Tədris prosesində interaktiv alətlərin tətbiqi və texniki dəstəklənmə Müasir təhsil konsepsiyasının uğurlu icrasını şərtləndirən amillərdən biri də tədris prosesində
interaktiv tədris metodikalarının tətbiqi ilə bağlıdır. Qeyd edək ki, ölkə üzrə təhsil müəssisələri
kompüter avadanlığı, elektron lövhə və proyektorlar, təhsil robotları, elektron laboratoriya
avadanlıqları ilə təchiz edilirlər ki, bu avadanlıqların da fəaliyyəti üçün müəssisədaxili şəbəkə
infrastrukturunun mövcudluğu zəruridir. Azərbaycan Təhsil Şəbəkəsi korporativ intranet
şəbəkəsi olduğundan, nəinki əhatə etdiyi təhsil müəssisələrini vahid şəbəkə çərçivəsində
birləşdirir, eləcə də müəssisə daxilində lokal şəbəkə mühitinin formalaşdırılmasını mümkün edir.
Bu kontekstdə tədris prosesinin yuxarıda sadalanan interaktiv imkanlarla zənginləşdirilməsi
baxımından Azərbaycan Təhsil Şəbəkəsi mühüm əhəmiyyət kəsb edir.
Tədrisdə idarəetmənin təkmilləşdirilməsi üçün infrastruktur imkanlar Azərbaycan Təhsil Şəbəkəsinə çıxış məktəblərdə idarəetmə sistemini müasir tələblərə uyğun
qurmağa imkan yaradır. Belə ki, bir sıra pilot məktəblərdə inzibati və insan resurslarının idarə
edilməsi, müəssisədaxili qərarvermə, qiymətləndirmə, proqnozlaşdırma, monitorinq
proseslərinin elektron formada aparılması istiqamətində işlər görülür. Əlbəttə ki, bu imkanların
tətbiqi və istifadəsinin Azərbaycan Təhsil Şəbəkəsindən kənarda baş verməsi mümkün deyil.
Belə ki, məlumatların şəbəkə üzərindən ötürülməsi və saxlanması üçün məhz Azərbaycan Təhsil
Şəbəkəsinin resurslarından istifadə olunur.
Videobağlantı məsafə maneəsini aradan qaldırır Müasir dövrdə dayanıqlı və əlçatan kommunikasiyalar bütün digər sahələrdə olduğu kimi təhsil
sistemində də çox məsələləri həll edir. Məsafədən asılı olmayaraq istənilən məkanda daim
əlaqəyə çıxa bilmək imkanı qərarvermə prosesinin effektivliyinin artırılmasına müsbət təsir
göstərir. Bu baxımdan, ATŞ-nin milli təhsil sistemi üçün yuxarıda qeyd olunan çoxsaylı
faydaları sırasında videobağlantı imkanı xüsusi əhəmiyyət kəsb edir. Belə ki, bu imkan vasitəsi
ilə təhsil müəssisələri bir-biri ilə real vaxt rejimində operativ, kəsintisiz və təhlükəsiz əlaqə
yarada və interaktiv formada məlumat mübadiləsi apara bilirlər. ATŞ nəinki təhsil
4
müəssisələrini, həm də təhsil sahəsinə cavabdeh olan dövlət qurumlarını da (Təhsil Nazirliyini və
onun yerli idarə və şöbələrini) ortaq intranet şəbəkəsi daxilində birləşdirir və bir-biri ilə
əlaqələndirilməsini təmin edir.