- Planşet kompyuterlərin dəstəklənməsi
Planşet kompyuterə proqram yükləməklə SMART Notebookdan istifadə edin,
- Fiqurların çəkilməsi aləti
Əlinizlə fiqurlar çəkin, SMART Notebook o fiqurları tanıyaraq formasında düzəlişlər edəcək.
1
Mövzu 11
Pedaqoji innovasiyalar
Cəmiyyət inkişaf etdikcə, hər sahədə olduğu kimi, pedaqoji sahədə də yeni-yeni tələblər irəli
sürülür. Bu isə pedaqoji prosesi təkmilləşdirməyi, yeni məzmun, forma və metodları tətbiq
etməyi zəruri edir.
Pedaqoji sistemin təkmilləşdirilməsi iki yolla həyata keçirilir: a) intensiv yol; b) ekstensiv
yol. İntensiv yol pedaqoji sistemin daxili ehtiyatlarını işə salmaqla bağlıdır. Ekstensiv
yol pedaqoji prosesə əlavə qüvvə, vaxt və vəsait cəlb olunmasını nəzərdə tutur. Məsələn, gənc
nəslə daha möhkəm bilik vermək üçün təlim müddətini uzatmaq, proqramları genişləndirmək
olar. Bu ekstensiv yoldur. Halbuki bunsuz da həmin məqsədə nail olmaq mümkündür. Məsələn,
yeni metodlar tətbiq etməklə, mövcud forma və məzmunu təkmilləşdirməklə, şagirdlərə müstəqil
iş bacarıqları aşılamaqla, onları özünütəhsilə cəlb etmənin intensiv yoludur.
Pedaqoji prosesdə yeniliklər in miqyası müxtəlif ola bilər: müəyyən bir metodu, formanı
təkmilləşdirmək, yeni iş texnologiyaları tətbiq etmək, yaxud təhsil-tərbiyə sistemini
yeniləşdirmək.
Respublikamızda hazırda təhsil sahəsində islahatlar aparılır, təhsilin maddi bazasında təhsil və
tərbiyə işinin məzmununda, metodikasında, müəllim-şagird münasibətlərində, idarəetmədə
böyük dəyişikliklər baş verir.
Pedaqoji sistemdə yeniliklərin əsas istiqamətləri aşağıdakılardan ibarətdir:
- məktəbin demokratikləşdirilməsi;
- pedaqoji prosesin humanistləşdirilməsi;
- əməkdaşlıq pedaqogikasının tətbiqi;
- təlim-tərbiyə prosesinin fərdiləşdirilməsi;
- təhsil və tərbiyə işinin məzmununun genişlənməsi;
- təlim-tərbiyə prosesinin optimallaşdırılması;
- yeni pedaqoji texnologiyaların tətbiqi;
- məktəbin idarə edilməsi sisteminin təkmilləşdirilməsi;
- ixtisasartırma sisteminin yenidən qurulması;
- təhsilin dünya standartlarına uyğun qurulması və s.
Təhsildə mövcud olan innovasiyaların məzmununun təyin olunması olduqca mürəkkəbdir, çünki
əksər hallarda innovasiyalar «yenilik» adı altında müxtəlif cür şişirdilir. Digər tərəfdən, təhsildə
kiçik də olsa belə, innovasiyalar demək olar ki, hər yerdə və hər gün baş verir; lakin bunlar elə
miqyasda baş tutur ki, heç kimin nəzər və diqqətini xüsusi olaraq cəlb etmir. Hazırda
Azərbaycanın təhsil məkanında daha çox tətbiq olunan innovasiya – intensiv metodların və İKT-
nin tətbiqi vasitəsilə öyrənmənin səmərəliliyinin artırılması olduğu halda, ən az tətbiq olunan və
ya olunmayan innovativ yanaşma «onlayn» təhsildir. Bütövlükdə, təhsil innovasiyalarının əsas
meyarı davamlı gələcəyin və «biliklərə əsaslanan cəmiyyətin» təmin olunmasıdır. Bu
müzakirədən üç əsas sual yaranır:
1. Azərbaycanda pedaqojiyönlü kolleclərdə tətbiq edilən innovasiyalar onlara xeyir
gətirirmi?
2. Bu tip kolleclərdə transformativ və məktəb həyatına yüksək dərəcədə pozitiv təsir edə
biləcək və ən çox arzuolunan innovasiyaların yaranmasında hansı maneələr mövcuddur?
