|
COPY SIYAHI.TXT CON əmri ilə isə SIYAHI.TXT faylının surəti ekranda alınır
|
bet | 11/17 | Sana | 15.05.2024 | Hajmi | 0,65 Mb. | | #234247 |
Bog'liq ƏS cavablarCOPY SIYAHI.TXT CON əmri ilə isə SIYAHI.TXT faylının surəti ekranda alınır.
COPY əmrinin köməyi ilə bir neçə faylı birləşdirərək başqa bir faylda surətini almaq
mümkündür. Məsələn,
COPY FAYL1.TXT+FAYL2.TXT FAYL3.TXT əmri ilə FAYL1.TXT və FAYL2.TXT
fayllarının tərkibi birləşərək FAYL3.TXT faylına yazılır.
5. Faylların silinməsi.
Falların silinməsində DEL (ERASE) əmrlərindən istifadə olunur. Bu əmrlər fayl
vəya fayllar qrupunu silir.
Məsələn, DEL*.doc əmri ilə cari kataloqdakı .doc genişlənməli fayllar silinir.
ERASE D:\file_1.txt – D diskindəki file_1.txt faylı silinir;
ERASE D:\*.bak – D diskindəki .bak genişlənməli bütün fayllar silinir;
DEL D:\files\?d?.* - D diskindəki files kataloqunda, adında d simvolu olan üç simvoldan ibarət bütün fayllar silinir.
6. Faylların adının dəyişdirilməsi.
Faylların adının dəyişdirilməsi üçün REN (RENAME) əmrindən istifadə olunur. Əmrin
formatı: REN faylın_adı faylın_yeni_adı
Məsələn, REN test.txt info.dat — cari kataloqdakı test.txt faylının adı dəyişərək info.dat olur.
REN *.txt *.prn — cari kataloqdakı .txt genişlənməli fayllar, adları eyni qalmaqla
genişlənməsi .prn olan fayllarla əvəz olunur.
7. Faylın tərkibinin ekrana xaric olunması.
Bir və ya bir neçə mətn faylının tərkibinin ekrana xaric olunmasında TYPE əmrindən istifadə olunur.
Məsələn, TYPE file_dos.txt əmri ilə cari kataloqdakı file_dos.txt faylının tərkibi ekranda əks olunur.
8. Kataloqların yaradılması.
MD (MKDİR)
Məsələn, MKDIR TEST_1 – cari kataloqda TEST_1 kataloqu yaradılır;
MD E:\INFORM\TEST_2 – E diskinin INFORM kataloqunda TEST_2 altkataloqu
yaradılır.
9. Kataloqların silinməsi.
RD (RMDIR)
|
| |