1
Mövzu 14
Məktəb, sinif şəbəkəsi avadanlıqları və proqram paketlərinin təsnifatı
Bütün sahələrdə olduğu kimi, ölkənin təhsil sistemində də informasiya və
kommunikasiya
texnologiyalarının (İKT) inkişafı əsas hədəf kimi müəyyən edilib. Hər il bu istiqamətdə müxtəlif
layihələr həyata keçirilir.
Təhsil müəssisələrinin İKT üzrə maddi-texniki bazasının təkmilləşdirilməsi, kompüter avadanlığı
və digər zəruri rəqəmsal avadanlıqla təminat işinin yaxşılaşdırılması istiqamətində mühüm
addımlar atılır.
Təhsil Nazirliyindən verilən məlumata görə, ötən dövr ərzində təhsil müəssisələrinin İKT
avadanlıqları ilə təmin olunması məqsədi ilə ölkə üzrə təhsil müəssisələrinə paylanmaq üçün 800
ədəd proyektor sifariş verilib.
Məlumatda bilidirilir ki, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsində İP Telefoniya və
Çağrı Mərkəzi server avadanlıqlarının tərkib hissələri yenilənib. Bundan əlavə, "Azərbaycan
müəllimi” qəzetinin redaksiyasında İP telefoniya sisteminin qurulması üçün avadanlıqlar alınıb.
Məlumat və Resurs Mərkəzinin serverlərinin daha da gücləndirilməsi məqsədi ilə "Blade
Serves”, "3PAR Storage”, "SAN Switch” və "TOR Switch” avadanlıqları ilə təchiz olunub.
Təhsil müəssisələrində İKT avadanlığına texniki nəzarət və dəstək sisteminin təkmilləşdirilməsi
yönündə də bir sıra tədbirlər həyata keçirilib. Bakı, Gəncə, Sumqayıt, Abşeron və Mingəçevir
şəhərlərində yerləşən təhsil müəssisələri Azərbaycan Təhsil Şəbəkəsinə qoşulub və bu təhsil
müəssisələrindəki kompüterlərə texniki dəstək xidmətləri göstərilib.
"Elektron məktəb” layihəsində iştirak edən 43 ümumtəhsil məktəbində quraşdırılmış şəbəkə
avadanlıqlarının işlək vəziyyətdə saxlanması üçün texniki dəstək verilib. Bundan əlavə,
"Elektron Məktəb İdarəetmə” (ASM) proqram təminatına texniki dəstək, Təhsil
Sisteminin
İnformasiyalaşdırılması İdarəsində yerləşən Qaynar Xətt və şəbəkə avadanlıqlarının, o cümlədən
şəbəkə idarəetmə proqram təminatının işlək vəziyyətdə saxlanması üçün texniki dəstək xidməti
göstərilib.
Respublika üzrə təhsil müəssisələrində mövcud kompüterlərin sıradan çıxmış detalları yeniləri
ilə (klaviatura, siçan, ana plata,
prosessor, sərt disk, qida bloku, batareya və s.) əvəz olunur.
Mühüm tədbirlərdən biri də internet şəbəkəsinə çıxışın təmin olunmasıdır. Nazirliyin məlumatına
görə, Bakı və Sumqayıt şəhərlərində yerləşən 105 təhsil müəssisəsində mövcud lokal şəbəkənin
bütün tədris və inzibati otaqları əhatə etməsi üzərində işlər aparılıb.
Xüsusi qayğıya ehtiyacı olan uşaqların distant təhsilinin təşkili məqsədi ilə 100 ədəd kompüterin
ADSL rabitə kanalları vasitəsilə Azərbaycan Təhsil Şəbəkəsinə qoşulmasına başlanıb.
300 yeni təhsil müəssisəsinin Azərbaycan Təhsil Şəbəkəsinə qoşulmasına da start verilib. Bakı, o
cümlədən digər şəhər və rayonlardan ümumilikdə 2037 təhsil müəssisəsi fiber-optik, ADSL və
Simsiz rabitə kanalları vasitəsi ilə Təhsil Sisteminin korporativ internet və intranet şəbəkələrinə
çıxışla təmin edilir.
