|
Sistem proqram təminatı (SPT) kompüterdə informasiyanın emalı prosesinin
|
bet | 3/17 | Sana | 15.05.2024 | Hajmi | 0,65 Mb. | | #234247 |
Bog'liq ƏS cavablarSistem proqram təminatı (SPT) kompüterdə informasiyanın emalı prosesinin
təşkili ilə yanaşı, tətbiqi proqramlar üçün normal informasiya mühitini təmin edir. SPT kompüterin aparat vasitələri ilə sıx əlaqədə olduğundan, bəzən onu kompüterin bir hissəsi də hesab edirlər.
SPT-yə aşağıdakılar daxildir:
1. baza proqram təminatı;
2. servis proqram təminatı.
Baza proqram təminatına (base software) – kompüter sisteminin işini təmin edən proqram vasitələri daxildir. Servis proqram təminatına baza proqram təminatının imkanlarını genişləndirən və istifadəçinin işi üçün rahat informasiya mühiti təşkil edən proqram və proqramlar kompleksi daxildir.
Baza proqram təminatına aşağıdakılar daxildir:
• əməliyyat sistemləri;
• əməliyyat örtükləri;
• şəbəkə əməliyyat sistemləri.
Əməliyyat sistemləri (ƏS, ingiliscə - operating system ) – sistem proqram
təminatına daxil olmaqla, kompüterin işini idarə edir və kompüterin aparat hissəsi (hardware), tətbiqi proqram təminatı (application software ) və istifadəçi (user) arasında qarşılıqlı əlaqəni (interfeys) təmin edir.ƏS-nin əsas funksiyalarından biri informasiyanın daxiletmə - xaricetmə prosesinin avtomatlaşdırılması, istifadəçi tərəfindən yerinə yetirilən tətbiqi proqramın idarə edilməsidir. ƏS lazım olan proqramı kompüterin yaddaşına yükləyir və onun yerinə yetirilməsinə nəzarət edir.
Əməliyyat örtükləri – istifadəçilərin əməliyyat sistemlərinin əmrləri ilə əlaqəni asanlaşdırmaq üçün nəzərdə tutulan xüsusi proqramlardır. Daha doğrusu, əməliyyat örtükləri əməliyyat sistemləri üzərində quraşdırılaraq, istifadəçiyə keyfiyyətcə yeni
interfeys təqdim edir və onu ƏS-nin əmr və əməliyyatlarını dərindən bilməsindən azad edir.Əməliyyat örtüklərinin mətnli və qrafiki interfeys variantları mövcuddur. Amma gələcəkdə səsli və əl ilə verilənlərin daxil olunmasının tanınması interfeysləri də ola bilər.
Bu proqramlar əməliyyat sisteminin əmrlərinin yerinə yetirilməsi, istifadəçi işinin gərginliyinin və mürəkkəbliyinin azaldılması üçün informasiyanın idarəedilməsi üçün olan tapşırıqları olduqca sadələşdirir. Məsələn, MS DOS ƏS üçün mətnli interfeysi olan
|
| |