Təhsilin informasiyalaşdırılmasının iqtisadi əsasları




Download 5,57 Mb.
Pdf ko'rish
bet5/64
Sana10.01.2024
Hajmi5,57 Mb.
#134066
1   2   3   4   5   6   7   8   9   ...   64
Bog'liq
İKT

3. Təhsilin informasiyalaşdırılmasının iqtisadi əsasları 
İqtisadi cəhətdən inkisaf etmis ölkələrin təcrübəsi göstərir ki, bu ölkələrdə həlledici 
amil təhsil sisteminin informasiyalaşdırılması olub, iqtisadiyyatın, elmin və 
mədəniyyətin inkişafını müəyyən edir. Buna görə də təhsildə İKT-nin tətbiqi və 
onun inkişafı üçün ölkə Prezidentinin sərəncamları ilə aşağıdakı proqramlar təsdiq 
edilmişdir: 
1. "Azərbaycan Resrublikasında ümumtəhsil məktəblərinin İKT ilə təminatı 
Proqramı (2005-2007-ci illər)"; 
2. "Təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı (2008-
2012-ci illər)". 
Ölkə Prezidenti cənab İlham Əliyevin 3 iyul 2007-ci il tarixli Sərəncamı ilə təsdiq 
edilmiş "Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət 
Proqramı (2007-2012-ci illər)" texniki peşə təhsilinin təkmilləşdirilməsi, onun 
günün tələbləri səviyyəsində qurulması istiqamətində mühüm bir addım olmuş, 
İKT-nin texniki peşə təhsili sisteminə inteqrasiyasını əsas məsələlərdən biri 
kimi önə çəkmişdir. 
Həyata keçirilən bu irimiqyaslı Proqramın əsas vəzifələrindən biri olan texniki 
peşə təhsili sahəsində informasiya və kommunikasiya texnologiyalarının tətbiqi 
aşağıdakı vəzifələrin həllini zəruri edir: 
• Texniki peşə müəssisələrinin kompüter texnikası, tətbiqi və əməliyyat 
sistemi proqramları ilə təmin edilməsi; 
• İnformatika və digər fənn müəllimləri, istehsalat təlimi ustaları, təhsil 
müəssisələrinin rəhbərləri İKT savadını artırmalı, öz fəaliyyət sahələrində 
informasiya və kommunikasiya texnologiyalarından istifadə bacarığına 
yiyələnmələri; 
• Hazırlanması nəzərdə tutulan kurikulumlarda İKT ilə bağlı məsələlər nəzərə 
alınmalı; 
• Tədris prosesində istifadə etmək üçün müasir elektron tədris materiallarının, 
elektron dərsliklərin, elektron kitabxanaların, rəqəmli tədris resurslarının 
işlənib hazırlanması və tətbiqi; 
• İnformasiya texnologiyalarına uyğun təhsilin metodologiyasının işlənib 
hazırlanması; 
• Texniki peşə təhsili portalının və saytlarının yaradılması önəmli məsələ kimi 
öz həllini tapmalı; 
• Şagirdlər üçün məsafədən təhsil xidmətləri təşkil etməli; 
• Texniki peşə təhsili sisteminin idarə olunması sahəsində İKT-nin 
imkanlarından səmərəli istifadə olunması. 


