|
Əməliyyat sistemi anlayışı Sistem proqram təminatı Tətbiqi proqram təminatı
|
bet | 16/17 | Sana | 15.05.2024 | Hajmi | 0,65 Mb. | | #234247 |
Bog'liq ƏS cavablarLPT1÷LPT9 – paralel portlar;
COM1÷COM9 – ardıcıl portlar;
AUX – 1 ardıcıl portuna birləşdirilən qurğu;
CON – giriş üçün-klaviatura, çıxış üçünekran;
NUL – "boş" qurğu.
Burada "paralel" və "ardıcıl" terminləri informasiyanın ötürülmə üsuludur. Bu adlara hər hansı genişlənmə əlavə etdikdə MS DOS əməliyyat sistemi bunu qurğulara müraciət kimi başa düşür. Məsələn, CON.TXT faylına müraciət CON qurğusuna müraciətlə eynidir. Ona görə də CON.TXT–dən disk faylının adı kimi istifadə etmək olmaz. Amma faylların adlarının genişlənməsində .PRN, .AUX, .CON və .NUL –dan istifadə etmək olar. Məsələn, ALFA.PRN faylından istifadə etmək olar. Faylların xassəsi Hər bir fayl tərkibindəki məlumatlardan ibarət olur, amma digər fayllar çoxluğundan fərqləndirmək üçün onun xassəsi təsvir olunur. Faylların xassəsini təyin edən əlavə parametrlər atribut adlanır. Atribut fayla müraciət üsuludur. Əməliyyat sistemi fayllarla əməliyyatları avtomatik həyata keçirərkən atributlar nəzərə alınır. Faylların aşağıdakı atributları mövcuddur. R (Read-only) – "yalnız oxunan". Bu faylları əməliyyat sistemi vasitələri ilə yeniləşdirmək və ya silmək mümkün deyil. Yəni, faylın redaktəsi mümkün deyildir. H (Hidden) – "gizli faylı". Fayl sisteminin standart əməliyyatlarına daxil deyil. Əməliyyat sisteminin müvəqqəti və xidməti fayllarının təsadüfi silinmədən qorumaq üçün qovluq pəncərəsində görünmür. S (System) – "sistem faylı". Bu fayllar əməliyyat sistemlərində istifadə olunur və onları dəyişdirmək mümkün deyil. A (Archive) – "arxiv faylı". Bu atribut faylın ehtiyat arxivinin olmasıdır. R, H və S atributlu faylları dəyişdirməyə və silməyə cəhd etdikdə sistem istifadəçiyə faylın xassəsində atributların dəyişdirilməsinin vacib olması haqqında xəbərdarlıq edir.
16)Fayllar. Qovluqlar.
Bir qayda olaraq, kompüterin yaddaşında saxlanılan istənilən informasiya tipindən asılı olmadan konkret bir ad altında qeydiyyata alınır. Yaddaşın müəyyən hissəsində bir ümumi ad altında qeyd olunaraq saxlanılan verilənlər yığımı fayl adlanır. “File” sözü ingiliscədən tərcümədə fayl adlandırılaraq, müəyyən informasiya toplusu, verilənlər, materiallar, sənəd, vərəq və s. mənasını ifadə edir. Bəzən faylı – ümumi adı olan məntiqi əlaqəli verilənlər yığımının yerləşdiyi yaddaş hissəsi ilə eyniləşdirirlər və qəbul edirlər ki, fayl dedikdə, bir ümumi ada malik olan yaddaş hissəsi (baytlar ardıcıllığı) başa düşülür. Fayllarda proqram mətnləri, sənədlər, qrafiki informasiyalar və s. məlumatlar saxlanılır. Başqa sözlə desək, kompüterdə yazılıb saxlanılan və istifadə edilən bütün mümkün informasiyalar – proqram, mətn, cədvəl, qrafik, şəkil, verilənlər bazası, səs, video və s. fayllarda saxlanılır. Fayllar müxtəlif tipli olur və bunları həm kompüter və həm də istifadəçilər bir-birindən səhvsiz olaraq fərqləndirə bilməlidir. Məsələn: ▪ icra olunan fayllar – sadəcə olaraq müəyyən bir əməliyyat yerinə yetirən proqramlar; ▪ sənədlər – istifadəçilər tərəfindən kompüterdə müəyyən proqramın köməyi ilə yaradılan hər hansı informasiya toplusu, mətnlər və s. ▪ konfiqurasiya faylları – proqramların işi üçün zəruri