|
Norton Commander, Windows ƏS üçün isə qrafiki, həmçinin, mətnli interfeysi olan Windows Commander-i misal göstərmək olar
|
bet | 4/17 | Sana | 15.05.2024 | Hajmi | 0,65 Mb. | | #234247 |
Bog'liq ƏS cavablarNorton Commander, Windows ƏS üçün isə qrafiki, həmçinin, mətnli interfeysi olan Windows Commander-i misal göstərmək olar.
Şəbəkə ƏS – verilənlərin şəbəkədə emalını, ötürülməsini və saxlanılmasını təmin edən proqramlar toplusudur. Şəbəkə ƏS istifadəçilərə müxtəlif növ şəbəkə xidmətləri (faylların idarəedilməsi, elektron poçt, audio-video konfrans, paylanmış hesablama, şəbəkədə idarəetmə prosesi və s.) təqdim edir. Şəbəkə ƏS lokal və qlobal şəbəkələrin meydana gəlməsi ilə əlaqədardır və şəbəkənin bütün resurslarına istifadəçinin müraciətini təmin edir. Şəbəkə ƏS-ləri kliyent-server və ya birranqlı arxitekturadan istifadə edir.Şəbəkə ƏS-nin kliyent hissəsi uzaqdakı resurs və xidmətlərə müraciət üçün sorğular vasitəsidir, server hissəsi isə lokal resurs və xidmətlərdən ümumi istifadə vasitəsidir. Şəbəkə ƏS-nin nəqliyyat vasitəsi də mövcuddur ki, bu da kompüter sisteminin kommunikasiya sistemi ilə birlikdə kompüter şəbəkələri arası məlumatın ötürülməsini təmin edir. Şəbəkə ƏS-nin kliyent, server hissələri və nəqliyyat vasitələri birlikdə şəbəkə vasitələri adlanır.
2)Kompüter sisteminin proqram təminatı
Yeni informasiya texnologiyasının sürətli inkişafı və onun tətbiq sahəsinin genişlənməsi kompüterin texniki və proqram təminatlarının intensiv inkişafı nəticəsində baş verir.Kompüterin proqram təminatı dedikdə informasiya emalının təşkili və idarə edilməsi üçün istifadə olunan proqramlar kompleksi başa düşülür, bu da öz növbəsində kompüterin idarə edilməsini və hər hansı predmet sahənin məsələsinin həllini təmin edir.Müasir kompüterlərin proqram təminatına (PT) müxtəlif yönlü proqramlar daxildir ki, onları da yerinə yetirdikləri funksiyalara görə üç qrupa bölmək olar (şəkil 4.1.):
➢ sistem proqram təminatı (system software);
➢ tətbiqi proqram təminatı (application software);
➢ instrumental proqram təminatı - proqramlaşdırma vasitələri (software tools).
Əməliyyat sistemi - daima işləyən nüvə kimi Nəhayət, əməliyyat siteminə belə bir təyin olunma da vermək olar: əməliyyat sistemi – bu, proqram olub, kompüterdə daima işləyir və bütün tətbiqi proqramlarla qarşılıqlı əlaqədə olur. Belə fikirləşmək olardı ki, bu, mütləq düzgün təyin olunmadır, amma, biz sonradan görəcəyik ki, bir çox müasir əməliyyat sistemlərində kompüterdə daimi olaraq, yalnız əməliyyat sisteminin bir hissəsi işləyir ki, o da onun nüvəsi adlanır. Bizim gördüyümüz kimi, əməliyyat sisteminin nə olması barəsində çoxlu sayda nöqteyi-nəzərlər mövcuddur. Ona adekvat ciddi təyinat vermək mümkün deyildir. Biz əməliyat sisteminin nə olması barəsində deyil, onun nəyə lazım olması və onun nə etməsi barəsində danışmalıyıq.