Proqramın həyata keçirilməsində nəzərdə tutulmuş kompleks tədbirlərlə yanaşı, 
əsas məqsədlərdən biri də müasir informasiya və kommunikasiya 
texnologiyalarından səmərəli istifadə etməklə texniki peşə təhsil sistemində 
keyfiyyəti yüksəltmək, dinamik inkişaf edən resrublikamızın mütərəqqi 
texnologiyaları bilən ixtisaslı kadrlara olan tələbatını ödəmək, ölkədə texniki peşə 
təhsili sisteminin dünya təhsil sisteminə inteqrasiyaya və ölkə əhalisini informasiya 
cəmiyyətinə hazırlamaqdır. 
Əmək bazarının tələblərinə cavab verən ixtisaslı kadr hazırlığı prosesində 
informasiya və kommunikasiya texnologiyalarının imkanları həddən artıq genişdir: 
1. İKT öyrənmə obyekti kimi; 
2. İKT tədris prosesində bir vasitə kimi; 
3. İKT təhsilin idarəolunmasında bir vasitə kimi; 
4. İKT təhsil tədqiqatlarında, pedaqoji araşdırmalarda və yeni təlim 
texnologiyalarının öyrədilməsi üçün istifadə edilə bilər. 
Bu bir danılmaz faktdır ki, əmək bazarının tələblərinə cavab verən ixtisaslı kadr 
hazırlığı prosesində və onun idarəedilməsində İKT-dən istifadə etmək, müasir 
texnika və avadanlıqları mükəmməl bilmək, qabaqcıl texnologiyalarda işləmək 
üçün müasir düşüncə tərzinə malik olmaq vacib şərtlərdən biridir. Peşə təhsili 
müəssisələrində İKT-nin əsas istifadəçiləri olan mühəndis-pedaqoji işçilər və 
şagirdlər öyrənmə obyekti kimi informasiya və kommunikasiya texnologiyalarını 
ən azı elementar baza səviyyəsində öyrənməlidirlər. Şagirdlər buna informatika 
dərslərində, mühəndis-pedaqoji işçilər isə təhsil müəssisələrində təşkil ediləcək 
qısamüddətli kursların köməyilə nail ola bilərlər. Tədris prosesində müasir İKT-nin 
geniş istifadəsinə nail olunması və şagirdlərə İKT haqqında bilik və bacarıqlar 
aşılanması məqsədilə özündə informatika, kompüter texnikasının əsasları və İKT 
proqramları fənlərini birləşdirmis yeni tədris planları hazırlanmışdır. 
Bir çox ölkələrin təcrübəsi göstərir ki, tədris prosesində İKT-dən istifadə zamanı 
şagirdlərin dərsə marağı nəticə etibarilə tədrisin və alınan nəticənin keyfiyyəti 
xeyli artmış olur. Prezentasiya formasında təşkil edilmiş dərs prosesində müəllimin 
hazırladığı və ya hazır əldə etdiyi sxem, cədvəl, şəkil və digər rəngarəng 
vəsaitlərdən genis istifadə edilir. Bu halda ənənəvi dərs prosesindən fərqli olaraq 
yazı lövhəsində sxem, düstur və s. kimi yazı yazmağa ehtiyac qalmır və buna sərf 
edilən vaxta qənaət edilmis olur, şagirdə əlavə məlumatları çatdırmaq imkanı 
qazanılır. Əvvəlcədən hazırlanmış vizual görüntülər səliqəli olduğundan 
şagirdlərin diqqətini daha çox cəlb edir. Ona görə də belə təlim texnologiyası 
müasir dövrdə ən effektli təlim üsullarından biri hesab edilir. 
Peşə hazırlığı ilə bağlı təlim prosesində İKT-nin rolu və imkanları daha genişdir. 
Xüsusi proqramların köməyilə öyrədilən peşənin sirlərini nəzəri və vizual olaraq 
komrüterin monitorunda öyrəndikdən sonra həmin vərdişləri xüsusi stendlərdə 
praktiki olaraq həyata keçirməklə əmək vərdişlərini avtomatik şəklə gətirmək olar. 
Bir çox ölkələrin tədris rrosesində istifadə etdikləri bu növ proqramlardan biz də 
yararlana bilərik. Bunun üçün bizdə lazım olan şərait və zəmin vardır. Türkiyə 


Resrublikasında "Sənayenin avtomatlaşdırılması texnologiyaları sahəsində 
müəllim hazırlığı" proqramı üzrə seminarda iştirak etmiş Bakının 7, 3, 13, 12, 17 
nömrəli peşə liseylərinin, 14 nömrəli Bakı Peşə Məktəbinin və 3 nömrəli Gəncə 
Peşə Liseyinin mütəxəssislərinin öyrəndikləri elektrik və elektro-pnevmatiklər, 
mexaniklər üçün nəzərdə tutulan tətbiqi proqramların bu sahədə imkanları genişdir. 
Həmin proqramların köməyi ilə monitorda lazım olan elektrik dövrəsini, maşın 
hissəsini və mexanizmi layihələndirmək, onun ixtiyarı bucaqla vizual görüntüsünü 
əldə etmək və onların işləməsini (əgər səhvə yol verilməyibsə) vizual olaraq 
müşahidə etmək olur. 
Kompüter texnologiyası yalnız dərsdə deyil, başqa sahələrdə də, o cümlədən 
şagirdlərin təlim-tədqiqat işlərində də geniş istifadə olunur. Xüsusilə İnternet 
şəbəkəsi vasitəsilə sagirdin öyrəndiyi peşə, keçdiyi mövzu, tanış olduğu 
avadanlıqlar haqqında, həmçinin müəyyən mətnlərin, tapşırıqların, sxemlərin 
hazırlanması üçün məlumatların toplanmasında muhum rol oynayır. 
Beləliklə, İKT-dən istifadə peşə hazırlığı prosesinə keyfiyyətcə yeni 
yanaşma olub, şagirdlərdə müstəqil bilik və bacarıq əldə etmək vərdişləri aşılayır, 
onların intellektual potensiallarının inkişafına yardımçı olur. 
Təhsil prosesində İKT-nin rolunu tam dərk etmək üçün peşə təhsilinin əsas aparıcı 
qüvvəsi olan müəllim və ustaların professional fəaliyyətlərində kompüter 
texnikasından harada və necə istifadə edəcəklərini aydınlaşdıraq. Bu məqsədlə 
İKT-dən istifadənin əsasən iki formasını qeyd etmək olar: 
I. 
Evdə növbəti dərsə hazırlıq prosesində və ixtisası ilə bağlı digər məsələrin 
həlli zamanı; 
II. 
Tədris və təlim prosesində: hər hansı fənn və ya ixtisas dərsi zamanı. 
İstifadə etdikləri kompüter proqramlarına görə müəllimin evdə yerinə yetirdiyi 
işləri də üç qrupa ayırmaq olar: 

Download 5,57 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   64




Download 5,57 Mb.
Pdf ko'rish

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



 Təhsilin informasiyalaşdırılmasının iqtisadi əsasları

Download 5,57 Mb.
Pdf ko'rish