yazılması-dır. Verilənlərlə müxtəlif əməliyyatların yerinə yetirilməsi kompüterin təcrid olunmuş hissəsi olan və mərkəzi prosessor adlanan komponentlə yerinə yetirilir. Mərkəzi prosessor, həmçinin, informasiyanı yadda saxlayan və registr adlanan xa-nalara malik olur. Onları ümumi təyinatlı və xüsusiləşdirilmiş registrlərə bölürlər. Müasir kompüterlərdə registrin tutumu adətən, 4-8 bayt olur. Ümumi təyinatlı registrlər verilənlərin və əməliyyatlar nəticələrinin müvəqqəti saxlanılması üçün istifadə olunurlar. İnformasiyanın emalı üçün adətən, yaddaş xanaların-dan ümumi təyinatlı registrlərə informasiyanın ötürülməsi, mərkəzi prosessor tərəfindən əəməliyyatların yerinə yetirilməsi və əməliyyat nəticələrinin əsas yaddaşa ötürülməsi təşkil olunur. Xüsusiləşdirilmiş registrlər prosessor işinin nəzarəti üçün istifadə olunurlar. Ən vacibləri aşağıda verilmişdir: proqram sayğacı, əmrlər registri və proqramın vəziyyəti barəsində informasiyaya malik olan registr. Proqramlar maşın əmrləri ardıcılığı şəklində saxlanı-lırlar ki, onları da mərkəzi prosessor yerinə yetirməlidir. Hər bir əmr əməliyyat sahəsindən və operandlar sahələrindən, yəni, həmin əməliyyatın yerinə yetirildiyi verilənlərdən ibarət olur. Maşın əmrlərinin bütün toplusu maşın dili adlanır. Proqramın yerinə yetirilməsi aşağıdakı kimi həyata keçirilir. Proqram sayğacının göstədiyi maşın əmri yaddaşdan oxunur və əmrlər registrinə surəti köçürülür. Burada o, dekodlaşdırılır və bundan sonra icra olunur. Əmr yerinə nyetirildikdən sonra, proqram sayğacı növbəti əmri göstərir. Bu hərəkətlər maşın tsikli adlanır və sonra təkrar olunurlar.
15)Periferiya qurğuları ilə qarşılıqlı əlaqə
Periferiya qurğuları informasiyanın daxil edilməsi və çıxışa verilməsi üçün təyin olunmuşdur. Hər bir qurğu, adətən, öz tərkibində kontroller və ya adapter adlanan xüsusiləşdirilmiş kompüterə malik olur. Kontroller ana platasındakı kontaktlar sisteminə salındıqda, o, şinə qoşulur və unikal nömrə (ünvan) əldə edir. Bundan sonra, kontroller şin üzrə gedən siqnalları müşahidə edir və ona ünvanlanan siqnallara cavab verir. Giriş-çıxışın istənilən əməliyyatı mərkəzi prosessor ilə kontrolller qurğusu arasında dialoqu nəzərdə tutur. Hər hansı bir proqramın tərkibinə daxil olan və giriş-çıxışla əlaqəli olan əmr ilə prosessor rastlaşdıqda, o, kontroller qurğusuna siqnalları göndərərək, onu yerinə yetirir. Bu, proqramlaşdırılan giriş-çıxış adlanır. Öz növbəsində, xarici qurğulardakı istənilən dəyişikliklər siqnalın qurğudan mərkəzi prosessora ötürülməsi nəticə-sində baş verir. Mərkəzi prosessorun nöqteyi-nəzərindən, bu asinxron hadisədir və onun reaksiyasını tələb edir. Bu cür hadisəni aşkarlamaqdan ötrü, prosessor, maşın tsiklləri arasında siqnalı generasiya edən qurğunun tipi barəsində informasiyaya malik olan xüsusi registri sorğu edir. Əgər siqnal baş vermişsə, o zaman mərkəzi prosessor həmin qurğu üçün spesifik olan proqramı yerinə yetirir ki, o da bu hadisəyə lazım olduğu kimi reaksiya verir (məsələn, klaviaturadan daxil olunan simvolu xüsusi buferə daxil edir). Bu cür proqram, kəsilmələrin emal olunma proqramı adlanır, hadisənin özü isə kəsilmə adlanır, çünki, o, prosessorun planlaşdırılmış işini pozur. Kəsilmələrin emalını bitirdikdən sonra, prosessor proqramın yerinə yetirilməsinə qayıdır. Kompüterin bu
hərəkətləri kəsilmələrdən istifadə etməklə, giriş-çıxış adlanır. Müasir kompüterlərdə, həmçinin, mərkəzi prosessordan yan keçərək, kontroller ilə əsas yaddaş arasında bilavasitə qarşılıqlı əlaqə imkanı olur ki, o da yaddaşa bir başa müraciət mexanizmi adlanır.
|
| |