2
məhdudlaşdırılmasında, tənlik və sistem tənliklərin həl lində başlanğıc yaxınlaşmanın
seçilməsində, həllər sayının təyinində və s. əvəz olunmazdır.
Müasir riyazi TPP- i müxtəlif koordinat sistemlərində (dekart, polyar, silindrik və sferik)
şkalalarla (xətti və loqarifmik) ikiölçülü və üçölçülü qrafiklərin qurulması, oxların
qiymətləndirilməsi, əyrinin qeyd olunması, müxtəlif yazılara və s. imkan verən vasitələrə
malikdir. Qrafiki çərçivəyə salmaq, əyri xətti müxtəlif qalınlıqla vermək mümkündür. Əyrilər
parametrik şəkildə verilə bilər.
Paketlər kompleksinə yüzlərlə əlavə funksiya və prosedurlar daxildir ki, bu da sahələr üzrə
qruplaşdırılaraq subpaketdə tətbiq olunur. Məsələn, Mathematica 2.2 –də aşağıdakı subpaketlər
mövcuddur:
− tenzor analizi və onun tətbiqi;
− siqnalların analizi və süzcəklərin işlənməsinin təminatı;
− qeyri –səlis çoxluqlar məntiqi;
− dinamik sıraların analizi;
− maliyyə hesabatları;
− optik sistemlərin hesabatı.
Riyazi paketlərin tərkibinə ənənəvi proqramlaşdırma vasitələrinin analoqu daxildir ki, bu da
sistemlərin idarə olunmasına və hesablama mərhələlərinin təkrarına imkan verir. Paket dilində
ayrıayrı məsələlərin proqramlaşdırma nəticəsinin fayl şəklində tərtib edərək, diskə yazmaq və
sonradan bu fayldan lazım olduqda çoxlu sayda istifadə etmək mümkündür. Bu cür sistemlərin
tətbiqi hətta təcrübəli riyaziyyatçılar üçün də faydalıdır. Amma yadda saxlamaq lazımdır ki, bu
sistemlər axtarış tədqiqatları üçündür, kütləvi hesabat üçün deyil.
Hal-hazırda çox geniş yayılan riyazi paketlər aşağıdakılardır:
MathCad fərdi kompyuterlərdə mürəkkəb olmayan hesabatlar üçün tətbiq olunur və olduqca
əlverişlidir. MathCad sistemi əvvəl riyazi məsələlərin həlli üçün yaradılıb. Amma 1994-cü ildən
başlayaraq simvol riyaziyyatı alətlərini tətbiq etməklə riyazi məsələlərin həlli üçün MathCad
universal alətə çevrildi. Bu paket riyazi asılılığı təsvir edən təbii giriş dilinə və Word Equation
düstur redaktorunun təqdim etdiyi düymələrə malikdür. MathCad sistemi Clipborad, OLE
mübadilə vasitələri olan Windows –un tam tətbiqi proqramıdır. MathCad vasitələri ilə
quraşdırılmış eksportlara uyğun olaraq qrafiklər çox asan yerinə yetirilir. Paket Word tipli
redaktorun köməyi olmadan sənəd tərtib etməyə imkan verən mətn redaktoru ilə təchiz olunub.