Ölçmələr haqqında əsas anlayışlar və təriflər




Download 1.71 Mb.
bet3/58
Sana07.12.2022
Hajmi1.71 Mb.
#33589
TuriMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   58
Bog'liq
C fakepathMuhazire Olcme tex.esas.YENI -2022

1.2. Ölçmələr haqqında əsas anlayışlar və təriflər

Fiziki kəmiyyətin qiymətinin təcrübə yolu ilə xüsusi texniki avadanlığın köməyi ilə tapılmasına ölçmə deyilir.


Ölçmənin əsasını iki fiziki kəmiyyətin müqayisəsi təşkil edir: ölçülən və məlum. Müqayisə olunan kəmiyyətlər bircins­lidir, yəni eyni fiziki təbiətə malikdirlər.
Məlum kəmiyyət müəyyən sayda qanunlaşdırılmış va­hid­­lərlə ifadə olunmuşdur ki, bu da müqayisə yolu ilə ölçülən kəmiyyəti həmin qaydada ifadə etməyə imkan verir. Ölçmənin mahiyyəti və məqsədi müqayisə prosesi kimi onun əsas tənli­yin­də ifadə olunmuşdur: Q =q[Q], burada Q – ölçülən kəmiy­yət, q – kəmiyyətin ədədi qiyməti; [Q] - kəmiyyət vahididir.Bu tənliyin sağ tərəfi ölçmənin nəticəsini ifadə edir. Ölçmənin nəticəsini almaq üçün bir məlum kəmiyyət deyil, onun müəyyən qaydada nizamlanmış yığımı, yəni fiziki kəmiyyətin şkalası lazımdır.
Beləliklə, ölçmə - ölçülən fiziki kəmiyyəti qanunlaş­dı­rılmış vahidlərlə ifadə etmək məqsədilə onun bircins kəmiy­yət şkalası ilə müqayisə olunma prosesidir.Bu fikir ölçmənin tərifinin əsasını təşkil edir: “Ölçmə elə idrak prosesinə deyilir ki, verilən kəmiyyət fiziki eksperiment yolu ilə onun müqayisə vahidi kimi qəbul edilmiş qiyməti ilə müqayisə olunsun ”.
Ölçmə mürəkkəb anlayışdır,onun analizi üçün əsas struk­tur elementlərini araşdırmaq zəruridir.Bu elementlərə: ölçmə­­nin məqsədi,tədqiqat obyekti və onun modeli,aprior in­formasiya, ölçülən kəmiyyət, ölçmə vasitəsi (avadanlıq), nəticə və ölçmə xə­tası aiddir.
Ölçmənin məqsədi ölçməyə olan tələbatları təyin edir. Ölçmə hər hansı məqsəd üçün aparılır. Ölçmənin məqsədi tədqi­qat obyektinin maraq kəsb edən fiziki kəmiyyətlərini ayırır və ölçmənin tələb olunan dəqiqliyini təyin edir.
Tədqiqat (ölçmə) obyekti təbii və ya texnoloji mühitə malik real fiziki obyektdir. O, başqa obyektlər ilə çoxtərəfli və mürəkkəb əlaqədədir. İnsan obyekti tamamilə onun bütün xas­sələri və rəngarəngliyi ilə qavramaq iqtidarına malik deyil. Ona görə də insanın tədqiqat obyekti ilə təması ancaq obyektin modeli əsasında olur.
Obyektin modeli obyektin verilən məsələ üçün əhə­miyyət kəsb edən xassələrini əks etdirən nəzəri-fiziki və riyazi konstruksiyadır. Model ölçmə məqsədinə uyğun olaraq qurulur və bunun üçün obyekt və ölçmə şəraiti haqqında aprior informasiyadan istifadə olunur.
Aprior informasiya – ölçmənin effektivliyini təmin edən amillərdən biridir. Aprior informasiyasız ölçmə mümkün deyil. Bu informasiya maksimum olduqda (ölçülən kəmiyyətin qiy­məti məlum olduqda) ölçmə lazım deyil. Aprior informasiya ölçmə­­lərin alına biləcək dəqiqliyini və effektivliyini müəyyən edir.
Ölçülən kəmiyyət obyektin modelinin xüsusiyyətini əks etdirən və ölçmənin köməyi ilə qiymətinin tapılması zəruri olan sabit parametrdir.
Ölçmə vasitəsi ölçmələrdə istifadə olunan normallaşdı­rılmış metroloji xassələrə malik texniki vasitə kimi müəyyən olunur.
Ölçmənin nəticəsi fiziki kəmiyyətin ölçmədən alınan qiymətlər çoxluğudur.
Ölçmənin tənliyi ölçmənin formalizə olunmuş yazılışına deyilir və təcrübi verilənlərlə ölçmə nəticəsi arasındakı əlaqəni ifadə edir.
Ölçmə nə qədər dəqiq aparılarsa da, həmişə müəyyən xətaya malik olur ki, bu da bizi maraqlandıran fiziki kəmiy­yətlərin müəyyən olunmasının dəqiqliyinə mənfi təsir göstərir.
Ölçmə xətası ölçülən kəmiyyətin həqiqi qiyməti ilə ölçmə nəticəsi arasındakı fərqə deyilir.



Download 1.71 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   58




Download 1.71 Mb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Ölçmələr haqqında əsas anlayışlar və təriflər

Download 1.71 Mb.