2
3. Təhsildə yüksək nəticələr əldə etmək və tələbələri həyata və iş fəaliyyətinə hazırlamaq
üçün bu tip məktəblərdə lazımi innovasiyaları necə həyata keçirmək və yaymaq olar?
Pedaqoji innovativ yeniliklər ya innovativ məhsul, yəni yeni səmərə gətirən bir cihaz və
avadanlıq, elektron dərslik, yeni informativ vasitə və buna bənzər digər formalarda, ya da
innovativ proses, yəni daha səmərəli və yeni texnoloji yol, metodika və ya təhsil xidmətləri kimi
təqdim oluna bilər. Bununla belə, təşkilatlararası sistemdə, yəni bir neçə təhsil müəssisəsinin
təqdim etdiyi innovativ yeniliklər və ya sifarişli innovasiyalarda istifadəçilərin və innovativ
yeniliyi yaradan şəxsin funksiyaları fərqlənə bilər. Maraqlı cəhət ondan ibarətdir ki, yaradılmış
innovasiya təhsilin səviyyəsinə nə qədər çox sirayət edərsə, onun dəyəri və əhəmiyyəti də bir o
qədər yüksək olar. Bu baxımdan, innovasiyalar ya tələbata uyğun şəkildə, ya da strateji formada
meydana gələ bilər. Mövcud tələbatın «çağırışlarına» cavab olaraq pedaqoji innovasiyanın
xüsusi çəkisi çox yüksəkdir. Bu onunla bağlıdır ki, müasir dövrdə təhsil sisteminin bütün
səviyyələrində rəqabət şəraiti gücləndiyindən, yeni dərsliklərin, kurikumların və metodların
yaranması qaçılmaz olmuşdur. Bununla belə, tələbata əsaslanan innovasiyanın bəzi məhdud
cəhətləri də var. Belə ki, bu yeniliklər əksər hallarda, necə deyərlər, «bazar tələblərindən geri
qalmamağa» hesablandığından, inkişaf etmiş dövlətlərin təhsil müəssisələrinin innonavasiyaları
ilə müqayisədə rəqabətli üstünlüklər yaratmır. Digər bir məslə də ondan ibarətdir ki, bu cür
pedaqoji innovsiyalar çox vaxt «digərlərinin imitasiyası» şəklində meydana çıxır, bəzən isə lokal
xidmət xüsusiyyətləri nəzərə alınmadığından, davamlı bir sistemə çevrilə bilmir. Odur ki,strateji
innovasiyalar pedaqoji müəssisələr üçün daha uzunömürlü olur; çünki bu tip innovsiyaların
mahiyyəti «müdafiə» xarakterindən daha çox «hücumçu» səciyyəsi daşıyır. Əlavə olaraq, strateji
innovasiyaların bir üstünlüyü də ondan ibarətdir ki, onlar nəinki mövcud olanları, eləcə də
gələcəkdə baş qaldıra biləcək yenilikləri də nəzərə alır. Hazırda həm elmi-pedaqoji, həm də digər
təhsil praktikasında innovasiyalara olan ehtiyac və tələbat get-gedə daha da artmaqdadır. Qeyd
etməliyik ki, yenilikçilik yaradıcı düşüncə yeni fikirlər haqda düşünməklə bağlı olduğu halda
(koqnitiv aspekt), innovasiyalar xaraktercə yeni olan işlərin icrası deməkdir (prakseoloji aspekt),
yəni pedaqoji innovasiyalar artıq elmi və koqnitiv süzgəcdən keçmiş məhsullar hesab
edildiyindən, onlar praktikada sınaqdan keçməyə daha uyğundur. Bu baxımdan, pedaqoji
innovasiyaya belə tərif vermək olar: «Pedaqoji innovasiyalar, pedaqoji nəzəriyyə, metodik
yanaşma, tədris texnikası, təlim aləti, öyrənmə prosesi və ya institusional quruluş tətbiq
olunduqda tədrisdə, təlim və tərbiyədə əhəmiyyətli və səmərəli dəyişiklik meydana gətirən və
tələbələrin daha yaxşı öyrənməsinə səbəb olan proses hesab edilir». Burada təhsil sahəsində
yeniliklərin artırılması, təlim keyfiyyətinin yüksəldilməsi və öyrənmənin bir proses kimi
