• Məsələn, MOVE kitab infor - cari kataloqun kitab altkataloquna infor yeni adı verilir. move C:\temp tmp - C: diskindəki temp kataloqunun adı dəyişərək tmp olur.
  • Məsələn, MOVE *.doc d: - cari kataloqdakı .doc genişlənməli fayllar D: diskinin baş kataloquna göndərilir.
  • Məsələn, DATE /T 29.09.2015 əmri ilə yeni tarix təyin olunur. TIME /T 19:31 əmri ilə yeni saat təyin olunur
  • Kataloq adının və faylların yerinin dəyişdirilməsi




    Download 0,65 Mb.
    bet15/17
    Sana15.05.2024
    Hajmi0,65 Mb.
    #234247
    1   ...   9   10   11   12   13   14   15   16   17
    Bog'liq
    ƏS cavablar

    10. Kataloq adının və faylların yerinin dəyişdirilməsi.
    Kataloq adının və faylların yerinin dəyişdirilməsi üçün MOVE əmrindən istifadə olunur.
    Kataloq adının dəyişdirilməsi üçün əmrin format:
    MOVE kataloqun_adı yeni_kataloqun_adı
    Məsələn, MOVE kitab infor - cari kataloqun kitab altkataloquna infor yeni adı
    verilir.

    move C:\temp tmp - C: diskindəki temp kataloqunun adı dəyişərək tmp olur.
    Faylların yerinin dəyişdirilməsi üçün MOVE əmrinin formatı aşağıdakı kimidir:
    MOVE fayl_1, fayl_2,.... fayl_N faylların_yerləşəcəyi_yeni _kataloqun_adı
    Məsələn, MOVE *.doc d: - cari kataloqdakı .doc genişlənməli fayllar D: diskinin baş
    kataloquna göndərilir.
    MOVE *.txt AIS - cari kataloqun .txt genişlənməli faylları AIS altkataloqa göndərilir.
    MOVE prog_1.bak D:\ prog_1.doc – cari kataloqdakı prog_1.bak faylının adı prog_1.doc
    olmaqla D: diskinə göndərilir.
    11. Tarix və saat təyini.
    Cari tarix və ya saatın əks olunması və ya dəyişdirilməsi üçün DATE və TIME əmrlərindən
    istifadə olunur. Bu əmrlərdən parametrsiz istifadə etdikdə cari tarix və ya saat əks olunur. Amma
    /T parametri ilə cari tarix və ya saatı dəyişdirmək mümkündür.
    Məsələn, DATE /T 29.09.2015 əmri ilə yeni tarix təyin olunur.
    TIME /T 19:31 əmri ilə yeni saat təyin olunur


    9)Əməliyyat sistemlərinin təsnifatı

    Əməliyyat sistemlərini müxtəlif əlamətlərə görə təsnif etmək olar. Bu əlamətlərdən əsasları aşağıdakılardır:


