ardıcıl COM və ya USB portlarla system blokuna goşulur. Modem qurğusunun
köməyi ilə kompüterlər Beynəlxalq komputer şəbəkəsinə - İNTERNETə qoşulur.
- Qrafiki planşet: Əllə çəkilən şəkilləri sxemləri, imzaları, xəritələri birbaşa
kompüterə daxil edən giriş qurğusudur.
- TV-tüner: müxtəlif formatlı (PAL, SEKAM və s.) televiziya siqnallarını qəbul
edib kompüterin monitorunda göstərilməsini təmin edən giriş qurğusudur. Bu
qurğu analog formatlı televiziya siqnallarını rəqəmsal computer siqnallarına
çevirir.
- Səs kolonkası (dinamiklər): Audio məlumatları dinləmək üçün istifadə olunur.
- Qrafikçəkən qurğu: kompüterdən alınan qrafiki məlumatları, mürəkkəb
sxemləri və təsvirləri kağız üzərinə köçürən qurğudur.
- Strimmer: Məlumatı maqnit lenti üzərində saxlayan yaddaş qurğusudur.
Təhsil müəssisələrində istifadədə olan İKT avadanlığına aparat, proqram və
metodiki xidmətin təşkili mühüm əhəmiyyət kəsb edir. Texniki xidmət işi
avadanlığın cari, əsaslı təmirini və informasiya-metodiki köməyin göstərilməsini
əhatə etməlidir. Bu isə aşağıda göstərilən kompleks tədbirlərin həyata keçirilməsini
tələb edir:
• bütün ölkə üzrə servis mərkəzinin təşkilati strukturunun formalaşdırılması;
• texniki dəstək üzrə texniki-normativ və metodiki təminatın yaradılması;
• bütün səviyyələrdə servis mərkəzinin təşkili üçün kadrların hazırlanması;
• servis mərkəzinin maddi-texniki bazasının yaradılması;
• servis mərkəzi üçün “qaynar xətt” sisteminin yaradılması.