Format (Format), Math(Riyazi), Symbolics (Simvollar,) Window (Pəncərə), Help (Arayış)
menyularından ibarətdir. Hər bir menyu əmrlər sistemindən ibarətdir. Bəzi menyular iyerarxik
sistemə malikdir. Paket kontekst menyu sisteminə də malikdir.
Konkret alətlər panelinin ekranda əks olunması View menyusunun Toolbars əmrini yerinə
yetirdikdə açılan altmenyuda müvafiq alətlər panelini aktivləşdirməklə tənzimlənir. Xüsusi
panellərin ekranda əks olunması Math panelinin müvafiq alətləri vasitəsilə də təmin edilir.
Xüsusi panellər “sürüşkən” olub, ekranda istənilən yerdə yerləşdirilə bilər. Bunun üçün kursoru
panelin başlıq sətrinin üzərinə qoyub siçanın sol düyməsini sıxmaqla hərəkət etdirmək lazımdır.
Siçanın sıxılmış düyməsini buraxdıqda alətlər paneli ekranda yeni yerdə bərqərar olacaqdır.
Alətlər panelinin
düyməsini sıxmaqla alətlər panelini gizlətmək olar. Alətlər panelinin
ekrandan “gizlədilməsi” həmçinin kontekst menyunun Hide əmri vasiləsilə də təmin olunur.
Qeyd edək ki, Standart və Formatlaşma panelinin alətlərinin sayını istifadəçi öz tələbatına uyğun
tənzimləyə bilər. Belə ki, istifadəçi kursoru panelin üzərinə qoyub, siçanın sağ düyməsini
sıxdıqda açılan kontekst menyunun Customize əmrini yerinə yetirməklə açılan dialoq
pəncərəsində yeni alətlər əlavə edə bilər və ya qeyd olunmuş aləti paneldən ləğv edə bilər.
Proqramın interfeys pəncərəsinin işçi sahəsində sənəd pəncərəsi əks olunur. Proqram
yükləndikdə adətən, ilk öncə sənəd pəncərəsinin mərkəzində istifadəçini proqramın imkanları ilə
tanış etmək üçün nəzərdə tutulmuş Tip of Day dialoq pəncərələr sisteminin ilk pəncərəsi əks
olunur. İstifadəçi Mathcad haqqında informasiya ilə tanış olmaq üçün Next düyməsini, dialoq
pəncərəsini bağlamaq üçün isə Close düyməsini sıxmalıdır. Sənəd pəncərəsi öz növbəsində
başlıq sətirinə, üfüqi və şaquli səhifə sürüşdürücülərinə və istifadəçinin təlabatından asılı olaraq
xətkeşə malikdir. Sənəd pəncərəsində riyazi hesablamalar, mətn və qrafiki informasiyalar əks
olunur. Proqram informasiyaya müxtəlif miqyasda baxmağı təmin edir. Bunun üçün View
→Zoom əmrini yerinə yetirib, açılan pəncərədə miqyas vahidini seçmək lazımdır.
Cari vəziyyət sətri isə yardımçı informasiyanın əks olunmasına xidmət edir və onun ekranda əks
olunması View → Status Bar əmri vasitəsilə tənzimlənir. Mathcad həqiqi, kompleks, tam,
rasional ədədlərlə işləməyi təmin edir. Həqiqi ədədlər müxtəlif formatda: sürüşkən vergüllü,
mühəndis, eksponensial formatda daxil oluna bilər.
4
Mathcad 12 Professional riyazi proqram paketinin əsas hesablama obyekti riyazi ifadələrdir.
Riyazi ifadələr dəyişənlər, sabitlər və funksiyalardan istifadə etməklə operatorlar vasitəsilə tərtib
olunur. Onlar sənədə klaviaturadan və ya alətlər panelindən istifadə etməklə daxil edilir.