keyfiyyətcə yaxşılaşdırılması nəzərdə tutulur. Digər tərəfdən, bu innovativ idarəetmə kifayət
qədər pozitiv əsaslara söykəndikdə, təlim keyfiyyətinə birbaşa təsir etməklə, həm də tərbiyə
işləri kompleksinin təkmilləşdirilməsinə şərait yaradır; başqa sözlə desək, bu birbaşa və
bilavasitə təsir metodlarının dialektikasını yaradır. Təhsildə səmərəliliyin iki indikatoru
mövcuddur vaxt və dəyər.Əgər əvvəlkindən daha az vaxt və maddi resurslardan istifadə etməklə
daha yüksək və keyfiyyətli öyrənmə əldə edə biliriksə, deməli, bu öyrənmə prosesi səmərəli
hesab edilir. Məhsuldarlıq isə əldə olunmuş nəticələrin sərf olunmuş pedaqoji səylərə olan
nisbəti ilə ölçülür, yəni daha az səy göstərməklə, daha böyük məhsuldarlıq və təlim keyfiyyəti
əldə olunursa, əldə olunmuş nəticə məhsuldar hesab edilir. Odur ki, təhsildə innovasiyaların
ölçülməsində səmərəli öyrənmə və yüksək keyfiyyətli təhsilin mövcudluğu başlıca indikatorlar
hesab edilir. Bu həm də o deməkdir ki,təhsildə tətbiq olunan innovasiyalar həm öyrənmənin
məhsuldarlığını artırmalı, həm də öyrənmə prosesinin özünü səmərəli etməlidir.
Təhsildə tətbiq olunan innovasiyaların aşağıdakı növləri vardır:
1. Təhsilin təşkili və idarə edilməsi sahəsində mövcud olan innovasiyalar;
2. Sinif – dərs sistemində tətbiq olunan yeni texnologiyalar;
3
3. Müəllimlərin işə qəbulu, hazırlanması və yenidən hazırlanması sahəsində mövcud olan
innovasiyalar.
Bu tip innovasiyalar həyata keçirilmə miqyasına görə endogen və ekzogen tiplərə bölünür.
Endogen təhsil innovasiyaları – təhsil sisteminin bir və ya bir neçə sahəsi və onların müxtəlif
aspektləri ilə: nəzəriyyə və praktika, kurrikulum, öyrənmə və öyrətmə, təhsil siyasəti, təhsil
texnologiyası, təhsil institutları və onların inzibatçılığı, institutsional mədəniyyət, müəllimlərin
təhsili və digər bu kimi sahələrlə əlaqədar ola bilər. Ekzogen təhsil innovasiyaları maraqlı
tərəfləri, öyrənənləri, valideynləri, müəllimləri, təhsil inzibatçılarını, tədqiqatçılarını, təhsil
siyasəti işçilərini əhatə edir və onların bu innovasiyalara fəal dəstəyini tələb edir. Öyrənənlər
dedikdə, tələbələrin öyrənmə prosesində üzləşdiyi koqnitiv və psixoloji xüsusiyyətləri, didaktik
bacarıq və düşüncələri, öyrənməyə münasibəti və buna müvafiq olan səriştələri nəzərdə tutulur;
əks təqdirdə, tələbələr bir substrat kimi endogen məfhumlara aid edilməlidirlər. Əqli proseslər
həm də ekzogen sıraya aid edilir. Bunlara, eyni zamanda münasibətləri, öyrənmə üsullarını,
davranışları, motivasiyaları, özünüqiymət ləndirməni, müstəqilliyi, kommunikasiyanı,
əməkdaşlıq pedaqogikasını və səmərəli öyrənmə kimi cəhətləri daxil etmək olar. Göründüyü
kimi, pedaqoji innovasiyalar heç də sadə yolla yaranan və təsir mexanizminə malik olan bir
fenomen hesab edilmir.
Pedaqoji innovasiyaların növlərindən danışarkən, hər şeydən əvvəl, onun pedaqoji sahənin hansı
fəaliyyət növünə aid olması nəzərə alınmalıdır. Pedaqoji fəaliyyətdə mövcud olan və
gözləniləninnovasiyalar onların əsasən aşağıdakı sahələrdə tətbiqi ilə bağlıdır.
