ÖLÇMƏLƏR VƏ FİZİKİ KƏMİYYƏTLƏR HAQQINDA ƏSAS MƏLUMATLAR




Download 1.71 Mb.
bet2/58
Sana07.12.2022
Hajmi1.71 Mb.
#33589
TuriMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   58
Bog'liq
C fakepathMuhazire Olcme tex.esas.YENI -2022

1. ÖLÇMƏLƏR VƏ FİZİKİ KƏMİYYƏTLƏR HAQQINDA ƏSAS MƏLUMATLAR

1.1. Metrologiya – ölçmələr haqqında elmdir

Metrologiya elmi ölçmənin nəzəri və təcrübi məsələləri ilə məşğul olur. Metrologiya daha geniş mənada ölçmələr,ölçmə metodları və vasitələri, onların təmin edilməsi, tələb olunan dəqiqlik üsulları haqqında elm kimi başa düşülür.


İnsan özünün praktiki həyatında hər yerdə ölçmələrlə rastlaşır.
Ölçmələr – insan tərəfindən təbiətin anlanılmasının əsas, vacib yollarından biridir.
Riyaziyyat, mexanika, fizika ona görə dəqiq elmlər adlandırılır ki, olçmələr nəticəsində onlar təbiətin obyektiv qa­nunlarını ifadə edən kəmiyyət münasibətləri arasında asılılıqları sübut edə bilmişlər.
D. İ. Mendeleyev hələ o vaxtlar qeyd etmişdi ki, “elm ölçmələrə başlamaqdan sonra başlanır. Ölçmələrsiz heç bir dəqiq elm təsəvvür edilə bilməz”
Texnikanın bütün sahələri – tikinti mexanikasından və maşınqayırmadan başlanmış nüvə energetikasına qədər ölçmə sistemləri olmadan texnoloji prosesləri, nəzarəti, idarəetməni, buraxılan məhsulların keyfiyyətini və s. təyin etmək mümkün deyil.
Müasir cəmiyyətdə də ölçmələrin əhəmiyyəti çox bö­yükdür.
Ölçmələrin rolu xüsusən yeni texnikanın tətbiqində, elektronikanın inkişafında, avtomatlaşdırmada, atom ener­geti­kasında, kosmik uçuşlarda və s. daha da artmışdır.
Metrologiyanın müasir anlaşılmasında qeyd edilməlidir ki, o, ölçmələr, onların vəhdətinin təmin olunması metodları və vasitələri, tələb olunan dəqiqliyin əldə edilməsi haqqında elmdir.
Metrologiya təbiət və texniki elmlərin inkişafı üçün böyük əhəmiyyətə malikdir. Dəqiq ölçmələr dəfələrlə funda­mental kəşflərin edilməsində böyük rol oynayır.
Metrologiyanın xalq təsərrüfatının inkişafında praktiki əhəmiyyəti çox böyükdür. O, ölçmə texnikasının elmi əsasını təşkil edir.
Ölçmələr metrologiyada əsas anlayışlardan biridir. Met­ro­logiya ölçmə texnikasının nəzəri əsaslarına xidmət edir. Ölçmə texnikası inkişaf etdikcə metrologiya böyük əhəmiyyət kəsb edir,ölçmənin nəzəri əsasları yaranır və təkmilləşir, be­ləliklə, ölçmə sahəsində təcrübi sınaqlar ümumiləşdirilir, ölçmə tex­nikasının inkişafına istiqamət verilir. Metrologiya ölçmə­lər­dən, ölçmə metodları və vasitələrinin bütövlüyünün təmin edil­mə­sindən, tələb olunan dəqiqliyin əldə edilməsi üsullarından bəhs edən elm olub, ölçmə texnikasının nəzəri əsasları ilə məşğul olur, yəni elmin ölçmələri öyrənən sahəsi metrolo­giya­dır. Metrologiya iki yunan sözündən təşkil edilmişdir: metro – ölçü, loqos – anlayış deməkdir.Deməli, metrologiya eyni zamanda ölçü anlayışı deməkdir.
Metrologiya elm, texnika və iqtisadiyyatın bütün sahə­lə­rin­də tərəqqinin əsaslı ilkin şərtidir. Elmi problem nə qədər mü­rəkkəb olarsa, metrologiyanın əhəmiyyəti bir o qədər böyük olar.
Ölçmə nəzəriyyəni insanın əməli fəaliyyəti ilə bir­ləş­dirən, insanın təbiəti dərk etmə yollarından biridir.Onlar elmi biliklərin əsasıdır,maddi ehtiyatların hesabatı üçün xidmət edir,məhsulların tələb olunan keyfiyyətini,detalların və qovşaq­ların qarşılıqlı əvəz olunmasını təmin edir, texnologiyanı, isteh­salatın avtomatlaşdırılmasını,sağlamlığın mühafizəsini təkmil­ləş­di­rir və bir çox başqa sahələrin əmək təhlükəsizliyini təmin edir.Ölçmənin sahəsi genişdir. Ölçmələr təbiəti dərk etməyə xidmət edir.
İldən-ilə ölçmənin rolu və əhəmiyyəti yüksəlir.Müasir metodlardan istifadə edərək alimlər maddələrin tərkibini dəqiq ölçürlər. Ölçmələr bir çox insanların əsas peşəsidir (texniki nəzarət şöbələrinin,zavod laboratoriyalarının və sınaq mər­kəz­lərinin işçiləri).Ölçü işi hədsiz böyükdür və hələ açılmayan ehtiyatlara malikdir,onun istifadə edilməsi texniki tərəqqinin həyata keçirilməsinin həlledici şərtlərindən biridir.
Ölçmənin əsas xassələri aşağıdakılardır: ölçmə əsasları, ölçmə üsulları, ölçmə xətası və dəqiqliyi, ölçmələrin düzgün­lüyü və doğruluğu.



Download 1.71 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   58




Download 1.71 Mb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



ÖLÇMƏLƏR VƏ FİZİKİ KƏMİYYƏTLƏR HAQQINDA ƏSAS MƏLUMATLAR

Download 1.71 Mb.