VB-nin iyerarxik strukturu. VB-nin Ģəbəkə strukturu




Download 5,57 Mb.
Pdf ko'rish
bet47/64
Sana10.01.2024
Hajmi5,57 Mb.
#134066
1   ...   43   44   45   46   47   48   49   50   ...   64
Bog'liq
İKT

VB-nin iyerarxik strukturu. VB-nin Ģəbəkə strukturu. 
İyerarxik modellərdə bir qayda olaraq hər bir obyekt özündən yuxarı səviyyəli yalnız bir obyektə 
tabe olur. Şəbəkə modellərində isə ixtiyari bir obyekt bir neçə obyektə tabe ola bilər. 
İyerarxiya modellərində müraciət bir qayda olaraq, obyektə edilcək mürəciət digər obyektə 
tabeçiliyi olmayan ən yuksək səviyyəli obyekdən təyata keçirilir. 
Şəbəkə modellərində obyektlərin quruluşu çox zaman xətti, bəzi hallarda isə iyerarxik olur. 
Nisbətən aşağı səviyyəli verilənlərın quruluşu özünəməxsus xüsusiyyətlərə və adlara malik olur. 
Verilənlərın relyasiya modelləri, nəzərdən keçirilən şəbəkə və iyerarxiya modellərindən fərqli 
olaraq, məlumatların quruluşunun sadəliyi, istifadəçi üçün əlverişli cədvəl formasında təqdim 
edilməsi və məlumatlara müraciətin münasibliyi ilə fərqlənir. 
Verilənlərın relyasiya modeli sadə iki ölçülü cədvəllərin məcmusundan ibarətdir. Relyasiya 
modelində bir-biri ilə əlaqədə olan cədvəl arasındakı əlaqələr cədvəl münasibətlərinin eyni 
atributlarının qiymətlərinin bərabərliyinə görə müəyyən edilir. 
Cədvəl münasibəti relyasiya modellərinin universal obyektidir. Onun sayəsində relyasiya 
modelini saxlayan müxtəlif məlumatlar bazasının idarəetmə sistemində verilənlərın işlənməsinin 
unifikasiyası mümkün olur. 
Relyasiya modelində cədvəl verilənlərın quruluşunun əsas növü hesab edilir, Onun quruluşu 
sütunların məcmusu ilə müəyyən edilir. Cədvəlin hər bir sətrində müvafiq sütuna uyğun yalnız 
bir qiymət olur. Cədvəldə iki eyni sətir ola bilməz və onların ümumi sayı məhdudlaşdırılmır. 
Sütun verilənlərın müəyyən bır elementinə uyğun gəlir və o verilənlərın sadə quruluşundan 
ibarətdir. 
Müəyyən predmet sahəsini əks etdirən, bir-biri ilə məntiqi qarşılıqlı əlaqədə olan, 
normalaşdırılmış munasibətlərin məcmusu relyasiya verilənlər bazasını formalaşdırır. Relyasiya 
verilənlər bazasının məntiqi təşkilinin təsviri onun quruluşunu müəyyən etməlidir. Burada 
cədvəlin tərkibinin müəyyən edilməsi və hər bir nisbətin quruluşunun təsvirinin verlməsi nəzərdə 
tutulur. 
Müasir idarəetmənin ən vacib problemlərindən biri informasiya axınlarının səmərəli quruluşunun 
yaradılması onların idarəetmə sistemində qərarların qəbul edildiyi səviyyələrə uyğun təşkil 
olunmasından ibarətdir. Bu proseslərin yerinə yetirilməsində verilənlər bazasının idarəetmə 
sistemi mühüm rol oynayır. 

Download 5,57 Mb.
1   ...   43   44   45   46   47   48   49   50   ...   64




Download 5,57 Mb.
Pdf ko'rish

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



VB-nin iyerarxik strukturu. VB-nin Ģəbəkə strukturu

Download 5,57 Mb.
Pdf ko'rish