istifadə edilir. Onların seçilməsi mövcud texniki və proqram təminatından asılı olub, həll edilən
məsələlərin mürəkkəblik dərəcəsi və emal edilən informasiyanın həcmi ilə müəyyən edilir.
Kompyuterdə verilənlərın saxlanması və idarə edilməsi modelləri arasında daha mürəkkəb
modellər şəbəkə və iyerarxik modelləridir. Verilənlərın şəbəkə və iyerarxik modeli verilənlər
bazasımn idarəetmə sistemində verilənlər bazasının məntiqi təşkilinin müvafiq üsulu olmaqla,
bir-biri ilə qarşılıqlı əlaqədə olan obyektiərin məcmusundan ibarətdir.