Mathcad-da bu məqsədlə Evalution, Matrix, Calculus, Calculator, Boolean alətlər panelləri
nəzərdə tutulmuşdur. Dəyişənin adına ədəd və ya ifadə mənimsətmək üçün dəyişəni sənədə daxil
etdikdən sonra Calculator və ya Evalution alətlər panelərlinin := alətini və ya «Shift+:»
düyməsini sıxmaq lazımdır. Dəyişənin adı həmişə hərflə başlamalıdır və bunun üçün
riyaziyyatda qəbul olunduğu kimi əsasən latın və ya yunan əlifbasından istifadə olunur. Qeyd
edək ki, paket dəyişəni onun adındakı böyük və kiçik hərflərə, hərfin şriftinə görə fərqləndirir.
Belə ki, paket M, m dəyişənlərini müxtəlif dəyişən kimi qəbul edir. Dəyişənin aldığı qiymətlərə
uyğun olaraq onlar ədədi, sətir, indeksli, diskret və s. tiplərə bölünürlər. İndeksli dəyişənlərə
massivlər aiddir. Diskret dəyişənlər müəyyən addımla artan qiymətlər alır. Dəyişənlər həmçinin
ölçü vahidinə də malik ola bilərlər. Kompleks ədədlər riyaziyyatdan məlum yazılış formasında
daxil olunur.
Kompleks ədədin xəyali vahidi i və ya j hərfi ilə işarə olunur. Ədədlər həmçinin səkkizlik və on
altılıq say sistemində ola bilər. Səkkizlik say sistemində ədədin yazılışının sonunda “O”,
onaltılıq say sistemində isə ədədin yazılışının sonunda “H” və ya “h” işarəsi olmalıdır.
İstifadəçi tərəfindən təyin olunan funksiyanı sənədə daxil etmək üçün ilk növbədə funksiyanın
adını və mötərizədə arqumentini, sonra «:=» işarəsini və riyazi ifadəni daxil etmək lazımdır.
Standart funksiyalar isə İnsert→Function əmrini yerinə yetirməklə açılan dialoq pəncərəsinin
funksiya siyahısından İnsert düyməsini sıxmaqla daxil olunur. Qeyd edək ki, funksiya
siyahısında funksiyalar aşağıdakı kateqoriyalar üzrə qruplaşmışdır, bu isə tələb olunan
funksiyanın seçilməsini asanlaşdırmaq məqsədi daşıyır:
- Bessel – Bessel funksiyaları;
- Complex Numbers - Kompleks ədədlərlə iş üçün;
- Differential Equation Solving – Diferensial tənliklərin həlli üçün;
- File Access – Fayllarla işləmək üçün;
- Fourier Transform – Furye çevrilməsi üçün;
- Hyperbolic – Hiperbolik funksiyalar;
- Image Processing – Şəkillə işləmək üçün;
- Interpolation and Prediction – İnterpolyasiya və proqnozlaşdırma funksiyaları;
- Log and Exponential – Loqarifmik və eksponensial funksiyalar;
- Number Theory/Combinatorics – Ədədlər nəzəriyyəsi və kombinatorika funksiyaları;
- Piecewise Continuous – Şərt və pillə funksiyaları;
- Solving – Cəbri tənlik və sistemlərin həlli üçün;
- Special – Xüsusi funksiyaları;
- Statistics – Statistik funksiyaları;
- Triqonometric – Triqonometrik funksiyaları;
- Vector and Matrix – Vektor və matrislərlə işləmək üçün.
Bu gün dünya iqtisadiyyatı biliklərə söykənən inkişaf xətti götürdüyündən ölkələrin təhsil
sistemlərindən də məhz bu tələblərə cavab verən sistemin qurulmasını tələb edir. Odur ki, yalnız
ölkədaxili sosial-iqtisadı tələblərə cavab verən mexanizmlərin deyil, bütövlükdə qlobal dünyanın
rəqabətinə cavab verən mexanizmlərin hazırlanması tələb olunur. Bütün inkişaf etmiş ölkələrdə
təhsilin informasiyalaşdırılması istiqamətində sistemli şəklidə bir neçə mərhələ islahatlar aparılr.