5) Hesablama sistemləri
Çox səviyyəli sistemlər (Layered systems) Strukturlaşmanı davam etdirərək, bütün hesablama sis-temini öz aralarında yaxşı təyin olunmalı əlaqələr olan bir sıra daha xırda səviyyələrə elə bölmək olar ki, N səviyyəsinin obyektləri yalnız (N-1) səviyyəsinin obyektlərini çağıra bilsin. Bu cür sistemlərdə hardware aşağı səviyyəni, istifadəçi interfeysi isə yuxarı səviyyəni təmsil edir. Səviyyə nə qədər aşağıda olursa, o qədər də imtiyazlı əmrlər olurlar və həmin səviyyədə olan modul hərəkətləri yerinə yetirə bilirlər. Bu cür yanaşma ilk dəfə olaraq, Deykstra və onun tələbələri tərəfindən 1968-ci ildə THE (Technishe Hogeschool Eindhoven) sisteminin yaradılmasında tətbiq olunmuşdu. Bu sistem aşağıdakı səviyyələrə malik idi
Qat-qat sistemlər yaxşı həyata keçirilirlər. Aşağı qatın əməliyyatından istifadə etdikdə, onların necə həyata keçiril-mələrini bilmək lazım deyil, ancaq onların nə etmələrini başa düşmək lazımdır. Qat-qat sistemlər yaxşı testlənirlər. Sazlanma aşağı qatdan başlayır və qat-qat aparılır. Səhv əmələ gəldikdə, biz əmin olmalıyıq ki, o, testlənən qatda yerləşir. Qat-qat sistemlər yaxşı təkmilləşirlər. Lazım gəldikdə, yerdə qalanlara əl dəyməyərək, yalnız bir qatı əvəz etmək olar. Amma, qat-qat sistemlər işlənilmə üçün mürəkkəb olurlar: qatlar qaydasını və nəyin hansı qata aid olmasını düzgün təyin etmək çətin olur. Qat-qat sistemlər monolitlərlə müqayisədə, daha az effektli olur. Belə ki, məsələn, girişçıxış əməliyyatlarının yerinə yetirilməsi üçün istifadəçi proqramı yuxarıdan başlaya-raq aşağıya qədər bütün qatları ardıcıl keçməyə məcbur olacaq-dır.
Birinci vaxt müddəti (1945–1955-ci illər). Elektron lampalı maşınlar. Əməliyyat sistemi yoxdur Biz kompüter kompleksləri inkişafının tədqiq olunma-sını elektron hesablama sistemlərinin (mexaniki və elektro-mexaniki qurğular tarixini buraxaraq) əmələ gəlməsi ilə başlayacayıq. Elektron hesablama maşınlarının işlənilmə sahəsində ilk addımlar İkinci dünya müharibəsinin sonunda atılmışdır. 40-cı illərin ortalarında ilk elektron lampalı hesablama qurğuları yaradılmış və maşının yaddaşında saxlanılan proqramlar prinsipi əmələ gəlmişdi (John Von Neumann, iyun 1945-ci il). Həmin vaxtlar eyni bir insanlar qrupu hesablama maşınının layhə olunmasında, istismarında və proqramlaşdırılmasında iştirak etmişdilər. Bu, digər tətbiqi sahələrdəki hər hansı bir praktiki məsələlərin həll aləti kimi kompüterdən müntəzəm istifadə olunması deyil, daha çox hesablama texnikası sahəsində elmi-tədqiqat işi idi. Proqramlaşdırma yalnız maşın dilində həyata keçirilirdi. Əməliyyat sistemləri barəsində söhbət belə yox idi, hesablama prosesi təşkilinin bütün məsələləri hər bir proqramçı tərəfindən pultun arxasında oturaraq, əl ilə həll olunurdu. Pult arxasında yalnız bir istifadəçi ola bilərdi. Maşının yaddaşına poqram ən yaxşı halda perfokartlar dəsti ilə, adətən isə çeviricilər panelləri köməkliyi ilə yüklənilirdi. Hesablama sistemi eyni zamanda yalnız bir əməliyyatı (giriş-çıxış və ya elə hesablamanın özü) yerinə yetirirdi. Proqramın sazlanması pultun arxasından maşının yaddaşının və registrlərinin vəziyyətlərini öyrənmək köməkliyi ilə aparılırdı. Bu vaxt müddətinin sonunda ilk sistem proqram təminatı əmələ gəlir: 1951-1952-ci illərdə simvolik dillərdən (Fortran və s.) ilk kompilyatorların nümunələri əmələ gəlirlər, 1954-cü ildə isə Nat Rochester İBM-701 üçün Assembler dilini işləyir. Vaxtın əhəmiyyətli hissəsi proqramın işə salınmasına sərf olunurdu, proqramların özləri isə ciddi olaraq, ardıcıl yerinə yetirilirdi. Bu cür iş rejimi verilənlərin ardıcıl emalı adlanır. Bütövlükdə birinci vaxt müddəti hesablama sistem-lərinin həddindən artıq böyük qiyməti, onların sayının az olması və istifadənin aşağı effektivliyi ilə xarakterizə olunurdu.