Mühüm məqamlardan biri də odur ki, müəllimlər də təhsildə müasir yanaşmaya xüsusi
əhəmiyyət verirlər. Tədris sisteminin elektronlaşdırılması istiqamətində həyata keçirilən
2
tədbirlərlə yanaşı, müəllimlərin də bu yöndəki səyləri təqdir olunmalıdır. Belə ki, müəllimlərin
tədrisə yanaşmasında ciddi dəyişikliklər baş verdiyi üçün müasir texnologiyalardan istifadə də
müsbət nəticələr verir.
Pedaqoji kadrların müasir texnologiyalardan istifadə üzrə təlim kurslarına cəlb edildiyini də
deyən müsahibimizin sözlərinə görə, İKT-nin təhsilə tətbiqi hələ təhsilin informasiyalaşdırılması
demək deyildi. Bu, öncə pedaqoqlarda, daha sonra isə şagirdlərdə İKT kompetensiyalarının
formalaşdırılmasından çox asılıdır.
İKT-dən istifadə təhsildə səmərəliliyi təmin edir. Əyaniliyi, eyni zamanda virtuallığı artırır.
Təhsil prosesini xeyli sadələşdirir. Dinamikliyi və çevikliyi təmin edir. Multimedia vasitələri,
görüntü, səs effekti, rəngarənglik şagirdlərin diqqətinin dərsə fokuslaşmasına kömək edir.
Məktəblərdə elektron texnologiyaların mövcudluğu müəllimlərə differensial yanaşma və
dərslikdən kənara çıxma imkanları yaradır. Tədris prosesini canlandırır.
2013-cü ildə qəbul edilmiş "Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət
Strategiyası”nda müəyyən edilmiş dördüncü strateji istiqamət müasir tələblərə uyğun və
ömürboyu təhsili təmin edən təhsil infrasturkturunun yaradılmasını nəzərdə tutur. Bu istiqamət
təhsil müəssisələrində İKT və əsaslı təlim metodologiyalarına uyğun infrastukturun yaradılması,
təhsil müəssisələri şəbəkəsinin rasionallaşdırılması, distant təhsil və s. kimi tədbirləri ehtiva edir.
Elə bu sənədə nəzər salarkən dövlətin və Təhsil Nazirliyinin bu məsələlərə nə qədər önəm
verdiyini anlamaq çətin deyil.
Yuxarıda qeyd olunanlardan aydın görünür ki, İKT-nin təhsilə tətbiqi məsələləri üzrə kifayət
qədər hüquqi-normativ baza yaradılıb, İKT-nin təhsilə tətbiqinin məqsədi və hədəfləri müəyyən
edilib. Bunun üçün bu günədək dövlətimiz yetərincə maliyyə vəsaiti ayırıb və ayırmaqda da
davam edir. Bundan sonrakı mərhələlərin əsasında dayanan amil müəllim peşəkarlığıdır».
Azərbaycan Təhsil Şəbəkəsi - ölkənin müxtəlif pillələr üzrə təhsil müəssisələrini, eləcə də təhsil
sahəsində dövlət siyasətini həyata keçirən qurumları (Təhsil Nazirliyi və tabe qurumları) vahid
şəbəkədə birləşdirən ən iri təhsil intranet şəbəkəsidir. Cari ildə Təhsil Nazirliyi ATŞ-ə 400-dən
çox təhsil müəssisəsini qoşaraq şəbəkənin əhatə dairəsini genişləndirib. İcrasına 2008-ci ildə
“2008-2012-ci illər üzrə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılmasına
dair Dövlət Proqramı” çərçivəsində başlanılmış layihə hazırda ölkə üzrə 3807 təhsil müəssisəsini
əhatə edir. Şəbəkəyə qoşulmuş ümumtəhsil müəssisələrində təhsil alan şagirdlərin sayı ölkə üzrə
ümumi şagirdlərin 93%-nə və pedaqoji heyətin 89%-nə bərabərdir. Azərbaycan Təhsil
Şəbəkəsinin təqdim etdiyi başlıca imkanlar internetə yüksək sürətli çıxışın təmin olunması,
internetin zərərli məzmunlardan süzgəclənməsi, intranet şəbəkəsinin qurulması və
intranet
üzərindən rabitənin (İP
telefoniya, video-konfrans) təşkili, eləcə də şəbəkə və avadanlıqlara
texniki dəstək xidmətinin göstərilməsidir.