Burulmuş cütlüklü naqillər bir birinə burulmuş, üzəri ekranlaşdırılmış naqillərdir. İki növ
burulmuş naqillər var:
1. Ekranı olmayan hörülmüş cüt naqillər – UTP (Unshielded Twisted Pair)
2. Ekranlı hörülmüş cüt naqillər – STP (Shielded Twisted Pair)
Bəzi hallarda bir neçə burulmuş cüt naqillərdən ibarət olan kabeldən istifadə edilir. Belə
kabellərdə naqillərin hamısının üstü bir qoruycu təbəqə ilə örtülür. Kabellərdə qoruyucu
təbəqədən informasiyaların elektrik sahəsi ilə təhrif olunmasının qarşısını almaq, eləcə də
naqillərin özünü kənar təsirlərdən qorumaq məqsədilə istifadə edilir. Normal xarakteristikaya
malik UTP kabellər 5 növə ayrılır:
1. Çox istifadə edilən kabellər - bunlarla yalnız danışıqlar ötürülür;
2. 4 naqilli kabellər - bunlarla verilənləri 4 Mgb/san ilə ötürmək mümkündür;
3. 4 cüt burulmuş və ya hörülmüş naqilli kabellər - kabelin hər metri 9 dəfə burulmuş olur.
Belə kabellərlə verilənlərin ötürülmə sürəti 10 Mgb/sanyə qədər olur.
4. 4-4 burulmuş naqillər - bunlarla verilənlərin ötürülmə sürəti 16 Mgb/sanyə qədər
mümkündür.
5. 4 ayrı-ayrı cütlüklü burulmuş naqillər - bunlarla verilənlərin ötürülmə sürəti 100 Mgb/san
qədər olur.
Qoşalaşdırılmış naqillər mis örtüklə ekranlaşdırılır. Bu da onun xarici maneələrdən tam
qorunmasını təşkil edir. Bu cür qoşalaşdırılmış kabellər RG-45 ailəsinə məxsusdur.
Optik telli kabellər - verilənlərin maksimal sürətlə ötürülməsində istifadə edilir. Verilənlər optik
tellərlə modulyasiyaedilmiş işıq impulsları ilə ötürülür.
Belə kabellərlə siqnallar iki texnologiyadan biri ilə ötürülür:
1. Modullaşdırılmış
2. Modullaşdırılmamış
Modullaşdırılmış siqnallar - diskret və ya işıq impulsları ilə rəqəm siqnalları formasında
ötürülür. Kabellə verilənlərin bu üsulla ötürülməsi yuxarı və aşağı tezlik arasında yerləşən aralıq
tezliklərdə aparılır. Ötürülən siqnallar, nəticə etibarilə, gecikdirilir və kiçilir. Bu səbəbdən də
modullaşdırılmış siqnallar uzaq məsafələrə ötürüləndə siqnal gücləndiriciləri kimi
təkrarlayıcılardan istifadə edilir.
Modullaşdırılmamış siqnallar - sistemlərdə verilənlərin müxtəlif tezliklərdə analoq siqnalları
şəklində ötürülməsi üçün istifadə edilir. Siqnallar fasiləsiz elektromaqnit və ya işıq dalğaları kimi
kodlaşdırılır. Modullaşdırılmamış siqnalların təhrif olunmasının qarşısını almaq üçün
gücləndiricilərdən istifadə edilir.