universal proqram vasitəsidir. Verilənlər bazasını idarəetmə sistemi verilənlər bazalarından
çoxməqsədli qaydada istifadəni, verilənlərin mühafizəsini və bərpasını təmin edir. İnkişaf etmiş
dialoq vasitələrinin və yüksək səviyyəli sorğu dilinin mövcud olması verilənlər bazasının
idarəetmə sistemini istifadəçi üçün ən əlverişli vasitəyə çevirir. Verilənlər bazası verilənlər
bazasını idarəetmə sistemi vasitələrinin köməyilə kompyuterin sabit yaddaşında təşkil edilmiş
verilənlər yığımıdır. Verilənlər bazasının köməyilə saxlanan məlumatların
minimum
təkrarlanmaları ilə yanaşı, məntiqi əlaqədə olan verilənlərın inteqrasiyası təmin edilir. Verilənlər
bazası müəyyən predmet sahəsində informasıya obyektlərinin məntiqi modelini əks etdirən
verilənlərı özündə birləşdirir. Verilənlər bazası verilənlər bazasını idarəetmə sistemində istifadə
edilən modelə və verilənlərın quruluşuna uyğun təşkil edilir. Verilənlər bazasında adətən
çoxsaylı istifadəçilər üçün zəruri məlumatlar olur. Ümumi verilənlər bazasına bir neçə
istifadəçinin eyni vaxtda müraciət etməsi verilənlər bazasının idarəetmə sisteminin fərdi
kompyuterlərin lokal şəbəkəsində quraşdırılan və çox saylı istifadəçilər uçün verilənlər bazası
yaradılan zaman mümkün olur. Verilənlər bazasının idarəetmə sistemi şəbəkədə müxtəlif
istifadəçilərin ümumi məlumatlar bazasına müraciət hədlərini izləyir və istifadəçilər eyni
zamanda ümumi verilənlərlə işləyəndə verilənlərın mühafizəsini təmin edir.
Verilənlər bazasını idarəetmə sistemi bir sıra xassələrə malikdir:
− modelin müxtəlif obyektlərində verilənlərın təkrarlanması;
− verilənlərın bir dəfə daxil edilməsi və onlarda düzəlişlərin sadələşdirilməsi;
− verilənlərın uyğunluğu və birinin diğərini inkar etməməsi;
− verilənlər bazasının tamlığı və bütövlüyü;
− verilənlər bazasının çoxaspektli müraciət imkanının olması;
− verilənlər bazasında verilənlərın ixtiyari seçilməsi;
− verilənlərdən müxtəlif məsələlər və istifadəçilər üçün istifadə edilməsi;
− qəza şəraitində, qurğuların və proqramların nasazlıqları yarandıqda və ya istifadəçilər
səhv etdikdə belə verilənlərın mühafizəsi və bərpasının mümkünlüyü və s.
Verilənlər bazasını idarəetmə sistemi müxtəlif predmet sahələri üçün istifadəçilərin praktik işinin
avtomatiaşdırılmasının əsasını təşkil edir.
İstifadəçi tərəfindən praktiki işlər üçün verilənlər bazasını idarəetmə sisteminin seçilməsi bir sıra
amillərlə bağlıdır:
− mövcud texniki və baza proqram təminati, onların konfiqurasiyası, əməli və disk yaddaşı;
− istifadəçi əlavələrinin işlənib hazırlanmasına tələbat;
− verilənlər modelinin növü;
− predmet sahəsinin xüsusiyyətləri;
− informasiya məntiqi modelinin quruluşu;
− verilənlər bazasını idarəetmə sistemində zəruri funksional vasitələrin olması;
− istifadəçinin ixtisas səviyyəsi və verilənlər bazasının idarəetmə sistemində verilənlər
bazası ilə istifadəçi arasında dialoq vasitələrinin olması.
Verilənlər bazasımn idarəetmə sistemi tətbiqi proqramlar paketi şəklində göndərilən
proqram
məhsullarından ibarət olmaqla kompyuterə quraşdırılır. Verilənlər bazasının idarəetmə
sistemi
kompyuterə quraşdırıldıqdan sonra verilənlər bazasının yaradılması həyata keçirilir. Qeyd etmək
lazımdır ki, fərdi kompyuterlər üçün müasir verilənlər bazasının idarəetmə sistemi yüksək
üstünlüyə malikdir.
Bu imkan verir ki, sistemin istifadəçi üçün işlənib hazırlanmasının
ilkin
mərhələsində verilənlər bazasının ayrı-ayrı hissələrinin yaradılmasma başlanılsın. Məlumatlar
bazasının bu cür işlənib hazırlanması tədricən onun genişləndirilməsinə və modifikasiyasına
əlverişli şərait yaradır. Beləliklə, istifadəçi tərəfindən işin texnologiyasının mənimsənilməsi
sürətlənir, verilənlər bazasının idarəetmə sisteminin imkanlarının öyrənilməsi və mərhələlərlə
tətbiqi asanlaşır.