Mühazirə konspekti Tərtib edən: dos.İsayeva T. M. G I r I Ş




Download 1.71 Mb.
bet1/58
Sana07.12.2022
Hajmi1.71 Mb.
#33589
TuriMühazirə
  1   2   3   4   5   6   7   8   9   ...   58
Bog'liq
C fakepathMuhazire Olcme tex.esas.YENI -2022



AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ


AZƏRBAYCAN DÖVLƏT NEFT və
SƏNAYE UNİVERSİTETİ


ÖLÇMƏ TEXNİKASININ ƏSASLARI


(Mühazirə konspekti)
Tərtib edən: dos.İsayeva T.M.


G İ R İ Ş

Ölçmə-real həyatı dərketmə alətlərinin əsaslarından biridir. Ölçmələr öyrənilən hadisələrin miqdarı nisbətlərini və qanunauyğunluqlarını təyin etməyə imkan verir ki, bu da müxtəlif alimlərin tədqiqatlarının və kəşflərinin nəticələrini obyektiv müqayisə etməyə şərait yaradır.


Ölçü texnikasının inkişaf səviyyəsi istehsalatın inkişaf səviyyəsi ilə bilavasitə əlaqəlidir və məhsulun keyfiyyətini birbaşa təyin edir. Qarşılıqlı əvəzolunma problemlərinin, standartlaşdırma problemlərinin həlli texniki cəhətdən inkişaf etmiş ölçmə bazası olmadan mümkün deyildir.
Ölçmə texnikasının vəzifəsi təbiətdə baş verən hadi­sə­lərin fiziki xarakteristikalarının alınmasına və naməlum hadisə­lərin aşkar edilməsinə yeni imkanlar verən cihaz, ölçmə qurğusu və sistemlər yaratmaqdan ibarətdir.
Elm və texnikanın inkişafı ölçmə texnikasının nai­liy­yət­ləri ilə sıx əlaqədardır. Dəqiq elmlərdə obyektiv təbiət qanun­larını təsvir edən asılılıqların müəyyənləşdirilməsi yalnız ölçmə texnikasının köməyi ilə mümkün olmuşdur.
Hazırda ölçmə texnikasının tətbiq sahəsi xeyli genişdir. Ölçmə texnikası sənayedə xüsusi yer tutur. Mübaliğəsiz demək olar ki, ölçmə texnikası keyfiyyəyli məhsul buraxılmasında ən mühüm amillərdən biridir.
Bir sıra cəhətlərinə görə ölçmələrin elektrik üsulları digər üsullardan xeyli üstündür. Az enerji sərfini, ölçülən kəmiyyətin məsafəyə ötürülə bilməsini və onların nəticələrinin böyük sürətlə ötürülməsini, yüksək dəqiqlik və həssaslığı bunlara misal göstərmək olar.
Elektrik ölçmə texnikası vasitələrinin inkişafındakı tərəq­qi ölçmə nəzəriyyəsinin daha da inkişaf etdirilməsi və onun əsasında yeni ölçmə metodlarının yaranması, ölçmə va­si­tələrinin konstruksiyalarına mikroelektroni-kanın, avto­ma­tika­nın, hesab­lama texnikasının son nailiyyətlərinin geniş tətbiqi, həmçinin bir sıra texnoloji məsələlərin müvəffəqiyyətli həlli nəticəsində təmin edilmişdir.
Rəqəm ölçmə cihazlarının yaranması və istehsalı elek­trik ölçmə texnikasının inkişafında mühüm mərhələ ol­muşdur. Ölçmə prosesinin tam avtomatlaşdırılması ilə yanaşı rəqəm ölçmə cihazları yüksək dəqiqliyi, cəldişləməsi, maneəyə­daya­nıqlığı, ölçmə obyektindən az güc sərfini, oxunma əlverişliyini, ölçmə nəticəsinin kod şəklində başqa qurğulara ötürülməsini və s. təmin edir.
Ölçmə cihazlarında müasir hesablama texnikası vasitə­lərinin geniş tətbiqi onların funksional imkanlarını xeyli ar­tırmış və metroloji xarakteristikalarını əsaslı surətdə yaxşılaş­dır­mışdır.Mikroprosessorlar ölçmə nəticələrinin emalına, ölçü­lən kə­miyyətin qiymətindən sabit əmsalın çıxılmasına, ölçülən kə­miyyətin qiymətinə nəzarət edilməsinə, nəzarət olunan pro­sesin statistik xarakteristikalarının hesablanmasına, ölçmə çevi­ricilərinin xarakteristikalarının xəttiləşdirilməsinə və s. imkan verir.
Ölçmə texnikasının inkişaf istiqamətləri əsasən aşağı­dakılardır:
1.Dəqiqliyin və cəldişləmənin yüksəldilməsi, tezlik diapa­zonunun genişləndirilməsi, yüksək metroloji və istismar xassəli elektron və rəqəm cihazlarının istehsalı;
2.Elektrik, maqnit və qeyri-elektrik kəmiyyətlərinin ölçülməsində, avtomatlaşdırılmış idarəetmə sistemlərində geniş tətbiq olunan müxtəlif növ ölçmə çeviricilərinin nomenkla­turasının genişləndirilməsi və xarakteristikalarının yaxşı­laşdı­rıl­ması;
3.Yüksək keyfiyyətli informasiya-ölçmə sistemlərinin yaradılması və təkmilləşdirilməsi, müasir hesablama tex­ni­ka­sından istifadə etməklə ölçmə-hesablama komplekslərinin yara­dılması və tətbiqi.



Download 1.71 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   58




Download 1.71 Mb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Mühazirə konspekti Tərtib edən: dos.İsayeva T. M. G I r I Ş

Download 1.71 Mb.