• Elektron tədris materiallarının və elektron metodiki vasitələrin yaradıl-
ması. Milli elektron tədris vəsaitləri təhsil prosesinin iştirakçılarının tələ-
batını ödəyəcək səviyyədə yaradılmalıdır;
• elektron vəsaitlərə qoyulan tələblər, onların hazırlanması və dövlət satın-
alınması ilə bağlı hüquqi-normativ bazanın formalaşdırılması. Bu
zaman yeni texnologiyalardan istifadə edilməli, bazis planları və təhsil
səviyyələri nəzərə alınmalıdır. Yeni tədris vasitələrinin aprobasiya
mərkəzlərinin yaradılması. Bu mərkəzlərin maddi-texniki və kadr
təminatı daha güclü olmalıdır;
• təhsildə İKT-nin tətbiqi üzrə beynəlxalq təcrübəni sistemli və müntəzəm
olaraq öyrənən və tətbiqolunma baxımından dəyərləndirən ekspertlər
qrupunun yaradılması;
• elektron tədris vəsaitlərinin Təhsil Nazirliyinə təqdim olunması və qey-
diyyatı Qaydalarının hazırlanması. Elektron tədris vəsaitlərinə Təhsil
Nazirliyinin qrifinin verilməsi mexanizminin yaradılması;
• elektron tədris resurslarının texniki, məzmun və
dizayn-erqonomika
istiqamətləri üzrə ekspertizasının qaydaları və onların keyfiyyətinin qiy-
mətləndirilməsi meyarlarının hazırlanması;
• məlumat-sorğu yönümlü, biliyin qiymətləndirilməsinə, testləşdirilməyə
yönələn elektron vəsaitlərin, elektron xəritələrin, müxtəlif fənlər üzrə
elektron əyani vəsaitlərin istehsalına xüsusi diqqət yetirilməsi;
• məktəblilər arasında müntəzəm olaraq informatika üzrə müsabiqə, yarış
və olimpiadaların keçirilməsi;
• ali məktəblərə qəbul imtahanlarında bütün ixtisas qruplarında təqdim
olunan testlərə informatika üzrə testlərin daxil edilməsi;
• məktəblərdə elektron kitabxanaların və mediatekaların
formalaşdırılması;
• elektron vəsaitlərin hazırlanması istiqamətində potensial subyektlər üçün
Təhsil Nazirliyi tərəfindən treninqlər keçirilməsi. Müəllimlərin,
dizaynerlərin, psixoloqların bu prosesdə iştirakına nail olunmalıdır.
Yalnız tam aprobasiyadan keçmiş elektron məhsulların çoxaldılmasına
icazə verilməlidir;
• ən zəruri olan elektron dərsliklərin siyahılarının hazırlanması və
əsas fənlər üzrə multimedia dərsliklər sisteminin yaradılması;
• elektron vəsaitlərdən istifadə ilə bağlı metodiki tövsiyələrin
hazırlanması;
• elektron metodiki-tədris materialları ilə təchizat sisteminin təşkili;
• tədris televiziya proqramlarının yaradılması;
• elektron kitabxanaların, media/video resurs bazasının və təhsildə İKT
üzrə elektron bazanın yaradılması;
• təhsil portalının yaradılması. Təhsil portalında
elektron formada
olan bütün hazırlanmış dərsliklər, elektron metodiki vəsaitlər, məlumat-
sorğu sistemləri, inkişafetdirici oyunlar, elektron testlər və s.
yerləşdirilməlidir. Hər bir fənn üzrə metodiki dəstəklə bağlı portalda
bölmələr yaradılmalıdır. Portalın sistematik olaraq yeniləşdirilməsi
həyata keçirilməlidir;
• virtual laboratoriya stendlərinin yaradılması.