• İnfraqırmızı və ultrasəs texnologiyası
  • Elektromaqnit texnologiyası
  • “Micropoint” texnologiya
  • Mövzu №1 İnformasiya cəmiyyəti, onun xüsusiyyətləri




    Download 5,57 Mb.
    Pdf ko'rish
    bet27/64
    Sana10.01.2024
    Hajmi5,57 Mb.
    #134066
    1   ...   23   24   25   26   27   28   29   30   ...   64
    Bog'liq
    İKT

    İnfraqırmızı texnologiya da lövhə üzərində istənilən obyektlə işləmək imkanı verir. Bu 
    texnologiya iki variantda mövcuddur. 
    Ən geniş yayılanı – kameralarla təchiz olunandır. İnfraqırmızı kameralar, lövhə müstəvisinə 
    yaxınlaşan istənilən predmeti “görür”, toxunma koordinatlarını müəyyən edir və kompyuterə 
    ötürür. Bununla belə, lövhənin üzərində heç bir sensor yoxdur – bu da onun zədələnməyə qarşı 
    davamlılığını yüksəldir. Bu texnologiya Hitachi, Panasonic və Smartın bəzi modellərində istifadə 
    edilir. 


    Bu texnologiyanın ikinci variantı – infraqırmızı emitentlər və detektorlar dəstidir. Lövhənin 
    bütün səthi infraqırmızı torla örtülüdür, toxunma yeri hansı şüanın kəsilməsi ilə müəyyən edilir.
    İnfraqırmızı və ultrasəs texnologiyası yalnız xüsusi bir markerin istifadə edilməsi ilə işə 
    salına bilər. Müstəviyə toxunan zaman marker ultrasəs və infraqırmızı siqnal verir. Lövhənin 
    səthində zədə alacaq heç bir sensor yoxdur. İnfraqırmızı və ultrasəs texnologiyası Hitachi və 
    Panasonic firmasının köhnə modellərində istifadə olunmuşdur, hal-hazırda interaktiv əlavələr 
    üçün xarakterikdir.
    Elektromaqnit texnologiyası da xüsusi markerdən istifadəni tələb edir. Onun yerləşməsi 
    lövhə üzərindəki sensorlar vasitəsilə müəyyən edilir. Bu texnologiya, Activboard və İnterwrite 
    interaktiv lövhələrində istifadə olunur. Həmin bu texnologiyadan kompyuter monitorunu 
    əvəzləyən interaktiv panellərdə, həmçinin planşetlərdə istifadə olunur.
    “Micropoint” texnologiya lövhənin bütünlüklə simsiz idarə edilməsinə təminat verir. 
    Markerə yerləşdirilən kamera toxunuşun nöqtə koordinatlarını müəyyənləşdirir. Elek-tron 
    markerə yerləşdirilən Bluetooth-ötürücü, kompyuterə toxunuş nöqtə koordinat-larını ötürür, 
    lövhə isə bu zaman nə qidalanma, nə də simsiz rabitə tələb etmir. Bu texnologiya Eno seriya 
    lövhələrində istifadə olunur. 

    Download 5,57 Mb.
    1   ...   23   24   25   26   27   28   29   30   ...   64




    Download 5,57 Mb.
    Pdf ko'rish

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Mövzu №1 İnformasiya cəmiyyəti, onun xüsusiyyətləri

    Download 5,57 Mb.
    Pdf ko'rish