    1) sistemlə eyni vaxtda işləyən istifadəçilərin sayına görə: biristifadəçili, çoxistifadəçili;
    2) sistemin idarəolunması ilə eyni vaxtda yerinə yetirilən məsələlərin sayına görə: birməsələli, çoxməsələli;
    3) prosessorların sayına görə: birprosessorlu, çoxprosessorlu;
    4) prosessorun mərtəbələrinin sayına görə: 8-mərtəbəli, 16-mərtəbəli, 32-mərtəbəli, 64-mərtəbəli;
    5) istifadəçi interfeysinin tipinə görə: əmrli (mətnli) və obyektyönlü (qrafiki);
    6) informasiya emalı rejiminə görə: paket emallı, vaxt bölgülü, real vaxt miqyaslı;
    7) resurslardan istifadənin tipinə görə: şəbəkə, lokal.
    Birinci əlamətə görə, biristifadəçili ƏS-dən fərqli olaraq, çoxistifadəçili əməliyyat sistemləri kompüterdə eyni vaxtda müxtəlif terminallarla bir neçə istifadəçinin işləməsinə imkan verir. İkinci əlamətə görə, çoxməsələlik anlayışı mövcud hesablama sistemi çərçivəsində eyni vaxtda bir neçə proqramın paralel yerinə yetirilməsidir. Birməsələli ƏS isə, eyni vaxtda yalnız bir proqramın yerinə yetirilməsinə imkan verir. Üçüncü əlamətə görə, bir prosessorludan fərqli olaraq, çoxprosessorlu ƏS bu və ya digər məsələnin həlli üçün bir neçə prosessor resurslarının paylanması rejiminə imkan verir. Dördüncü əlamətə görə, ƏS-lər 8, 16, 32 və 64 mərtəbəlilərə bölünürlər. Əməliyyat sisteminin mərtəbəliliyi prosessorun mərtəbəsi ilə təyin olunur. Beşinci əlamətə görə, ƏS istifadəçi interfeysinin tipinə görə obyektyönlü (qrafiki interfeysli) və əmrli (mətn interfeysli) kimi iki sinfə bölünür. Altıncı əlamətə görə, ƏS-lər aşağıdakı növlərə bölünürlər: - paket emalı: kompüterdə yerinə yetirilməli olan proqramlara uyğun olaraq tapşırıqlar paketi formalaşdırılır və mümkün üstünlük dərəcəsini nəzərə almaqla növbəli yerinə yetirilir; - vaxt bölgülü: müxtəlif terminallardan bir neçə istifadəçinin eyni vaxtda kompüterə müraciətini yerinə yetirmək üçün ƏS xidmət xarakterli tapşırıqlara uyğun maşın resurslarını növbə ilə seçir; - real vaxta görə: bu əməliyyat sistemləri (real-time operating system - RTOS) lazım olan bir sıra məsələləri eyni zamanda həll etməyə imkan verir və sistemdə baş verən hadisələrə lazım olan reaksiyanı təmin edir. Bu cür sistemlərin əsas məsələsi verilənlərin emalının vaxtında yerinə yetirilməsidir. RTOS-un digər ƏS-dən fərqli əlamətlərindən biri istifadəçi sorğularına müəyyən olunmuş vaxt ərzində kompüterin cavabını təmin etməsidir. Yeddinci əlamətə görə, ƏS-ləri şəbəkə və lokal olmaqla iki hissəyə bölünür. Şəbəkə ƏS verilənlərdən birlikdə istifadə etmək məqsədilə şəbəkədə birləşdirilmiş kompüter resurslarının idarəolunması üçün nəzərdə tutulub. Burada, həmçinin, şəbəkə resurslarının istifadəsi üçün çoxlu sayda servis imkanları mövcuddur


    17)Faylların əsas xarakteristikaları.

    Fayl və kataloqların adlarının dəyişdirilməsi. Bir çox hallarda fayl və kataloqların adlarının dəyişdirilməsi lazım olur. Bu əməliyyatların komanda əməliyyat sistemlərində yerinə yetirilməsi üçün əmrlər sətrinə müvafiq əmr daxil edilir. Məsələn, MS DOS əməliyyat sistemində bu əməliyyatları yerinə yetirmək üçün REN (RENAME) əmrlərindən lazımi qaydada istifadə olunur. Fayl və kataloqların kopyalanması və yerdəyişmələri. Qrafiki olmayan əməliyyat sistemlərində fayl və kataloqların kopyalanması və yerdəyişmələrinin yerinə yetirilməsi üçün əmrlər sətrinə əmr daxil edilir. Bu zaman əmrin adı və fayl–kataloqa müraciətin yolu göstərilir. Məsələn, MS DOS əməliyyat sistemində bu əməliyyatları yerinə yetirmək üçün uyğun olaraq, COPY və MOVE əmrlərindən istifadə olunur. Qrafiki əməliyyat sistemlərində isə bu əməliyyatları yerinə yetirmək üçün bir çox üsullar və vizual iş prinsipləri mövcuddur. Fayl və kataloqların silinməsi. Hər bir disk daşıyıcısı sonsuz ölçüyə malik olmadığından, verilənlərin silinməsi vasitələrinin rolu böyükdür. Verilənlərin silinməsinin üç rejimi mövcuddur: çıxartmaq, ləğv etmək və silmək. Birinci iki rejim əməliyyat sistemləri vasitəsi ilə yerinə yetirilir. Verilənlərin silinməsi isə xüsusi proqram vasitələri ilə həyata keçirilir. Faylların silinməsi müvəqqəti xarakter daşıyır. Windows əməliyyat sistemlərində bu xüsusi qovluğun köməyi ilə həyata keçirilir ki, bu da “Səbət” adlandırılır. Fayl və qovluqlar silindikdə yerini dəyişərək bir növ “Səbət”–ə düşür. Bu əməliyyat sisteminin fayl strukturu səviyyəsində baş verir. Sərt diskin fayl sistemi səviyyəsində isə heç bir şey baş vermir. Yəni, prinsipcə fayl hansı sektora yazılıbsa, orada qalır. Faylların ləğv olunması MS DOS əməliyyat sistemində silmədə və ya Windows əməliyyat sistemində “Səbət”in təmizlənməsində özünü biruzə verir. Bu halda fayl tamamilə əməliyyat sisteminin fayl strukturundan çıxardılır, amma diskin fayl sistemi səviyyəsində həmin faylda bir az dəyişiklik baş verir. Cədvəldə bu fayl çıxardılmış kimi qeyd olunur, amma fiziki olaraq fayl öz yerində qalır. Faylların fiziki silinməsi isə xüsusi xidməti proqramlarla yerinə yetirilir ki, bu da faylın ləğv olunmasından sonra qalan sərbəst klasterlərin digər fayllar üçün ayrılması ilə əldə edilir.