1. Təlim materiallarının, təhsil proqramlarının, dərsliklərin və digər biliklər sisteminin
məzmun və forma (hər ikisi birlikdə və ya ayrıca) kəsb edən resurslarının, yenı məhsul və
ya xidmətin meydana gəlməsi;
2. Xidmət sahəsində yeni, daha da təkmilləşdirilmiş və səmərəlilik baxımından daha üstün
proseslərin, elektron fəaliyyət növünün təqdimatı;
3. Məktəbdaxili, məktəbdənkənar və sinifdənxaric işlərin yeni, daha səmərəli və asan
yollarla, yeni texnologiyaların tətbiqi ilə qurulması metodları (məsələn, məktəb –
valideyn, müəllim – valideyn məlumatlandırma siteminin tətbiqi, yeni texnologiyalarla
məktəbdaxili nəzarətin bütöv və qismən bir hissəsinin həyata keçirilməsi, İKT vasitəsi ilə
qarşılıqlı dərsdinləmələr və təhlillər, valideyn-məktəb arasında keçirilən virtual iclas və
sessiyalar, konfrans rejimində mobil kommunikasiya vasitələrindən istifadə etməklə
vacib məsələlərin həlli və s.);
4. İxtisaslara tətbiq olunan pullu xidmətləri məqsədyönlü şəkildə diferensiallaşdırmaqla və
ya eyniləşdirməklə hədəflərə çatmağı daha da təkmilləşdirmək.
Bu pedaqoji innovativ metodların bir hissəsi birbaşa idarəetmə, digər hissəsi isə birbaşa təlim və
tərbiyə məsələləri ilə bağlıdır. Öz istifadə məkanına görə pedaqoji innovasiyalar iki qrupa
bölünür:
1) məktəbdaxili;
2) məktəbxarici.
Pedaqoji innovasiyaların növləri və xüsusiyyətləri nə qədər əhəmiyyətli olsa da, məsələnin digər
tərəfi aktual olaraq qalır: «Bu yenilikləri kimlər edir?», «Müəllimlər innovasiyalar edirlərmi və
onaların fərqli pedaqoji yanaşmalarını innovasiya hesab etmək olarmı?», «Dərsliklərdə və təhsil
müəssisələrində dəyişikliklər yoxdursa, bu pedaqoji müəssisə qeyri – innovativmi hesab
olunur?», «İrəli sürülən innovativ metod, xidmət və ya proseslə hansı miqyasda müsbət və
səmərəli dəyişikliklər edilə bilər və ümumiyyətlə edilə bilərmi?», «Bu dəyişikliklərin məzmunu
necədir və onları ölçmək mümkündürmü?», «Təhsildə innovasiyanın ölçülməsi və ya
4
qiymətləndirilməsi üçün hansı metodlar vardır və gələcək perspektivlər nədən ibarətdir?».
Sonuncu sual ona görə maraqlıdırki, XXI əsrin ikinci onilliyində təklif olunan innovasiyalar artıq
bir neçə ildən sonra ya özü köhnəlmiş görünə bilər, ya da tətbiqi nəzərdə tutulmuş hədəflər
tamamilə yenilənmiş və dəyişilmiş olar. Məsələn, heç kimə sirr deyildir ki, 30-50 il bundan
əvvəlki tələbələrin intellektual bilik səviyyəsi və koqnitiv düşüncə tərzi hazırkı dövrlə
müqayisədə xeyli dəyişilmişdir. Belə olan halda hansı növ innovativ yenilik məqbul və ya
qəbuledilən hesab edilə bilər, hansılar perspektivsiz sayılar? Bu kimi suallar ətrafında
düşünərkən, biz ümumiyyətlə təhsildə olan innovasiyaların daha geniş və sistemli bir
mənzərəsinin təhlil olunmasına ehtiyac duyuruq. Odur ki, yalnız təhsil sahəsindəki
innovasiyaların deyil, ümumiyyətlə, innovativ sistemin nələrdən ibarət olması məsələsini şərh
etməliyik. İnnovasiyaların istər yenilik (yeni metod və ya üsul), istərsə də maddiləşmiş predmet
və ya proses şəklində nəticəsindən asılı olmayaraq, onlar həyata keçirildiyi ərazi və onun
iqtisadi-sosial xüsusisiyyətləri ilə sıx surətdə bağlıdır. Belə ki, Əraziyə bağlı İnnovasiya Sistemi
(ƏİS) tədris bölgəsi və ya regional innovasiya sistemləri kimi müxtəlif anlayışları əhatə
etdiyindən, bu model Ərazinin Yenilik Sistemi(ƏYS) adlandırılır.
