|
Mövzu 17
Məktəb saytı. Yaradılması və idarəedilməsiBog'liq İKTMövzu 17
Məktəb saytı. Yaradılması və idarəedilməsi
Veb-sayt HTTP/HTTPS protokolları vasitəsilə İnternetdə müraciət etmək mümkün olan,
vahid mövzulu veb-səhifələrin sistemidir. Veb saytların ümumi yığımı Ümumdünya
hörümçək torunu yaradır. Dövlət qurumları, müxtəlif idarə, təşkilat, müəssisə və şirkətlər
öz xidmətləri və imkanları haqqında məlumatları yaymaq üçün veb-saytlardan istifadə
edirlər. Veb-saytlar konkret məzmuna malik olan informasiya platforması kimi və ya
gəlir qazanmaq üçün yaradılır.
Ölü sayt - (ing.gravesite, ru. мертвый узел)
1. Fəaliyyət göstərən, ancaq heç bir dəstəyi olmayan veb-sayt.
2. İstifadəçilər arasında qabaqcadan nəzərdə tutulmuş populyarlığı olmayan veb -sayt.
Veb saytların səhifələri ümumi domen ünvan altında birləşmiş olurlar və eyni məntiqi
struktura malikdirlər. Veb sayt anlayışı hostinq, server, provayder, domen, şəbəkə və s.
anlayışlarla
sıx
bağlıdır. İnternet
texnologiyaları inkişaf
etdikcə
bir serverdə
(kompüterdə) çoxlu sayda domen və veb saytlar yerləşdirmək mümkündür.
Tarixi
Dünyada ilk veb-sayt 6 avqust 1991-ci ildə Tim Barners-Li (Tim Burners-Lee) tərəfindən
yaradılmışdır. Həmin saytda o, World Wide Web (WWW) yeni texnologiyası haqqında
ümumi anlayış verərək, URL ünvanlaşma sistemi və HTML dili haqqında danışır. Həmin
saytda veb-serverlərin və veb brauzerlərin (veb səyyahların) qurulması və işi ilə bağlı
da informasiya verilirdi. Həmin sayt dünyada ilk İnternet-kataloqdur. Belə ki, Tim
Barners-Li burada digər saytlara keçidlərin siyahısını da göstərdi.
Tim
Barners-Li
hesab
edirdi
ki, hipermətnlərdən
istifadə
etməklə
şəbəkələrdə informasiya mübadiləsini çox sürətlə və effektiv aparmaq mümkündür. Bu
ideyanı həyata keçirmək üçün o, hələ 1980-cı ildə Enquire proqram təminatını
yaratdı. 1991-ci ildə CERN-də WWWstandartı təsdiq olundu. Tim Barners-Li veb-
texnologiyasının – HTTP, URI/URL və HTML atası hesab edilir
|
| |