4
Rəqəmsal imzanın olması, göndərilən məlumatın həqiqiliyinin imza sahibi tərəfindən təsdiq
olunduğunu bildirir. Əgər rəqəmsal imza ilə təsdiq olunmuş sənəd almısınızsa, onda şifri açmaq
üçün imzanın sahibinin sizə vermiş olduğu açıq açar gərəkdir. Bəs, almış olduğunuz açıq açarın
həqiqətən imzanın sahibinə məxsus olmasına necə əmin olmalı? Burada rəqəmsal
sertifikat
köməyə gəlir. Rəqəmsal sertifikat səlahiyyətli orqan tərəfindən imzalanmış elə məlumatdır ki,
orada açıq açarın gerçəkdən imza sahibinə aid olması və deşifrləmə məqsədilə istifadə
oluna
bilməsi təsdiqlənir.