• Onlayn mühitin arzuolunmaz təsirlərindən mühafizə
  • Məktəb idarəetmə sistemində və tədris prosesində informasiya texnologiyalarından effektiv




    Download 5,57 Mb.
    Pdf ko'rish
    bet40/64
    Sana10.01.2024
    Hajmi5,57 Mb.
    #134066
    1   ...   36   37   38   39   40   41   42   43   ...   64
    Bog'liq
    İKT

    Məktəb idarəetmə sistemində və tədris prosesində informasiya texnologiyalarından effektiv 
    istifadə 
    Ölkədə təhsil sahəsində ən böyük daxili şəbəkə olan Azərbaycan Təhsil Şəbəkəsi tədris 
    prosesində innovativ yanaşma və mexanizmlərin tətbiqi üçün geniş imkanlar yaradır. Belə ki, 
    Azərbaycan Təhsil Şəbəkəsinə qoşulmuş təhsil müəssisələrinin internet və intranet xidmətləri ilə 
    təminatı, elektron təhsil resursları və idarəetmə sistemləri ilə təchiz edilməsi, tədris prosesində 
    nəzarətin və qərarvermənin təkmilləşdirilməsi və rəqəmsallaşdırılması kimi mühüm istiqamətlər 
    üzrə işlər həyata keçirilir. 
    Azərbaycan Təhsil Şəbəkəsinə qoşulmuş təhsil müəssisələrində elektron təhsil 
    resurslarına, dərsliklərə, videomateriallara internet trafiki istifadə olmadan daxil olmaq 



    mümkündür. Bu elektron tədris materialları isə şagirdlərdə məntiqi təfəkkür, yaradıcı yanaşma, 
    təşəbbüskarlıq, problemlərin həlli, qərarların qəbul edilməsi, müstəqil öyrənmə kimi 21-ci əsr 
    bilik və bacarıqlarının (kompetensiyalarının) inkifaşına kömək edir. Bu cür resurslar şagirdlərin 
    diqqətini faydalı məzmuna yönəldir və internetdən təhsil almaq, inkişaf etmək məqsədi ilə 
    istifadə etmələrinə şərait yaradır. 
    Onlayn mühitin arzuolunmaz təsirlərindən mühafizə 
    Azərbaycan Təhsil Şəbəkəsi təhsil sisteminin İKT təchizatının yaxşılaşdırılması ilə yanaşı, bir 
    sıra mühüm sosial əhəmiyyətli funksiyaların icrasını da öz üzərinə götürmüşdür. Bu cür 
    funksiyalardan ən başlıcası təhsilalanların tədris prosesində istifadə etdikləri internetin zərərli 
    təsirlərindən qorunması ilə bağlıdır. Bu gün Azərbaycan Təhsil Şəbəkəsini ölkə miqyasında 
    unikal mexanizmə çevirən ən mühüm cəhətlərdən biri, görülən bütün tədbirlərin təhsil 
    ekosisteminin mərkəzində duran və təhsil prosesinin benefisiarı olan təhsilalanların hərtərəfli 
    formalaşmasına xidmət etməsidir. Azərbaycan Təhsil Şəbəkəsi çərçivəsində təhsil müəssisələrinə 
    təqdim edilən internet avtomatik rejimdə bütün növ zərərli və tədris prosesinə aid olmayan 
    məzmunlardan təmizlənərək təhsilalanların ixtiyarına verilir, beləliklə də şagirdlər onlayn 
    mühitin arzuolunmaz təsirlərindən mühafizə olunur. 
    Xidmətin iş prinsipi ondan ibarətdir ki, onlayn axtarış sistemlərində müxtəlif dillərdə onlarla 
    kateqoriya üzrə zərərli informasiyanın axtarışı məhdudlaşdırılır və təhsilalanların arzuolunmaz 
    veb-məzmunlardan maksimal müdafiəsi təmin olunur. Bu isə öz növbəsində, uşaq psixikasının 
    internetin zərərli təsirlərindən qorunması ilə yanaşı, tədris prosesində şagirdlərin diqqətinin 
    yalnız faydalı məzmunlar üzərində cəmləşməsinə xidmət edir. 

    Download 5,57 Mb.
    1   ...   36   37   38   39   40   41   42   43   ...   64




    Download 5,57 Mb.
    Pdf ko'rish

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Məktəb idarəetmə sistemində və tədris prosesində informasiya texnologiyalarından effektiv

    Download 5,57 Mb.
    Pdf ko'rish