Müasir pedaqoji innovativ yenilikləri təhlil edərkən, onların əksəriyyətinin texnologiya
vasitəsi(noutbuk, iPad, ağıllı telefon) və ya texnologiyaya əsaslanan öyrənmə sistemləri,
məsələn, Təhsili İdarəetmə Sistemi (TİS) (ingiliscə – Learning Management System), təhsil
proqramları və veb-əsaslı resurslarla həyata keçirildiyinin şahidi oluruq. Əslində, texnologiya hər
zaman insan fəaliyyətinin hər hansı bir sahəsində hərəkətverici qüvvə, həm də innovasiya aləti
kimi xidmət edir; odur ki, innovativ pedaqoji idarəetmədə texnologiyanın tətbiqi zamanı
qazanılan vaxt çox zaman «iqtisadi vaxt» (İV) adlanır. Bu tip innovativ texnologiyalara video və
lent yazıları, yüksək səviyyəli multimedia və proyektorlar, televiziya, linqafon sinifləri, virtual
kitablar, planşet dərsliklər, tədrisə dair mühüm filmlər, kitabların məktəbdaxili radio vasitəsilə
translyasiyası və s. bu kimi alətlər daxildir. Televiziyanın həyatımıza daha intensiv daxil olması,
radionun funksiyasını və istifadəsini xeyli azaldır. Müəllimin müəyyən funksiyalarını öz üzərinə
götürən televiziya otaqları eyni vaxtda bir neçə sinif təlimlərinə qoşularkən yalnız bir texniki
heyətin – idarəedici nəzarətçinin olması kifayət edirr; heç şübhəsiz, bu, təlimin səmərəli
qurulmasına və tələbələrin (daxili) maraqlarının artmasına səbəb olur. Televiziya vasitəsi ilə sinif
otaqlarına translyasiya olunan təlim materiallarının seçilməsinə və lazım gəldikdə onların
məzmun və formasında dəyişikliklərin edilməsinə tədris fənn müəllimləri və müvafiq qurumlar
məsuliyyət daşımalıdır. Burada bir məsələni də qeyd etmək yerinə düşərdi.Bu, intitusional olaraq
tələbə kontingenti daha çox olan auditoriyalarda xüsusi səmərə verir. Bu, bir tərəfdən sinfin idarə
olunması və vaxta qənaət nöqteyi-nəzərindən faydalıdırsa, digər tərəfdən, təlimlərdə vizual
biliklərin üstünlük təşkil etməsi ilə də səmərəlidir. Məsələn, pedaqojiyönlü kolleclərdə bu üsulun
musiqi və rəsm, rəsmxətt, zoologiya, biologiya kimi fənlərin tədrisi zamanı xüsusi üstünlüyə
malik olması danılmazdır. Belə ki, rəngli fonda xüsusi cizgi və ştrixlərin verilməsi, rəsmin
konturlarının cızılması skafholdinq (yardımla və addım-addım öyrənmə) vasitəsilə auditoriyaya
çatdırılmalı olan kontent materiala marağı daha da artırır. Aparılmış müşahidələrimiz göstərir ki,
televiziya tədris üsulu məktəblərimizdə ya heç isifadə olunmur, ya da yalnız günorta vaxtlarında
daha çox istifadə edilir. Yaxşı olardı ki, bu tədris üsulundan səhər saatlarında daha çox istifadə
olunsun.
Texnologiya aktiv bir element kimi günümüzün yeniliklərinin əsas mənbəyi hesab edilsə də,
təkcə texnologiyaya güvənmək doğru olmazdı. Burada aşağıdakı faktorların nəzərə alınması son
dərəcə vacib hesab edilir:
1) pedaqoji mühitdə müəllimlərin innovativ tədris zamanı vaxtdan praktiki məqsədlər üçün
istifadə etməsinin zəruriliyi;
2) sinfin düzgün idarə olunmasının əsas həlqələrdən biri hesab edilməsi;
5
3) müvəffəq olmağın kritik zəruriliyi, yəni müvəffəqiyyəti əldə etmə müəllimləri bu
prosesdə təcrübə keçirməyə və normalardan kənara çıxmağa sövq etməməsidir.
Beləliklə, prinsipal cəhətlər – innovativ tətbiqetmənin hər birinin fərdi xüsusiyyətlərə malik
olması(məsələn, kompyuter və televiziya tədrisi müxtəlifdir və onların hər birinin yeri ayrıcadır)
yadda saxlanılmalı, bu innovativ tədrisdən hansı vaxt və nə qədər istifadə etməyin lazım gəlməsi
kimi məsələlər nəzərə alınmalıdır.
|