|
oxuyur, aktiv bölməni tapır və buradan əməliyyat sisteminin yükləyicisinin birinci
|
bet | 13/17 | Sana | 15.05.2024 | Hajmi | 0,65 Mb. | | #234247 |
Bog'liq ƏS cavablaroxuyur, aktiv bölməni tapır və buradan əməliyyat sisteminin yükləyicisinin birinci
sektorunun ünvanını oxuyur. Sonra məntiqi diskdən oxunan yükləyici əməliyyat
sistemini yükləmək üçün əməli yaddaşda yerləşdirilir. Əgər diskdə sistem bölməsi
olmazsa, ekrana aşağıdakı tipli səhv görünür: Non-system disk or disk error. Replace
and press any key when ready.
Yükləyici diskin baş kataloqundan əməli yaddaşa daxil olan yükləyici proqram idarəni öz
üzərinə götürür və əgər bir neçə əməliyyat sistemi olarsa, hansı əməliyyat sisteminin işə
salınması tələb olunursa onu təyin edir və əməliyyat sisteminin fayllarını yükləyir.
11)Əməliyyat Sisteminin İnterfeysi
Kompüterdə informasiyanın emal olunmasında "interfeys" terminindən geniş istifadə
edilir. İngilis dilindən tərcümədə "Interface" sözünün mənası "xarici sifət" deməkdir.
Kompüter aləmində interfeyslərin çoxlu sayda növləri vardır:
➢ istifadəçi interfeysi,
➢ intellektual interfeys,
➢ insan-maşın interfeysi,
➢ proqram interfeysi və s.
İnterfeys – vasitələr və qaydalar toplusu olub, qurğuların, proqramların və insanların
bir-birilə qarşılıqlı əlaqəsini təmin edir.
Fərdi kompüterin əməliyyat sistemlərinin kompüterlə rahat işləməsi üçün mübadilə
vasitəsi olan interfeys olmalıdır. İlk dəfə əmrlər sətirli interfeys MS DOS (Microsoft
Disk Operation System – disk əməliyyat sistemi) əməliyyat sistemində tətbiq olunubdur.
Burada sistemlə qarşılıqlı əlaqə əmrlərin klaviaturadan hərf-rəqəm ardıcıllıqlı sətirlər
şəklində daxil edilməsi ilə həyata keçirilirdi.
Qrafiki interfeysi birinci dəfə Apple şirkəti Macintosh (MacOS) əməliyyat sistemində
tətbiq edibdir. Sonra Microsoft şirkəti bunu Windows əməliyyat sistemində istifadə
|
| |