İkinci vaxt müddəti (1955-ci il–60-cı illərin başlanğıcı). Tranzistorlar əsasında kompüterlər. Paket əməliyyat sistemləri 50-ci illərin ortalarından yarımkeçirici elementlər kimi yeni texniki bazanın əmələ gəlməsi ilə əlaqədar olan hesablama texnikası evolyusiyasının növbəti vaxt müddəti başlandı. Tez-tez yanıb sıradan çıxan elektron lampaları əvəzində tranzistor-ların tətbiqi kompüterlərin etibarlığının yüksəlməsinə gətirib çıxartdı. İndi maşınlar fasiləsiz olaraq, kifayət qədər uzun müddət işləyə bilir və bunun da nəticəsində, praktiki olaraq, vacib məsələlərin yerinə yetirilməsini onlara həvalə etmək mümkün olurdu. Hesablama maşınları tərəfindən elektrik enerjisinin istehlakı aşağı düşür, soyutma sistemləri təkmilləş-dirilirlər. Kompüterlərin ölçüləri kiçilirdi. Hesablama texnika-sının istismarı və ona qulluq olunma dəyəri aşağı düşürdü. EHM-in kommersiya firmaları tərəfindən istifadə olunması başladı. Eyni zamanda alqoritmik dillərin (LISP, COBOL, ALGOL-60, PL-1 və i.a.) coşqun inkişafı müşahidə olunur. İlk həqiqi kompilyatorlar, əlaqələr redaktorları, riyazi və xidməti altproqramlar əmələ gəlirlər. Proqramlaşdırma prosesi sadələ-şir. Kompüterlərin işlənilmə və istifadə olunmasının bütün prosesini eyni bir insanlara həvalə olunma zəruriyyəti aradan qaldırılır. Məhz bu vaxt müddətində heyətin proqramçılara və operatorlara, hesablama maşınlarının istismarı və işlənilmələri üzrə mütəxəssislərə bölünməsi baş verir. Proqramın işə salınmasının öz prosesi dəyişir. İndi istifadəçi giriş verilənlərinə malik olan proqramı perfokartlar toplusu şəklində gətirir və lazımi resursları göstərir. Bu cür perfokart toplusu tapşırıq adını alır. Operator tapşırığı maşının yaddaşına yükləyir və icra olunmaq üçün onu işə salır. Əldə olunmuş çıxış verilənləri printerdə çap olunur və istifadəçi onu bir müddətdən sonra (kifayət qədər uzun müddətdən sonra) əldə edir. Sorğu edilən resursların əvəz olunması proqramın yeri-nə yetirilməsinin dayandırılmasına səbəb olur və nəticədə prosessor çox vaxt boş dayanmış olur. Kompüterdən istifadənin effektivliyini artırmaq üçün oxşar resurslara malik olan tapşırıqlar bir yerdə yığılmağa başlanır və beləliklə, tapşırıqlar paktlərini yaradırlar. Paket emalının ilk sistemləri əmələ gəlirlər ki, onlar paketdəki bir proqramın digər proqram arxasınca işə salın-masını sadəcə olaraq, avtomatlaşdırır və bununla da, proses-sorun yüklənilmə əmsalını artırırlar. Paket emalı sisteminin həyata keçirilməsində tapşırıqların idarəsi üzrə formalizə olun-muş dil işlənilir ki, onun köməkliyi ilə proqramçı sistemə və operatora məlumat verirdi ki, o, hesablama maşınında hansı işi yerinə yetirmək istəyir. Paket emalı sistemləri müasir əməliyyat sistemlərinin bir nümunəsi oldu, onlar hesablama prosesinin idarə olunması üçün təyin olunan ilk sistem proq-ramları oldular.
|
|
Bosh sahifa
Aloqalar
Bosh sahifa
Norton Commander, Windows ƏS üçün isə qrafiki, həmçinin, mətnli interfeysi olan Windows Commander-i misal göstərmək olar
|