|
Mövzu №1 İnformasiya cəmiyyəti, onun xüsusiyyətləriBog'liq İKT Həcm texnologiyası barmaqdan istifadəyə icazə verir, amma buna rəğmən lövhənin səthi çox
möhkəm və davamlı olur. Toxunma yeri lövhə səthinin elektrik həcminin dəyişdirilməsi ilə
müəyyən edilir. Bu texnologiya eyni anda bir neçə barmaq toxunu-şunu müəyyənləşdirə bilər.
Bu texnologiyadan Panasonic interaktiv lövhə istehsalında istifadə edilir.
Bu şəkildə, interaktiv lövhələrdə istifadə edilən texnologiya, lövhədə nə ilə işləməyin
mümkün olduğunu (xüsusi elektron marker tələb olunurmu yoxsa istənilən predmet-dən istifadə
etmək olarmı), lövhə zədələnməyə qarşı nə dərəcədə davamlıdır, onun sanksiyadankənar
istifadəsi imkanlarını məhdudlaşdırmaq çətindirmi və s. müəyyənləşdirir. Müxtəlif istehsalçıların
interaktiv lövhələri və onların imkanları kataloqda təqdim edilmişdir.
Son zamanlar interaktiv lövhələr ultraqısafokuslu projektorlar vasitəsilə istifadə edilir. Bu
lövhə ilə aparılan işi daha rahat edir.
Bəzi interaktiv lövhələr eyni anda barmaq və markerlə toxunuşu müəyyənləşdirmək
qabiliyyətinə malikdir. Çox istifadəçisi olan lövhələr bir neçə texnologiyaların istifadəsi ilə
yaradıla bilər; və onların funksional imkanları bu baxımdan fərqlənir.
Lövhələrdən harada istifadə edilir?
İnteraktiv lövhələrdən təhsil və iş yerində istifadə edilir. Təhsil müəssisələrində sinif otaqları
interaktiv lövhələrlə təmin edilir. İnteraktiv lövhələrin əsas istehsalçıları təhsildə istifadə etmək
məqsədilə interaktiv lövhələr hazırlayırlar: interaktiv dərslərin keçirilməsi, fərqli materialların
elektron formada təqdim edilməsi üçün gərəkli olan proqram təminatı ilə təmin edirlər. İnteraktiv
lövhələrdən həm məktəbəqədər, həm məktəb, həm də ali təhsil müəssisələrində istifadə edilir.
İş sahəsində interaktiv lövhələrdən iclasların və danışıqların keçirilməsi zamanı istifadə edilir.
Bu sahədə istifadə etmək üçün hazırlanan lövhələr daha sadə proqram təminatına sahibdir: hazır
materialların nümayiş etdirilməsi üçün standart proqramlar v.s (məsələn, Microsoft Office). Bu
cür proqram təminatını mənimsəmək və onunla işləmək istənilən şəxs üçün asandır.
|
| |