|
Mövzu №1 İnformasiya cəmiyyəti, onun xüsusiyyətləriBog'liq İKT İnteraktiv lövhə (Interactive whiteboard) ölçüləri və forması ilə adi məktəb lövhəsinə
bənzəyən sensorlu ekranı özündə kəsb edir. Ekran noutbuka (və ya stasionar kompyuterə)
qoşulur və proyektor vasitəsilə noutbukun monitorunda baş verən hər şeyi əks etdirir.
Noutbukla interaktiv lövhənin əlaqəsi ikitərəflidir, yəni laptopun monitorunda (və müvafiq
olaraq, lövhədə) açılmış faylları həm noutbukun alətləri (klaviatura, siçan, taçpad), həm də
bilavasitə ekranın ozündən redaktə etmək olar.
Xüsusi markerdən, teleskopik göstəricidən və ya barmaqdan istifadə etməklə lövhədə işləmək
olar. Noutbukda saxlanan faylları birbaşa ekrandan açmaq, yenisini yaratmaq onlarda şəkil
çəkmək, yazı yazmaq, fotoşəkillərin yerini dəyişmək, videofaylları qoşmaq və s. mümkündür.
Burada edilən bütün dəyişikliklər noutbukun yaddaşında saxlanılır və zərurət olduqda dəyişilmiş
faylları laptopun dəstəklədiyi çıxarılabilən daşıyıcılara köçürmək mümkün olur.
İnteraktiv lövhənin və proyektorun söndürülməsi, səsin tənzimlənməsi və s. kimi parametrləri
idarə etmə müəllimdə olan idarəetmə pultu vasitəsilə həyata keçirilir
İnteraktiv lövhənin köməyi ilə müəllimlər öz dərslərini daha maraqlı və əyani təqdim edə
bilərlər. Bundan əlavə, dərsin gedişatı zamanı yaradılmış faylları özünəməxsus konspektə-
şagirdlər üçün köməkçi vasitəyə çevirmək və onu evdə əlavə işləmək üçün dinləyicilərə
paylamaq olar.
MİMİO STUDİO İnteraktiv dərs proqramıdır.
Mimio Studio proqramı interaktiv səhifələrdə işləmək üçündür. MimioStudio interaktiv
lövhələr olmadan da dərslərin hazırlanmasında, yaradılmış sənədlərin manipulyasiyasında da
istifadə edilə bilər. MimioStudio 3 əsas hissədən ibarətdir :
1. MS Notebook
2. MS Tools
3. MS Gallery
MS müxtəlif formatda olan faylların yerləşdirilməsini dəstəkləyir.
Alətlər lövhələri. (Mimio Studio Tools)
Mimio Studio Tools-dan istifadə edərək, Mimio Studio Notebookun səhifələrində müxtəlif
obyektlər, yəni xətlər, oxlar, əlyazmalar, mətn obyektləri, əsas fiqurlar yaratmaq olar. Eyni
zamanda bu alətlərin köməyilə biz şəkillər və multimediya obyektlərini daxil edə və ya ekran
hissəsinin şəklini notebooka yerləşdirə bilərik.
|
| |