Mövzu 15  Təhsildə İnternet. Təhsil portalları




Download 5,57 Mb.
Pdf ko'rish
bet43/64
Sana10.01.2024
Hajmi5,57 Mb.
#134066
1   ...   39   40   41   42   43   44   45   46   ...   64
Bog'liq
İKT

Mövzu 15 
Təhsildə İnternet. Təhsil portalları 
İNTERNET RESURSLARINƏDİR? 
Bu gün məktəblərimizin böyük əksəriyyəti internet , kompyuter və kompyuter texnologiyaları ilə 
təmin olunmuşdur. Dünya ölkələrinin internet resusrlarına baxsaq görərik ki, onlarda olduqca 
geniş həcmli, təhsilin bütün pillələrini əhatə edən internet resusrları vardır. Keçmiş Potsovet 
ölkələri içərisində ən çox internet resursu olan ölkələrə nəzər salsaq, Estoniya, Latviya, Rusiya 
Fedarasiyası, Ukrayna kimi dövlətləri görmüş olarıq. Bu ölkələrdə artıq internet dərs prosesində 
dərsin bir hissəsi kimi istifadə olunur. Şagirdlər internetə elektron ensiklopediya kimi baxırlar. 
Onlar internetdən öz müəllimlərinin onlara verdikləri düzgün istiqamət şəklində, onların tədris 
mövzularına uyğun resurslar əldə edir, onları analiz edir və sonda onu öz tapşırıqlarınatətbiq 
edirlər Müasir pedaqogikanın qarşısında duran ən önəmli vəzifələrdən biri də tədris prosesinin 
effektivliyini artırmaqdır.
XXI əsr- “Yüksək kompüter texnologiyaları əsridir”. Müasir şagird elektron mədəniyyət 
dünyasında yaşayır. Bu informasiya mədəniyyətində artıq müəllimin də rolu dəyişir. Onun rolu 
informasiya mədəniyyətinin keşikçisinə çevrilməkdir. Müasir şagird kompüter texnikası və 
texnologiyalarından daha dərin bilgilərə yiyələnmək üçün hər gün durmadan can atır. Onlar bu 
sahədə olan bilgilərini artırmağa çalışırlar. 
Müasir əsrdə dünya təhsil sistemində müəllim və həm də şagirdlər üçün, öz biliklərini 
təkmilləşdirmək üçün, əsas vacib komponentlərdən biri də internet resurslarıdır. 
İnternet Resursları nədir? - İnternet resursları işdə, evdə, tədrisdə bizim əsas köməkçimizdir. 
İnternetdə mövcud olan resurslar bizim gündəlik həyatımızda bizə lazım olan informasiyaları 
əldə etməkdə , dostlarımızla söhbət etməkdə bizim işimizi asanlaşdırır. Personal kompüterin və 
internetin tədris müəssisəsinə daxil olması şagirdlərin internet resurslarından istifadə edərək, 
kompüter texnologiyasının mövcud imkanlarını tətbiq edərək öz dərslərini daha da maraqlı 
etməyə, yeni məntiqi təfəkkürə əsaslanan düşünmə tərzinin formalaşdırılmasına imkan yaradır. 
İnternet resurslarından dərs prosesində istifadə etmək bizə nə verə bilər? - Müəllim rolunu 
internet, kitab rolunu isə internetdə mövcud olan, şagird və müəllimlərin istifadə etdikləri tədrisə 
istiqamətlənmiş resurslar oynayır. Müasir tədrisdə internet resursları müəllim və şagirdlər üçün 
ayrı -ayrı tədris bölümləri üzrə informasiyaların dolğun şəkildə əldə olunması üçün, köməkçi bir 
vasitə, alətdir. Dünya təcrübəsinə nəzər salsaq, əsasən tədrisdə internet resurslarından istifadəyə 
çox maraqlı bir yanaşma var:
1. Müasir təhsilə - müasir müəllim; 
2. Müasir müəllim üçün- müasir bilik; 
3. Müasir bilik 
Kompyuter + İnternet texnologiyaları = internet resursları vasitəsi ilə əldə oluna bilən İnternet 
tədris resurslarından istifadənin yaratdığı imkanlar: 
− lazım olan informasiyanın azad, genişzolaqlı şəkildə axtarılması; 
− konkret internet resurslarının müəllimin metodik tapşırığı əsasında öyrənilməsi; 
− didaktik vasitələrin hazırlanması üçün öyrənilməsi; 
− tədris materiallarındakı mövcud boşluqların doldurulması; 
− İnformasiya axtarışı bilgilərinin təkmilləşdirilməsi və inkişaf etdirilməsi; 
− şagirdlərin bilik və bacarıqlarının qısa vaxt çərçivəsində qiymətləndirilməsi 
Bəs necə etmək lazımdır ki, internet resurslarından tədris prosesində daha səmərəli istifadə edək? 
Artıq bir çox ölkələrdə kompüter texnologiyalarından və internet resurslarından tədris prosesində 



