• Hansı interaktiv lövhələr var
  • Rezistiv texnologiyaya
  • İnteraktiv lövhə ilə necə işləyirlər?




    Download 5,57 Mb.
    Pdf ko'rish
    bet26/64
    Sana10.01.2024
    Hajmi5,57 Mb.
    #134066
    1   ...   22   23   24   25   26   27   28   29   ...   64
    Bog'liq
    İKT

    İnteraktiv lövhə ilə necə işləyirlər? 
    İnteraktiv lövhə ilə işləməyə başlamaq kifayət qədər asandır. Kompyuter siçanı əvəzinə 
    marker və ya barmaqdan istifadə olunur. Rəsm alətini seçməklə təsvir üzərində qeydlər aparmaq 
    olduqca asandır. 
    Hər bir interaktiv lövhənin proqram təminatının çətinlik dərəcəsindən asılı olaraq, bütün 
    funksiyaları yerinə yetirmək üçün az və yaxud daha çox vaxt tələb oluna bilər, amma bütün 
    interaktiv lövhələr üçün ümumi olan əsas funksiyalarla işləmək üçün xüsusi hazırlıq tələb 
    olunmur. Lövhələrin proqram təminatı, işə yeni alətin cəlb edil-mə prosesini asanlaşdırmaq və 
    onun uyğunlaşması üçün tələb olunan vaxtı qısaltmaq məqsədilə aydın şəkildə həyata keçirilir. 
    İnteraktiv lövhələrdə işin öyrədilməsi əsasən tədris müəssisə-lərində tələb olunur – burada təkcə 
    lövhənin əsas alətləri ilə işləmək yox, həmçinin interaktiv dərslərin yaradılması üsulları ilə 
    tanışlıq da vacibdir. 
    Hansı interaktiv lövhələr var? 
    İnteraktiv lövhələr, lövhə üzərində marker yaxud barmağın yerini müəyyən edən müxtəlif 
    texnologiyaların tətbiqi ilə istehsal olunur. 
    Bazarda ən çox yayılanlar aşağıdakılardır: 
    - Rezistiv texnologiya; 
    - İnfraqırmızı texnologiya; 
    - İnfraqırmızı və ultrasəs texnologiya vəhdəti; 
    - Elektromaqnit texnologiyası; 
    - “Micropoint” texnologiyası; 
    - Həcm texnologiyası. 
    Rezistiv texnologiyaya əsaslanan interaktiv lövhələrin müstəvisi, aralarında sensorlar 
    yerləşdirilən iki hissədən ibarətdir. Üst səthə istənilən predmetlə toxunan zaman, sensorlar 
    toxunma yerini müəyyən edir və dərhal alınan məlumatı kompyuterə ötürürlər. Rezistiv 
    texnologiya kompyuter proqramlarını idarə edir və əllə yaxud istənilən başqa bir predmetlə 
    qeydlər aparmağa imkan yaradır. Bu texnologiyanın çatışmazlığı – müstəvinin zədələnməsi 
    nəticəsində bütün lövhənin sıradan çıxma 
    ehtimalı yüksəkdir. Bu texnologiya SMART və digər 
    istehsalçılarının istehsal etdiyi interaktiv lövhələrdə reallaşdırılır. 

    Download 5,57 Mb.
    1   ...   22   23   24   25   26   27   28   29   ...   64




    Download 5,57 Mb.
    Pdf ko'rish

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    İnteraktiv lövhə ilə necə işləyirlər?

    Download 5,57 Mb.
    Pdf ko'rish