İnkişaf etməkdə olan ölkələrdə bu cür islahatlar davam etdirilir.
2003-cü ildə qəbul edilmiş "Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının
inkişafı üzrə Milli Strategiya (2003-2012-ci illər)” Azərbaycan üçün məhz təhsil sahəsi İKT-nin
tətbiq istiqamətləri içərisində ən yüksək prioritetə malik istiqamət hesab edilmişdir. Artıq
5
Azərbaycanda təhsilin modernləşdirilməsi, təhsildə informasiya texnologiyalarının tətbiqi
istiqamətində mühüm addımlar atılıb.
Təhsil sahəsində İKT-dən düzgün istifadə etmək və bu bacarıqları təkmilləşdirilməsi yollarının
arasdırılması olduqca əhəmiyyətli məsələdir. Qeyd edək ki, informasiya və kommunikasiya
texnologiyaları (İKT) biliyinə mükəmməl yiyələnməyin ən optimal yolu məhz orta məktəbdən
keçir. Məktəb illərində bu texnologiyalara yiyələnmək informasiya cəmiyyəti quruculuğunda
onların fəal iştirakını təmin etmiş olur.
İndi İKT yalnız təhsil prosesini təmin edən üsul deyil. İKT məktəblinin müstəqil qavrama
qabiliyyətini təmin etmək üçün yeni imkanlar açır. Bununla əlaqədar olaraq müəllimin rolu da
dəyişir: o, təhsil prosesinin konsultantı, koordinatoru olur. Onun məqsədi məktəblilərdə qərar
qəbul etmə bacarığını dəstəkləmək və inkişaf etdirmək, öyrənilən mövzuların məqsədini anlamaq
və mühakimə etməkdir. Bu yetərincə çətin pedaqoji tapşırıqlardır - onların mənasını
qiymətləndirməmək olmaz. Burada İKT katalizator rolunu oynayır, onlar uşaqları yeni biliklərə
sövq etməyə kömək edir. Əgər şagirdə bu və ya digər mövzunun məzmunu aydındırsa, onun
sualı yarana bilər: məhz nə və nə üçün öyrənmək lazımdır. Biliyə həvəsin kökündə həyati maraq
dayanır: hansı biliklər mənə daha çox lazımdır, hansı metodların köməyi ilə mən bu bilikləri əldə
edə bilərəm. Beləliklə, İKT biliyə can atmaqla digər həyati vacib məsələlərin qərarı arasında
bənd rolunu oynayır. Şagird təhsilin onun həyatında hansı rolu oynadığını başa düşən kimi, o,
təhsili davam etdirməyə böyük həvəs hiss edəcək.
Dünyanın əksər ölkələrinin təhsil sistemində informasiya texnologiyalarının tətbiqi xeyli
yeniliklərə yol açsa da, yenə də məktəblərin informatlaşdırılmasında həlli çətin problemlərlə
qarşılaşırıq. Qeyd etmək lazımdır ki, ölkəmizdə təhsil sisteminin İKT əsasında təkmilləşdirilməsi
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həmişə diqət mərkəzində
olmuşdur. "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və
kommunikasiya texnologiyaları ilə təminatı Proqramı” (2005-2007-ci illər), "2008-2012-ci
illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət
Proqramı" milli təhsilimizin informatlaşdırılması yolunda əsas mərlələləri təşkil edir.
Təhsil Nazirliyi 2010-cu ili ölkəmizdə "Təhsildə İKT ili" elan etmiş və bu kampaniya
çərçivəsində konfranslar, seminarlar, müxtəlif stimullaşdırıcı və həvəsləndirici aksiyalar,
müsabiqələr həyata keçirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr
tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası” təhsilin informatlaşdırılmasını mühüm vəzifə kimi qarşıya qoymuşdur. Bütün
bunlar dövlətimizin təhsilin inkişafına göstərdiyi böyük qayğının nəticəsidir.