müəllim və şagirdlər tərəfindən səmərəli istifadə etməyin yolları araşdırılmışdır. Bunu öz tədris 
prosesində istifadə edən dövlətlərin dərs prosesində böyük dəyişikliklər baş verir. Bu 
dəyişikliklər dərs zamanı dərsin canlı keçməsinə şərait yaradır. Şagirdlərdə ən əsas tədqiqatçılıq 
və analizetmə bacarıqlarının inkişafına gətirib çıxarır. 
İNTERNET 
RESURSLARINDAN 
MƏKTƏBDƏ 
İSTİFADƏNİN 
MÜSBƏT 
ƏHƏMİYYƏTLƏRİ 
1. Bütün informasiyalara çıxışın olması dərslərin keçirilməsi üçün bir növ köməkçi alət 
funksiyasını yerinə yetirir, 
2. Tədqiqat xarakterli layihələrin hazırlanması üçün, çıxışın olması (tədris istiqamətli )
3. Mütəmadi olaraq, təlim və tədris prosesinin keyfiyyətinin artması 
4. İntellektual mübadilənin və ünsiyyətin təkmilləşdirilməsi 
5. Dünya təcrübə və biliklərinə yiyələnməyi təmin edilməsi 
İnternet resurslarından həm də tədris prosesində maraqlı və əyləncəli istiqamətlərdə də istifadə 
etmək olar. 
İnternet resurslarından dərs prosesinin qurulması zamanı olduqca önəmli problemlər mövcuddur. 
İstər müəllim, istərsə də şagird üçün internetdən istifadə etdikləri zaman, onun qarşısında geniş 
internet resursları açılır. Əgər biz nəzərə alsaq ki, bu resurslar bizə müsbət əhəmiyyətli bilgilər 
verdiyi kimi, həm də bu mənbələrdə mənfi informasiyalar da verə bilər və xüsusən də bu 
informasiyalardan şagirdlərimizin istifadəsi zamanı qarşılaşa biləcəkləri təhlükələri nəzərə alsaq, 
bu zaman müəllimlərin öhdəsinə necə böyük məsuliyyətli bir öhdəliyin düşdüyünü görmüş 
olarıq. İnternet resurslarından istifadə edərkən 2 maraqlı məqam özünü göstərir: 1-ci məqam - 
Müəllim öz şagirdlərinə internet resusrlarından düzgün istifadə etməyin yollarını, onlar 
qarşısında açılan böyük informasiya mənbələrindən düzgün istifadə edərək, özünü öyrətmə yolu 
ilə mövzu üzrə öz biliklərini, dünyagörüşlərini artıracaq və maraqlı fikir mübadiləsinin sirlərinə 
yiyələnəcəklər. 2-ci məqam - Bu prosesi bütünlüklə şagirdlərin öz öhdəsinə buraxmaq. Amma bu 
zaman şagirdlər bu internet şəbəkəsinin içərisində ki, informasiya resurslarının arasında sanki 
hörümçək toruna düşmüş bir arıya bənzəyəcək. 
İNTERNET-LAYİHƏLƏR ONLARIN TİPLƏRİ VƏ İSTİFADƏ QAYDASI 
Dünya təcrübəsinə nəzər salsaq, aydın şəkildə görə bilərsiniz ki, İnternet-layihələr vasitəsi ilə 
qurulan dərslərə daha çox yer verilir. İnternetdə olduqca geniş çeşidli, müxtəlif istiqamətli 
resurslar mövcuddur. Bu resurslar Sizlərə İnternet-layihələrin hazırlanmasında daha geniş 
imkanlar yarada bilər. Tədris ocağında mövcud olan internet məktəb layihələrinin reallaşmasına 
böyük köməklik etmiş olacaq. 
İnternet-layihələrinin tipləri 
1. Beynəlxalq mübadilə 
2. İnformasiya görüşləri və aksiyaları 
3. Problemin həlli istiqamətində əməkdaşlıq 
Layihə tipləri haqqında geniş məlumatlar: 
Beynəlxalq mübadilə. 
1. Doslarla online şəkildə yazışmalar 
2. Elektron məsləhətlər və ekspert şəklində çıxış etmək 
İnformasiya görüşlərivə aksiyaları 
1. Layihənin iştirakçıları arasında məlumatların bölüşdürülməsi 
2. Elektron yayımlar(elanlar,nəşrlər). 
3. Məlumat bazasının yaradılması 
4. Birgə tədqiqatlar. 



Problemin həlli istiqamətində əməkdaşlıq 
1. İnformasiya axtarışı. 
2. Birgə layihələrin yazılması. 
3. Məktəblərin birgə internet resursları yarışması. 
4. Təqdqiqat nəticəsində analizlərin aparılması zamanı meydana çıxan nəticələrin bir yerə 
toplanması və onların birgə fikir mübadiləsi aparılması nəticəsində proplemlərin həlli 
yollarının tapılması. 
İNTERNET RESURSLARINDAN İSTİFADƏ FORMALARI 
İnternet resurslarından dərs zamanı istifadə formalarına gəldikdə dünyada ən çox tətbiq olunan 
formalar aşagıdakılardır: 

Download 5,57 Mb.
1   ...   39   40   41   42   43   44   45   46   ...   64




Download 5,57 Mb.
Pdf ko'rish

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Mövzu 15  Təhsildə İnternet. Təhsil portalları

Download 5,57 Mb.
Pdf ko'rish