• GEANT şəbəkəsi elmi-tədqiqat işlərinin aparılmasında ali məktəblər üçün qabaqcıl texniki və intellektual imkanlar
  • Pedaqoji heyətin peşəkar inkişafına şərait




    Download 5,57 Mb.
    Pdf ko'rish
    bet42/64
    Sana10.01.2024
    Hajmi5,57 Mb.
    #134066
    1   ...   38   39   40   41   42   43   44   45   ...   64
    Bog'liq
    İKT

    Pedaqoji heyətin peşəkar inkişafına şərait 
    Azərbaycan Təhsil Şəbəkəsinə qoşulmuş təhsil müəssisələrində elektron təhsil 
    resurslarına, dərsliklərə, videomateriallara internet trafiki istifadə olmadan daxil olmaq 
    mümkündür. Bu isə təhsilverənlər üçün özünütəhsil, araşdırma və biliklərin tətbiqi istiqamətində 
    geniş imkanlar yaradır. Eyni zamanda, şəbəkə vasitəsi ilə aparıcı müəllimlərin dərslərinin digər 
    ölkələrin təhsil müəssisələrində video nümayiş etdirilməsi imkanı vardır. Nəticədə müəllimlər 
    digər ölkələrdən olan həmkarları ilə birgə təhsilin inkişafı yönümündə müxtəlif layihələr icra 
    edir, beynəlxalq təcrübəni öyrənirlər. Qeyd edək ki, Azərbaycan 2013-cü ildən etibarən 
    “eTwinning Plus” layihəsində iştirak edir. Sözügedən layihə çərçivəsində müəllimlər təhsil 
    müəssisəsini tərk etmədən, onlayn şəkildə avropalı həmkarları ilə ortaq layihələrdə yeni bilik və 
    bacarıqları səmərəli yolla əldə etməyi öyrənir, müxtəlif təlim və kurslarda iştirak edirlər. Sözsüz 
    ki, bu imkanların tətbiqi və istifadəsində Azərbaycan Təhsil Şəbəkəsinə çıxışın olması mühüm 
    rol oynayır. 
    GEANT şəbəkəsi elmi-tədqiqat işlərinin aparılmasında ali məktəblər üçün qabaqcıl texniki 
    və intellektual imkanlar 
    Azərbaycan Təhsil Şəbəkəsi milli təhsil sistemi üçün nəinki texnoloji, eləcə də elmi-intellektual 
    müstəvidə geniş imkanlar təqdim edir. Şəbəkənin potensialı bu gün orta ümumtəhsil məktəbləri 
    ilə yanaşı, respublikanın ali təhsil müəssisələri üçün də innovativ elmi-tədqiqat imkanları 
    yaradır. 
    Belə ki, ölkə üzrə ali təhsil verən bütün müəssisələr Azərbaycan Təhsil Şəbəkəsinə qoşularaq 
    şəbəkənin resursları üzərindən GEANT beynəlxalq akademik şəbəkəsinə çıxış əldə edə və bu 
    şəbəkənin elmi araşdırma potensialından yararlana bilərlər. 
    GEANT - Avropa ali təhsil, elm və tədqiqat müəssisələrini informasiya texnologiyaları (IT) 
    şəbəkələri səviyyəsində özündə birləşdirən ümumavropa elektron elm və təhsil şəbəkəsidir. 
    Hazırda dünyanın ən nəhəng elmi araşdırma və tədqiqat şəbəkəsi olan GEANT-ın əhatə dairəsinə 
    müxtəlif ölkələri təmsil edən 38 milli təhsil və tədqiqat şəbəkələri daxildir. Avropa Komissiyası 
    tərəfindən maliyyələşdirilən GEANT layihəsi bütün Avropa üzrə hazırda 10 000 elmi-tədqiqat 
    müəssisəsini və orada çalışan 50 milyondan çox istifadəçini əhatə edir. GEANT-ın əsas 
    şəbəkəsinin maksimal fəaliyyət gücü 500 Gbit/saniyəyə-dək təşkil edir. Gündəlik olaraq 
    GEANT-ın şəbəkələri üzərindən 1000 Tbaytdan artıq məlumat ötürülür. 
    GEANT şəbəkəsi bütün iştirakçılarına elmi fəaliyyət üçün bir araya gəlmək və birgə elmi 
    tədqiqatlar aparmaq, eləcə də müştərək təhsil proqramlarını tərtib etmək üçün şərait yaradır. 
    GEANT şəbəkəsinin texniki olaraq üzərinə götürdüyü başlıca vəzifə elmi araşdırmaların 
    aparılması üçün İKT infrastrukturunun və resurslarının təmin edilməsindən ibarətdir. Bu, o 
    deməkdir ki, vahid GEANT şəbəkəsinə daxil olan bütün elmi-tədqiqat və akademik təhsil 
    müəssisələri bir-birinin elmi nailiyyətləri və nəticələri ilə tanış ola və onlardan yararlana bilərlər. 




    Download 5,57 Mb.
    1   ...   38   39   40   41   42   43   44   45   ...   64




    Download 5,57 Mb.
    Pdf ko'rish

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Pedaqoji heyətin peşəkar inkişafına şərait

    Download 5,57 Mb.
    Pdf ko'rish