• “Sİ”
  • Fiziki kəmiyyət. Fiziki kəmiyyət vahidi




    Download 1.71 Mb.
    bet4/58
    Sana07.12.2022
    Hajmi1.71 Mb.
    #33589
    TuriMühazirə
    1   2   3   4   5   6   7   8   9   ...   58
    Bog'liq
    C fakepathMuhazire Olcme tex.esas.YENI -2022

    1.3. Fiziki kəmiyyət. Fiziki kəmiyyət vahidi
    Fiziki kəmiyyət - bu, xüsusiyyət baxımından bir çox ob­yekt­lərdə (sistemlərdə, onların vəziyyətlərində və onların baş verən prosslərində) ümumidir, say baxımından hər bir ob­yekt üçün fərdidir. Say baxımından fərdiyyət o mənada başa düşülməlidir ki, bir obyekt üçün xüsusiyyət o birisindən müəy­yən miqdarda çox və ya az ola bilər. Belə ki, kütlə, məsafə, təzyiq, güc, elektrik müqaviməti və i.a. fiziki kəmiyyətlərdir. Lakin real obyektlərin bütün fiziki xüsusiyyətləri heç də fiziki kəmiyyətlər deyillər. Belə fiziki xüsusiyyətlərə cismin və ya fiqurun forması, iyi, dadı, rəngi və s. misal ola bilər və onlar ölçülə bilmirlər. Buna görə də fiziki kəmiyyətləri ölçülə bilən fiziki xüsusiyyətlər kimi də adlandırırlar.
    Fiziki kəmiyyətin onun üçün vahid kimi qəbul edilmiş müəyyən ədəd formasında qiymətləndirilməsi fiziki kəmiyyə­tin qiyməti adlanır. Kəmiyyətin qiymətinə daxil olan adsız ədəd ədədi qiymət adlanır. Ədədi qiymətin və həmin kəmiy­yə­tin istənilən vahidinin köməyi ilə kəmiyyətin ölçüsü ifadə edilə bilər. Əgər ölçülən kəmiyyəti Q, kəmiyyət vahidini Ö1, onların nis­bətini n1 vasitəsi ilə işarə etsək, onda Q = n1Ö1. Kə­miy­yə­tin ölçüsü vahidin seçilməsindən asılı olmur.
    Kəmiyyət vahidi insanda bir şeyi miqdarca ifadə etmək labüdlüyü baş verən vaxtdan peyda olmağa başlamışdır.Cismin və maddənin xassəsinin miqdarca təyin edilməsindən başqa proseslərin miqdarca xarakterizə edilməsinin də labüdlüyü baş vermişdir.
    Təcrübədə çox vaxt müxtəlif ölçülü eyni cinsli fiziki kəmiyyətlərin ölçülməsi tələb olunur.Bu fiziki kəmiyyətlər və onlara uyğun fiziki kəmiyyətlərin vahidləri əsas adlanır, məsələn metr, saniyə, amper və i. a.Törəmə vahidlər isə qəbul edilmiş sistemin digər vahidlərindən müəyyən tənliklər üzrə alınan vahidlərdir, məsələn sürət vahidi –metr/saniyə.
    Fiziki kəmiyyətlərin ölçülməci üçün müxtəlif vahidlər sistemləri təklif olunmuşdur.1960-cı ildə ölçü və çəkilər üzrə X1 Baş konfrans sonuncu yeni sistemi qəbul etmiş, ona Beynəlxalq vahidlər sistemi “System International” adı verərək, ixtisar edilmiş “Sİ”, rusca transkripsiyada “СИ” ilə işarə etmişdir.
    Fiziki kəmiyyət Beynəlxalq vahid sistemi indiki vaxta kimi bütün mövcud olanlardan daha kamil və universaldır. Stan­dartlaşdırma üzrə Beynəlxalq təşkilat (İSO) öz tövsi­yə­lərində Beynəlxalq vahid sistemini qəbul etmişdir. Bu sistemin əsas və əlavə vahidləri 1.1 cədvəlində verilmlşdir.
    Metr – saniyənin 1/299792458 hissəsində işığın vakum­da qət etdiyi məsafədir.
    Kiloqram – kiloqramın beynəlxalq prototipi olan platin və iridium ərintisindən hazırlanmış silindrin kütləsi kimi müəy­yən olunan kütlə vahididir.
    Saniyə - sezium-133 atomunun əsas halının çox nazik struk­turunun iki səviyyəsi arasında energetik keçidə uyğun 9192631770 şüalanma perioduna bərabərdir.
    Amper – vakuumda bir-birindən 1 m məsafədə yerləşən sonsuz uzunluqlu və çox nazik dairəvi en kəsikli iki paralel düzxətli keçiricidən keçərkən 1m uzunluqlu keçiricinin hər bir sahəsində 2.10-7 N qarşılıqlı təsir qüvvəsi yaradan dəyişməz cərəyanın gücüdür.
    Kelvin – termodinamik temperatur vahidi olub,suyun üçqat termodinamik temperaturunun 1/273,16 hissəsinə bərabərdir.
    Mol – tərkibində 0,012 kg kütləli karbon-12-dəki struktur elementlərin sayı qədər struktur elementi olan maddənin miqdarıdır.
    Kandela – (latınca kandela şam deməkdir) verilən istiqamətdə 540.1012 Hs tezlikli (dalğa uzunluğu təxminən 0,555 mkm) monoxromatik şüalanma hasil edən və energetik enerjisi həmin istiqamətdə 1/683 Vt/sr (sr - steradian) olan mənbənin işıq gücüdür.
    sisteminin əlavə vahidləri yalnız bucaq sürəti və bu­caq təcilinin vahidlərini yaratmaq üçündür. Sİ sisteminin əla­və fiziki kəmiyyətlərinin vahidlərinə radian və steradian aiddir.
    Radian (rad) – çevrənin iki radiusu arasındakı bucaqdır və bu çevrənin qövsünün uzunluğu həmin radiusa bərabərdir.



    Download 1.71 Mb.
    1   2   3   4   5   6   7   8   9   ...   58




    Download 1.71 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Fiziki kəmiyyət. Fiziki kəmiyyət vahidi

    Download 1.71 Mb.