• 2. ÖLÇMƏ TEXNİKASININ ƏSAS MƏSƏLƏLƏRİ 2.1. Ölçmə metodları və vasitələrinin ümumi xarakteristikaları
  • Mühazirə konspekti Tərtib edən: dos.İsayeva T. M. G I r I Ş




    Download 1.71 Mb.
    bet8/58
    Sana07.12.2022
    Hajmi1.71 Mb.
    #33589
    TuriMühazirə
    1   ...   4   5   6   7   8   9   10   11   ...   58
    Bog'liq
    C fakepathMuhazire Olcme tex.esas.YENI -2022

    Şəkil 1.3. Düzbucaqlı sabit cərəyan impulsları ardıcıllığı

    Burada Ym - impulsun amplitudu; - impulsun müd­də­t­i; T = tk+1 – tk -impuls ardıcıllığının periodudur.


    2. ÖLÇMƏ TEXNİKASININ ƏSAS MƏSƏLƏLƏRİ


    2.1. Ölçmə metodları və vasitələrinin ümumi xarakteristikaları

    Ölçmə metod və növlərinin kifayət qədər böyük çeşiddə olması, ölçülən fiziki kəmiyyətlərin çoxsaylı və xarakterliliyi, ölçmə nəticələrinin alınma üsullarının, bu nəticələrin dəqiqliyinə olan tələbatın müxtəlifliyi və s. ilə əlaqədardır.


    Ölçmə prosesi tədqiq olunan fiziki kəmiyyətin, qiyməti ölçü vahidinə bərabər qəbul edilən bircinsli fiziki kəmiyyətlə müqayisə olunması və nəticənin ədəd şəklində təqdim edilməsi prosesi kimi qəbul edilir.
    Ölçmənin aşağıdakı növləri mövcuddur və bu çeşidləməni müxtəlif əlamətlərə görə aparmaq mümkundur:

    1. Ölçmənin sayına görə: bir dəfəli və çox dəfəli ölçmələr;

    2. Dəqiqliyə görə :eyni dəqiqlikli, müxtəlif dəqiqlikili;

    3. Zamana görə: statik, dinamik;

    4. Nəticələrin təsvirinə görə: mütləq və nisbi ölçülər;

    5. Nəticələrin alınma xüsusiyyətlərinə görə: birbaşa və dolayı.

    Ölçmə metodları isə aşağıdakı kimi çeşidlənə bilərlər:

    1. Fiziki prinsiplərinə görə: elektrik, mexaniki, optik və.s.;

    2. Ölçmə vəsaiti və obyektin qarşılıqlı təsirinin dərəcəsinə görə: kontaktlı, kontaktsiz;

    3. Ölçmə vəsaiti və obyektin qarşılıqlı təsirinin rejiminə görə: statik, dinamik;

    4. Ölçmə siqnallarının növünə görə: analoq, rəqəm;

    5. Ölçülən kəmiyyətin ölçü ilə müqayisəsinin təşkilinə görə birbaşa qiymətləndirmə, ölçü ilə müqayisə.

    Ölçmə vasitələri və ölçmə prinsiplərindən istifadə üsu­lun­dan asılı olaraq elektrik ölçmə metodları bilavasitə qiy­mət­ləndirmə metoduna və müqayisə metoduna bölünür.
    1.Bilavasitə qiymətləndirmə metodu. Bu halda ölçmə nəticəsi birbaşa, heç bir əlavə əməliyyat yerinə yetirilmədən alı­nır. Məsələn, gərginliyin voltmetrlə ölçülməsi.Nəticənin tez alın­masına və sadəliyinə görə bu metoddan geniş istifadə olu­nur. Bu halda ölçmə dəqiqliyi o qədər də böyük alınmır (0,1%).
    2.Müqayisə metodu. Bu metodda ölçülən kəmiyyət nümunəvi ölçü kimi götürülmüş kəmiyyətlə müqayisə edilir. Müqayisə metoduna aşağıdakılar aiddir:
    Sıfır metodu; diferensial metod; əvəzetmə metodu; üst – üstə düşmə metodu.
    a) sıfır metodu (şəkil 2.1). Bu metoda kompensasiya və körpü metodları aiddir. Həmin metodda nümunəvi Un kəmiyyəti ilə ölçülən Ux kəmiyyətinin fərqi ∆U sıfra gətirilir, yəni Un-Ux=∆U. Əgər ∆U=0 olsa, bu fərqi ölçən deyil, onun olmadığını göstərən cihaz – “sıfır – indikator” lazım olur. Belə cihazlardan yüksək dəqiqlik deyil, yüksək həssaslıq tələb olunur. Müasir maqnit-elektrik qalvanometrinin həssaslığı 10-9 – 10-12 A-dirsə, elektron texnikası həssaslığı xeyli yüksəltməyə imkan verir.




    Download 1.71 Mb.
    1   ...   4   5   6   7   8   9   10   11   ...   58




    Download 1.71 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Mühazirə konspekti Tərtib edən: dos.İsayeva T. M. G I r I Ş

    Download 1.71 Mb.