• Bu paketlərə misal olaraq müasir fərdi kompüterlərdə reallaşdırılan MathCad, MatLab, Derive, TK Solver, Mathematica, Maple, Simplex, Stats Network, Statistika proqramlarını
  • İkincisi, onlar kliyent–server arxitekturası, çoxməsələli, çoxistifadəçili əməliyyat sistemləri və relyasiya verilənlər bazası əsasında yaradılır, qrafiki istifadəçi interfeysinə malik olur və
  • Üsulyönlü TPP (tətbiqi proqram paketi) riyazi-iqtisadi məsələlərin müəyyən üsullarla həllini reallaşdırır. Bura aşağıdakı TPP aiddir




    Download 0,65 Mb.
    bet2/17
    Sana15.05.2024
    Hajmi0,65 Mb.
    #234247
    1   2   3   4   5   6   7   8   9   ...   17
    Bog'liq
    ƏS cavablar

    Üsulyönlü TPP (tətbiqi proqram paketi) riyazi-iqtisadi məsələlərin müəyyən üsullarla həllini reallaşdırır. Bura aşağıdakı TPP aiddir:
    riyazi proqramlaşdırma (xətti, dinamik, statik və s.);
    şəbəkəli planlaşdırma və idarəetmə;
    kütləvi xidmət nəzəriyyəsi;
    riyazi statistika.
    Bu paketlərə misal olaraq müasir fərdi kompüterlərdə reallaşdırılan MathCad, MatLab, Derive, TK Solver, Mathematica, Maple, Simplex, Stats Network, Statistika proqramlarını
    göstərmək olar. Tətbiqi proqram paketlərinin çox geniş sinfi problemyönlüdür. Praktiki olaraq, elə tədqiqat sahəsi yoxdur ki, burada heç olmasa bir TPP olmasın. Problemyönlü TPP elə proqram
    məhsuluna deyilir ki, burada konkret bir sahənin hər hansı bir məsələsinin həlli nəzərdə tutulur. Problemyönlü TPP sənaye, qeyri-sənaye və xüsusi sahələrdə tətbiqi üçün nəzərdə tutulan
    proqram paketlərindən ibarətdir. Sənaye sahələri üçün problemyönlü TPP. Bu tip müasir sistemlər aşağıdakı xüsusiyyətlərə malikdirlər. Birincisi, bu sistemlər yalnız istehsalı mükəmməl üsullarla planlaşdırmaq üçün deyil, həmçinin iş planının (ehtiyatların idarə olunması, müştəri sifarişləri və s.) yerinə yetirilməsinə nəzarət, texnoloji xəritənin tərtibi, maliyyə və əmək ehtiyatlarının idarə olunmasına, bir sıra "qeyri-istehsal" funksiyalarını – servis xidməti, hazır məhsulun və marketinqin paylanmasına nəzarət funksiyalarını da yerinə yetirirlər.
    İkincisi, onlar kliyent–server arxitekturası, çoxməsələli, çoxistifadəçili əməliyyat sistemləri və relyasiya verilənlər bazası əsasında yaradılır, qrafiki istifadəçi interfeysinə malik olur və
    CASE-texnologiyasından geniş istifadə olunur. Üçüncüsü, müasir sistemlər müxtəlif növ istehsalı nəzərə almalıdırlar. Qeyri-istehsal sahələri üçün problemyönlü TPP material istehsalı ilə bağlı olmayan
    firmaların (bank, birja, ticarət və s.) fəaliyyətinin avtomatlaşdırılması üçün nəzərdə tutulub. Bu sistemlərdə əsas tələbat, istehsal sahələri üçün TPP-də olduğu kimi çoxsəviyyəli
    inteqrallaşdırılmış sistemin yaradılmasıdır.Qeyri-istehsal sahələri üçün TPP-yə bank, maliyyə və hüquq sahələrinin avtomatlaşdırılması paketlərini aid etmək olar.Ayrı-ayrı tətbiq sahələri üçün TPP mühasibat uçotu, maliyyə, menecment, hüquq sistemi və s. üçün nəzərdə tutulur.Müasir mühasibat uçotunun TPP-nin əksəriyyəti Windows əməliyyat sistemi mühitində
    işləyir və lokal şəbəkələr üçün nəzərdə tutulmuşdur. 1C və Microsoft firmalarının məhsullarından təşkil olunmuş "Ofis" mühasibat uçotu TPP yalnız mühasibat funksiyalarının avtomatlaşdırılması üçün deyil, həmçinin firmanın bütün işinin "elektron ofis" şəklində təşkilinə də imkan verir. Maliyyə menecmentinin TPP firmanın fəaliyyətinin analizi və planlaşdırılması, maliyyəsi ilə əlaqədar olaraq yaranıbdır. Hüquq sisteminin TPP böyük həcmli qanunlarla səmərəli işləmək üçün nəzərdə tutulub. Bütün iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə hüquq sisteminə dair proqram paketləri vardır. Qlobal kompüter şəbəkələri üçün TPP-nin əsas vəzifəsi istifadəçinin ərazilər üzrə paylanmış ümumi şəbəkə resurslarına, veriələnlər bazasına müraciətini, məlumatların ötürülməsini və s. rahat və etibarlı təmin etməkdən ibarətdir. Elektron poçtun, telekonfrans, elektron elanlar lövhəsinin təşkili üçün, müxtəlif qlobal şəbəkələrə informasiyanın gizli ötürülməsini təmin etmək üçün standart tətbiqi proqram paketlərindən istifadə olunur.Qlobal Internet şəbəkəsinin standart TPP-nə aşağıdakıları misal göstərmək olar:−naviqasiya və müraciət vasitəsi – Netscape Navigator, Microsoft Internet Explorer və s.;−Elektron poçtu (E-Mail), məsələn, Eudora, MS Outlook və s. Bank fəaliyyətində verilənlərin beynəlxalq şəbəkələrə ötürülməsi üçün standart TPP geniş yayılıb. Bunlara Swift, Sprint, Reuters-i misal göstərmək olar. Hesablama prosesinin təşkili üçün lokal və qlobal şəbəkələrdə əsasən BayNetworks (ABŞ) firmasının TPP-dən istifadə olunur


    Download 0,65 Mb.
    1   2   3   4   5   6   7   8   9   ...   17




    Download 0,65 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Üsulyönlü TPP (tətbiqi proqram paketi) riyazi-iqtisadi məsələlərin müəyyən üsullarla həllini reallaşdırır. Bura aşağıdakı TPP aiddir

    Download 0,65 Mb.