• şəbəkənin idarə olunması və verilənlərə daxil olmanın mərkəzləşdirilməsi imkanlarının
olmaması;
• şəbəkə və verilənlərin ümumi mühafizəsinin aşağı səviyyədə olması.
Şəbəkə inzibatçısı şəbəkədə kompüterlərin, istifadəçilərin və resursların idarə olunması üçün
bütün hüquqlara malik olan insan.
Şəbəkə inzibatçılığı – kompüterlərin, şəbəkə avadanlıqlarının və istifadəçilərin işinin idarə
olunması, verilənlərin mühafizəsi, resurslara daxil olmanın təmini, sistem və tətbiqi
proqram
təminatının sazlanması və modernləşdirilməsi kimi kompleks məsələlərin həllidir.
Bir ranqlı şəbəkələrdə adətən kompüterlərin sayı 10-dan çox olmur və onları işçi qruplar
adlandırırlar. İşçi qrupların tipik nümunəsi kimi ev şəbəkəsini və ya çox da böyük olmayan ofis
şəbəkələrini misal göstərmək olar.