Prаktikаdа digər topologiyаlаrdаn dа (аğаcvаri, qаrışıq) istifаdə olunа bilər.
Bu və yа digər topologiyаnın seçilməsi kompyuter şəbəkəsinin tətbiq sаhəsindən, kompüterlərin
coğrаfi yerləşməsindən və bütövlükdə şəbəkənin ölçülərindən və s. аsılıdır. Bundаn əlаvə, lokal
şəbəkənin topologiyаsını seçərkən, qiymət, etibаrlılıq və s. kimi vаcib göstəricilərə də diqqət
edilməlidir.
2.
Lokal şəbəkələrin aparat və proqram təminatı
Lokal kompyuter şəbəkələrinin (LKŞ) proqram təminatı iyerarxik struktura malikdir və
yeddi
səviyyəli OSİ modelinə uyğundur. Belə vəziyyət proqram təminatının (PT) ümumi qəbul
olunmuş protokollara uyğun standartlaşdırılması məsələsini kifayət qədər sadələşdirir. Məlumdur
ki, LKŞ-nin əsas məsələsi – şəbəkələrə daxil olan avtomatlaşdırılmış sistemlərdə (AS)
reallaşdırılan tətbiqi proseslərin fəaliyyətini təmin etməkdən ibarərdir. Tətbiqi proseslərin yerinə
yetirilməsi OSİ modelinin yuxarı (tətbiqi) səviyyə protokolları ilə reallaşdırılan və
bununla da
lokal kompyuter şəbəkələrinin (LKŞ-nin) proqram strukturunun yuxarı səviyyəsini əmələ gətirən
şəbəkənin tətbiqi proqram (ŞTP) vasitələrinin köməyi ilə təmin edilir.
Qarşılıqlı əlaqə proseslərinin yerinə yetirilməsi ilə müxtəlif AS-lərin tətbiqi prosesləri arasında
verilənlərin mübadiləsi şəbəkə əməliyyat sistemlərinin (SƏS) köməyi və şəbəkənin
aparat
vəsaitləri ilə reallaşdırılır. Adətən, lokal şəbəkələrin ŞƏS proqramları OSİ modelindəki üç yuxarı
səviyyənin (tətbiqi səviyyənin, təqdimat səviyyəsinin və seans cəviyyəsinin) protokollarını
reallaşdırır. OSİ modelinin dörd aşağı səviyyə (nəqliyyat, şəbəkə, kanal və fiziki) protokolları
isə, adətən, aparat vasitələri (şəbəkə adapteri) ilə reallaşrdırılır. Lakin, prinsip etibarilə bu
səviyyələrin prosedurları (fiziki səviyyədən başga) ŞƏS program vəsaitləri ilə də reallaşdırıla
bilər.