UNESKO tövsiyələrində məktəbin informatlaşdırılmasında üç yanaşmanı irəli sürür. "İKT-nin
təhsilə tətbiqi” adlanan birinci yanaşma müəllimlərdən təlim prosesində şagirdlərin İKT
vərdişlərinin effektivliyinin artırılmasını tələb edir. "Biliklərin mənimsənilməsi” adlı ikinci
yanaşma, müəllimlərin qarşısında şagirdlərə təlim subyektlərinin dərindən mənimsənilməsi, real
aləmdə rast gəlinən məsələlərin həllində əldə olunan bu biliklərin tətbiqi kimi tələbləri qoyur.
Üçüncü yanaşma isə "İnformasiya istehsalı”na görə müəllimlər gələcək vətəndaşlar və işçilər
tərəfindən cəmiyyətin ahəngdar inkişafı və çiçəklənməsi üçün zəruri olan yeni biliklərin
istehsalına yardım etməlidirlər.
İndi isə məktəblərdə informasiya-kommunikasıya texnologiyalarından istifadənin bəzi
məqamlarına toxunmaq istərdik. Müəllimlərin seçdikləri fundamental biliklər, təkcə pedaqogika
və psixologiya sahəsindən deyil, həm də yeni texnologiyalardan müvəffəqiyyətlə istifadə etdikdə
təhsil prosesini xeyli sadələşdirir, onu dinamik və çevik edir. "Müəllim-şagird-dərslik" tədris
modelinə kompüterin də əlavə edilməsi tədris prosesini individual proqram üzrə təşkil etməyə,
uşağın dərsə marağını və istəyini stimullaşdırmağa imkan verir. Kompüterlə aparılan dərslər
uşaqlar üçün çox cəlbedici və yaddaqalan olur. Multimedia vasitələri, avtomatlaşdırılmış
6
öyrədici sistemlər, kompüter tədris proqramları, animasiya qrafikası, rəngarəng illüstrasiyalar
şagirdlərin idrak aktivliyinə müsbət təsir göstərir və olimpiadalarda, müxtəlif intellektual
yarışmalarda göstərdikləri nəticələrin keyfiyyətini xeyli artırır.
Tədris prosesində interaktiv lövhə və virtual laborator proqramlarından istifadə edilməsi dərsin
əsas prinsiplərindən birini, onun əyaniliyini təmin edir. Elektron lövhənin sensorlu, yəni
hissiyyatlı səthinə xüsusi qələmlə və ya barmaqla yavaşca toxunmaqla onun üzərində
kompüterdə mümkün olan bütün əməliyyatları interaktiv rejimdə aparmaq olar. Elektron lövhə,
kompüterə qoşulan mikroskop, skaner, rəqəmli fotoaparat, videokamera və s. qurğulardan alınan
təsvirləri böyüdülmüş formada ekranda əks etdirir. Şagirdlər istənilən kimyəvi reaksiyanın,
fiziki, bioloji, coğrafi proseslərin izahını virtual laboratoriya proqramı vasitəsi ilə izləyə bilərlər.
Bu isə şagirdlərin nəzəri-metodoloji biliklərini, praktiki bacarıq və təcrübələrini inteqrasiya
etməklə tədrisi xeyli canlandırır, şagirdlərin də yaradıcı yanaşma, düşünmə, təşəbbüskarlıq,
tədris materialını dərindən dərk etmə qabiliyyətini daha da artırır.
