Təhsilin informasiyalaşmasının strategiyası və əsas istiqamətləri
1. Təhsilin informasiyalaşdırılmasının aspektləri
2. Təhsilin informasiyalaşdırılmasının metodik aspekti
3. Təhsilin informasiyalaşdırılmasının iqtisadi əsasları
4. Təhsilin informasiyalaşdırılmasının texniki aspektləri
1.Təhsilin informasiyalaşdırılmasının aspektləri
Təhsil sisteminin informasiyalaşdırılmasının əsas məqsədi müasir informasiya
mədəniyyətinə malik şəxsiyyətlər yetişdirmək, ölkədə vahid təhsil və informasiya
mühitini formalaşdırmaqdır. Bu mühit yeni informasiya texnologiyalarından
istifadə etməklə aşağıdakıları təmin etməlidir:
• Təhsilin keyfiyyətinin artırılması;
• Yeni informasiya mədəniyyətinin formalaşdırılması;
• Vətəndaşların bütün pillələrdə təhsil alma imkanlarının bərabərləşdirməsi;
• Təhsil sisteminin dünyanın informasiya, mədəniyyət və təhsil məkanına
inteqrasiyasının təmin edilməsi.
Göstərilən məqsədlərə nail olmaq üçün aşağıdakı mühüm vəzifələrin
kompleks
şəkildə həll olunması zəruri şərtlərdəndir:
• Vahid təhsil-informasiya sisteminin yaradılması. Bu sistem bütün səviyyəli
təhsil və informasiya sistemlərini, habelə təhsilin idarəetmə, servis, elmi-
tədqiqat, metodiki-tədris və texnoloji mərkəzlərini birləşdirməlidir;
• İnformasiya texnologiyalarının tədris prosesinə inteqrasiyasının təmin edil-
məsi. Milli elektron dərsliklərin hazırlanması və onların tədris prosesində
tətbiqi, ənənəvi dərs vəsaitləri ilə inteqrasiyası, habelə köməkçi metodiki va-
sitələrin hazırlanması. Keyfiyyətin təmin edilməsi, tədris məqsədli informa-
siya texnologiyaları vasitələrinin standartlaşdırılması və sertifikasiyası;
• Təhsilin idarə edilməsi üzrə İKT-yə əsaslanan effektiv və şəffaf monitorinq
sisteminin və resurs mərkəzinin yaradılması;
• Təhsil ocaqları üçün pedaqoji və İKT kadrlarının hazırlanması
sisteminin
yaradılması. Onlara tədris prosesində ən yeni
informasiya texnologiyala-
rından istifadə etmək bacarığının aşılanması. Tədris prosesinin bütün
iştirakçıları üçün İKT bacarıqlarına yiyələnmək imkanının yaradılması;
• Təhsil müəssisələrinin müasir İKT avadanlığı və İnternet/İntranet şəbəkəsi
ilə təmin olunması;
• İKT sahəsi üzrə terminologiyanın işlənib hazırlanması və onun vahid stan-
dart kimi tətbiq olunması;
• Təhsilin informasiyalaşdırılması prosesinin elmi təminatının və informasiya
texnologiyalarına əsaslanan müasir təlim üsullarının hazırlanması;
• Təhsil sahəsində dövlət idarəçiliyi və tənzimləmə
sisteminin vahid infor-
masiya infrastrukturunun yaradılması;
• İnformasiya təhlükəsizliyinin təmin olunması və təhlükə doğuran halların
aradan qaldırılması üçün kompleks tədbirlərin həyata keçirilməsi. Yalnız
lisenziyali proqramlardan istifadə olunmasına keçid.
Təhsil sisteminin informasiyalaşdırılması prosesi əsasən aşağıdakı istiqamətlər
üzrə aparılır: