• Hal-hazırda fərdi kompüterlərdə istifadə olunan bütün müasir əməliyyat sistemləri istifadəçi ilə qarşılıqlı əlaqəni qrafiki interfeysin köməyi ilə təmin edir. Qrafiki
  • edibdir. İstifadəçinin qrafiki interfeysi (GUI – Graphical User Interface) – istifadəçinin




    Download 0,65 Mb.
    bet14/17
    Sana15.05.2024
    Hajmi0,65 Mb.
    #234247
    1   ...   9   10   11   12   13   14   15   16   17
    Bog'liq
    ƏS cavablar

    edibdir.
    İstifadəçinin qrafiki interfeysi (GUI – Graphical User Interface) – istifadəçinin
    ekranda yerləşən pəncərə, siyahı, düymə, hiperistinad, işarə və s. kimi vizual
    elementlərlə hesablama sisteminin qarşılıqlı əlaqə yaradan qrafiki mühitdir.
    Bu mühitdə əmrlər klaviaturadan sözlərlə deyil, qrafiki interfeysin aşağıdakı
    elementlərinin köməyi ilə daxil edilir:
    ekran sahəsində yerini dəyişə bilən düzbucaqlı pəncərə;
    menyu və düymələr paneli;
    fayl, qovluq və qurğuları təsvir edən işarələr;
    ekran göstəricisi, yəni kursor;
    maus göstəricisi.
    Hal-hazırda fərdi kompüterlərdə istifadə olunan bütün müasir əməliyyat sistemləri
    istifadəçi ilə qarşılıqlı əlaqəni qrafiki interfeysin köməyi ilə təmin edir. Qrafiki
    interfeyslər əksər tətbiqi proqramlarda da istifadə olunur.

    Mikronüvə arxitekturası Əməliyyat sistemlərinin işlənilməsində müasir meyl on-dan ibarət olmuşdu ki, sistem kodunun əhəmiyyətli hissəsi istifadəçi səviyyəsinə keçirilmiş və eyni zamanda da nüvə minimallaşdırılmışdır. Söhbət əməliyyat sisteminin mikronüvə arxitekturası (microkernel architecture) adlanan nüvənin qurul-ması üçün yanaşmadan gedir və onun əksər tərkib hissələrini müstəqil proqramlar təşkil edirlər. Bu halda onlar arasındakı qarşılıqlı əlaqəni mikronüvə adlanan nüvənin xüsusi modulu təmin edir. Mikronüvə imtiyazlı rejimdə işləyir və proqramlar arasında qarşılıqlı əlaqəni, prosessordan istifadənin planlaşdı-rılmasını, kəsilmələrinin ilkin emalını, giriş-çıxış əməliyyatla-rını və yaddaşın baza idarə olunmasını təmin edir (şək.1.4). Yerdə qalan komponentlər mikronüvə vasitəsilə məlu-matların ötürülmə yolu ilə bir-birilə qarşılıqlı əlaqədə olurlar. Mikronüvəli arxitekturanın əsas üstünlüyü - əməliyyat sistemi nüvəsinin modulluğunun yüksək dərəcəli olmasıdır. Bu, əhəmiyyətli dərəcədə oraya yeni komponentlərin əlavə olunma-sını sadələşdirir. Mikronüvəli əməliyyat sistemində onun işini dayandırmadan, yeni drayverləri, fayl sistemlərini və s.-ni yükləmək və boşaltmaq olar
    Əhəmiyyətli dərəcədə nüvə komponentlərinin sazlanıl-ma prosesi sadələşir, çünki, drayverin yeni versiyası bütün əməliyyat sistemini yenidən yükləmədən, yüklənilə bilər. Əmə-liyyat sisteminin komponentləri istifadəçi proqramlarından prinsipial olaraq, heç nə ilə fərqlənmirlər, buna görə də, onların sazlanılması üçün adi vasitələri tətbiq etmək olar. Mikronüvəli arxitektura sistemin etibarlığını artırır, çünki, nüvə rejimi sə-viyyəsində imtina ilə müqayisədə imtiyazsız proqram səviyyəsində səhvlər daha az qorxulu olurlar. Eyni zamanda da əməliyyat sisteminin mikronüvəli arxitekturası məlumatların ötürülməsi ilə əlaqəli olan əlavə qaimə xərclərinə səbəb olur ki, bu da məhsuldarlığa əhəmiy-yətli dərəcədə təsir göstərir. Mikronüvəli əməliyyat sisteminin sürətə görə monolit nüvə bazasında qurulan əməliyyat sistemindən geridə qalmaması üçün sistemin komponentlərinə bölünməsinin və onlar arasındakı qarşılıqlı əlaqənin minimal-laşdırılmasını səliqəli layihələndirmək tələb olunur. Beləliklə, mikronüvəli əməliyyat sistemlərinin yaradılmasında əsas mürəkkəblik – səliqəli layihələndirmə zəruriyyəti təşkil edir.
    Virtual maşınlar
    Mühazirənin başlanğıcında biz əməliyyat sisteminə virtual maşın kimi baxmaq barəsində danışmışdıq - bu halda istifadəçiyə kompüterin daxili qurğusunun detallarını bilmək vacib deyil idi. O, maqnit başlıqları və mühərriklə deyil, fayllarla işləyir; o, məhdud real əməli yaddaşla deyil, çox böyük virtualla işləyir; maşında yeganə istifadəçi olub-olması, onu az maraqlandırır. Bir qədər başqa yanaşmanı nəzərdən keçirək. Tutaq ki, əməliyyat sistemi hər bir istifadəçi üçün onun həyatını sadələşdirmək üçün yox, əksinə, mürəkkəbləş-dirmək üçün virtual maşını həyata keçirir. Bu cür hər bir virtual maşın istifadəçi qarşısında bir xalis dəmir kimi durur – hesablama sistemində prosessor, imtiyazlı olan və imtiyazlı olmayan əmrlər, giriş-çıxış qurğuları, kəsilmələr və i.a., daxil olmaqla, bütün hardware-nın surəti. Bu halda istifadəçi bu dəmirlə üzbəüz qalmış olur. İmtiyazlı əmrlər səviyyəsində bu cür virtual dəmirə müraciət etmək cəhdi, həqiqətdə real əməliy-yat sisteminin sistem çağrışına oxşayır və o da bütün lazım olan hərəkətləri yerinə yetirir. Bu cür yanaşma hər bir istifadə-çiyə özünün əməliyyat sistemini virtual maşına yüklənməsinə və onunla istədiyini etməsinə imkan verir (şək.1.3). Bu cür birinci real sistem CP/CNS sistemi və ya İBM/370 maşınlar ailəsi üçün VM/370 olmuşdu. Bu cür əməliyyat sistemlərinin mənfi cəhəti real kompüterlə müqayisədə, virtual maşınların effektivliyinin aşağı düşməsidir və bundan əlavə, bir qayda olaraq, onlar çox yer tuturdu. Üstünlüyü isə ondan ibarət idi ki, bir hesablama sistemində müxtəlif əməliyyatlar sistemləri üçün yazılmış proqramlardan istifadə etmək mümkün idi.








    Download 0,65 Mb.
    1   ...   9   10   11   12   13   14   15   16   17




    Download 0,65 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    edibdir. İstifadəçinin qrafiki interfeysi (GUI – Graphical User Interface) – istifadəçinin

    Download 0,65 Mb.