olan xüsusi parametrləri saxlayır və s. Faylları bir-birindən fərqləndirmək üçün çox sadə bir vasitədən – onların unikal adlandırılmasından istifadə edilir. Disklərdə yerləşən fayl və qovluqlara (kataloqlara) müraciət etmək üçün disk aparıcısının adından istifadə olunur. Müasir disk aparıcıları C:, D:, E:, F: və s. kimi adlandırılır. Əslində bunlar disk aparıcılarının yox, məntiqi disklərin adıdır. Sərt diski (vinçestr) iki və daha çox hissəyə bölməklə bir neçə məntiqi disk yaratmaq olar. İstifadəçilər tətbiqi proqramlarda fayl yaradaraq onu adlandırır və müvafiq informasiya daşıyıcılarında yerləşdirirlər. Fayllar 2 hissədən ibarət ada malik olur. Birinci hissə faylın adının əsas hissəsi (name), ikinci hissə isə faylın adının genişlənməsi (name extension) adlanır. Faylın adı çox vaxt istifadəçilər tərəfindən ixtiyari qaydada seçilir. Bu halda faylın məzmununa müvafiq adların seçilməsi daha məqsədəuyğun hesab edilir. Əməliyyat sistemlərinin və başqa proqramların fayla müraciəti üçün fayllar işarələnməlidirlər. Belə işarələmə faylın adını təyin edir. Faylın adlandırılmasında «qısa» və «uzun» adlardan istifadə olunur. Windows 95 əməliyyat sisteminə kimi IBM PC kompüterlərində faylların adlandırılmasında 8.3 formatındın istifadə olunurdu. 8.3 formatı MS DOS əməliyyat sistemində qəbul olunub və «qısa» ad adlanır. Bu formata görə faylın adı iki hissədən ibarətdir: adın özü və genişlənməsi. Ad və genişlənmə bir-birindən nöqtə ilə ayrılır. MS DOS əməliyyat sistemində faylın adındakı simvolların sayı 1-dən 8-ə kimi, genişlənməsi isə, adətən üç simvoldan ibarət olurdu. Bu zaman faylın ad və genişlənməsində latın hərflərindən istifadə oluna bilərdi. Məsələn, command.com, autoexec.bat, prog_1.doc və s. Windows əməliyyat sisteminin yaranması ilə «uzun» adlı fayl anlayışından istifadə olundu. MS DOS əməliyyat sistemindən fərqli olaraq, Windows əməliyyat sistemində fayl və qovluqların (kataloqların) adlandırılmasında uzunluğu 255 simvoldan ibarət sətirdən istifadə etmək olar. Bu adlara «uzun» adlar deyilir. «Uzun» adlarda idarəedici (kodu 31-ə kimi olan) və \ / : * ? '' < > | simvollarından başqa, bütün simvollardan istifadə etmək olar. «Uzun» adlarda boşluq və bir neçə nöqtədən istifadəyə icazə verilir. Sonuncu nöqtədən sonrakı bütün simvollar adın genişlənməsi hesab olunur. Adın genişlənməsi faylın tipi ilə bağlı olduğundan onu dəyişmək olmaz. Əsasən, adın genişlənməsi üç hərfdən ibarət olur. Bəzən isə, Windows 7 əməliyyat sistemi altında işləyən proqramların fayl adının genişlənməsi dörd və ya beş simvola qədər olur. Məsələn: infor.txt ali.doc said.docx hasan.wav said.bmp format.com config.sys tb.exe autoexec.bat hesabat.xlsx market.accdb Faylın adının genişlənməsi onun məzmunu barədə informasiya verir və aşağıdakı standart işarələrdən istifadə olunur. “.com”, “.exe” – maşın kodlarında ifadə olunmuş, yüklənməyə və icraya hazır olan proqram fayllarıdır. “.bat ” – əmrlər faylı və ya paket faylının genişlənməsini ifadə edir. Bir neçə ardıcıl proqramların və ya əmrlərin icrası üçündür. Əslində bu əmrlərin adları yazılan mətn faylıdır və yazılış ardıcıllığı ilə də icra olunur. Məsələn, autoexec.bat faylı kompüter yüklənərkən icra olunur
“.txt”, “.doc” və “.docx” – mətn və sənəd tipli fayldır.
“
|
| |