    18)Şablonlar. Faylların xassəsi. Atributlar

    Windows əməliyyat sistemində qrup fayllarını işarə eimək üçün şablonlardan (pattern) istifadə etmək olar. Şablonda qlobal simvollardan (şablonun simvoları) istifadə etməklə faylın adı və ya genişlənməsi işarə olunur. Bu * (ulduz) və ? (sual işarəsi) simvollarıdır. Faylın adında (genişlənməsində) * – ulduz işarəsi onu göstərir ki, bu mövqedən başlayaraq adın (genişlənmənin) sonuna kimi ixtiyari mümkün işarə ola bilər. Məsələn, *.DOC – genişlənməsi .DOC olan bütün fayllar, METOD.* – adı METOD olan (METOD.DOC, METOD.EXE, METOD.TXT və s.) istənilən fayl, AZ*.DOC – genişlənməsi DOC olan, adı AZ –la başlayan fayllar, *.* – bütün fayllar. Faylın adında və ya genişlənməsində ? – sual işarəsi onu göstərir ki, bu mövqedə yalnız bir ixtiyari mümkün işarə ola bilər. Windows ƏS-də faylın adında və ya genişlənməsində bir neçə ? - sual işarəsi ola bilər. Məsələn, PROG?.EXE – PROG ilə başlayan adın beşinci mövqeyi istənilən simvol ola bilər (PROG1.EXE, PROGA.EXE, PROGD.EXE və s.). Qlobal simvollardan (* və ya ?) faylların axtarışında, yerdəyişməsində, köçürülməsində və silinməsində çox geniş istifadə olunur. Faylların ad və genişlənməsində böyük və kiçik hərflər eyni qəbul olunur. Yəni maa.txt və MAA.TXT eyni faylı təyin edir. Bu eyniliyi UNIX tipli ƏSləri üçün qəti şəkildə demək olmaz. Qeyd etmək lazımdır ki, MS DOS əməliyyat sistemində MS DOS qurğularını işarə etmək üçün məlum adlardan istifadə olunur ki, faylları adlandırarkən bunlardan istifadə etmək olmaz. Bu adlardan MS DOS–un əmrlərində informasiyanın kompüterin qurğuları ilə giriş və çıxışını təşkil etmək üçün istifadə olunur. Məsələn, PRN adi printeri göstərir, buna görə də MS DOS–un əmrlərində faylın adı yerinə PRN göstərdikdə uyğun verilənlər çapa çıxır. MS DOS qurğularının adları aşağıdakılardır:


    PRN – printer;


    Download 0,65 Mb.
    1   ...   9   10   11   12   13   14   15   16   17




    Download 0,65 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Kataloq adının və faylların yerinin dəyişdirilməsi

    Download 0,65 Mb.