İnteraktiv lövhənin bir üstün cəhəti də odur ki, onun üzərində aparılan bütün əməliyyatları video
formatında yaddaşında saxlamaq və dəfələrlə istifadə etmək imkanı yaradır. Belə imkanlar
müxtəlif səbəbdən dərsləri buraxan şagirdlər və ya təlimdən geri qalan uşaqlar üçün xüsusi
əhəmiyyətə malikdir. Belə ki, şagird iştirak edə bilmədiyi, dərs prosesində tam aydın olmadıqda
və ya təlimdən geri qalanlar həmin materialı tam qavrayana kimi təkrar-təkrar kompüterdə izləyə
bilərlər. Elektron tədrisdə şagirdlərin hamısı lövhəyə çıxıb müəllimin bütün tapşırıqlarını yerinə
yetirməkdə həvəsli olurlar. İnteraktiv rejimdə keçilən (tədris olunan) dərslər bütün şagirdlər, o
cümlədən passiv, utancaq, müəyyən fiziki və ya psixoloji qüsuru olanların dərs prosesinə aktiv
qoşulmasına şərait yaradır.
Bu gün bütün dünyada məşhur olan "Crocodile Physics" adlı proqram haqqında məlumat verilir.
Bu güclü virtual laborator proqram, fiziki hadisələri modelləşdirməyə, "Elektrik və
eloktromaqnit", "Hərəkət və güc", "Dalğavari hadisələr" və "Optika" mövzuları üzrə virtual
sınaqlar aparmağa imkan yaradır.
"Crocodile Physics” fizika dərsini tədris edən müəllimlər üçün laboratoriya təcrübələrini
şagirdlərlə birgə aparmaq olduqca faydalıdır və bu günün tələbinə uyğun hazır nümunələrilə
zəngin proqramdır. "Crocodile Physics” məktəbdə fizika dərsini tədris edən müəllimlərin
şagirdlərlə birgə bu günün tələbinə uyğun laboratoriya təcrübələrini aparmaq və lazım olan
nəticəni əldə etmək üçün istifadə edə biləcəkləri, olduqca faydalı, və hazır nümunələrlə təmin
olunmuş bir proqramdır. "Crocodile Physics” elektron laborator proqramın içində 46-dan çox
hazır təcrübə nümunələri vardır ki, bu hazır gələn təcrübə nümunələri Beynəlxalq IGCSE, A-
Level imtahan tədris planlarına uyğundur.
"Crocodile chemistry” proqramı kimya sahəsində istifadə edilən rahat proqramlardan biridir.
Proqramı istifadə etdikdə bizləri laboratoriyada etdiyimiz əməliyyatların bir qisimini virtual
mühitə daşımışdır. Proram müəllimə imkan verir ki, dərsin aparılmasında hər bir şagird özü
virtual olaraq hər-hansi bir təcrübəni apararaq tədris materialını daha ətraflı mənimsəyə bilsin və
s.
ChemOffice proqram paketinə ChemDraw, ChemFinder, Database Subscriptions, Chem3D
proqramları daxildir. Həmin proqramlar müəllimə kimyəvi maddələrin fiziki xassələrini, fəzada
quruluşunu, malekullar arasımdakı bağlılığı əyani surətdə göstərməyə imkan verir.
Əlbəttə, bunlar təhsilin keyfiyyətinə təsir edən amillərin hamısı deyil. Hazırda bu istiqamətdə
yeni, masir texnologiyaların yaradılması istiqamətində işlər davam etməkdədir.
Hazırda informasiya cəmiyyətinə istiqamətlənmiş yolu bəşəriyyətin gələcəyinə gedən yol kimi
dəyərləndirmək olar. Alimlərin proqnozuna görə, informasiya cəmiyyətinin tam formalaşdığı
7
mərhələdə insanların əsas əmək predmeti informasiya, əmək alətləri isə İKT olacaq. Ona görə də
bu gün respublikamızda təhsilin bütün pillələrində İKT-nin tətbiq və ondan istifadə edilməsi,
eyni zamanda İKT-nin özünün tədris olunması, şagirdlərdə müstəqil şəkildə informasiya
toplamaq, analiz etmək, ötürmək qabiliyyətinin formalaşdırılması müasir dıvrün tələbidir. Ümid
edirik ki, müəllimlərimiz İKT-dən tədris prosesində səmərəli istifadə etməklə təhsilin inkişafına
böyük töhfə verəcəklər.
|