Mühazirə konspekti Tərtib edən: dos.İsayeva T. M. G I r I Ş




Download 1.71 Mb.
bet9/58
Sana07.12.2022
Hajmi1.71 Mb.
#33589
TuriMühazirə
1   ...   5   6   7   8   9   10   11   12   ...   58
Bog'liq
C fakepathMuhazire Olcme tex.esas.YENI -2022

Şəkil 2.1. Sıfır metodu ilə gərginliyin
ölçülməsi sxemi


b) diferensial metod (fərq metodu). Bu halda ölçülən Ux kəmiyyəti ilə nüminəvi Un kəmiyyəti arasındakı fərq öl­çü­lür, yəni burada Un - Ux = ∆U∆U ≠ 0.
Bu metod ölçmə ci­hazının öz dəqiqliyindən yüksək dəqiqliklə ölçmə aparıl­ma­sına imkan verir.
c) əvəzetmə metodu. Bu metodla ölçmə belə aparılır: ölçülən kəmiyyət uyğun cihazları (məsələn, voltmetri) olan hər hansı ölçmə dövrəsinə qoşularaq ya müvazinətlənir, ya da dövrədə müəyyən rejim yaradılır. Sonra ölçülən kəmiyyət əvəzinə uyğun nümunəvi ölçü qoşulur və o, dövrədə əvvəlki rejim yaranana qədər tənzim edilir. Bu hal ölçülən kəmiyyətin qiymətinin nümunəvi ölçünün qiymətinə bərabər olduğu anda mümkündür. Beləliklə, iki ölçmənin nəticəsinə görə ölçülən kəmiyyət müəyyən oluna bilər.
d) üst – üstə düşmə metodu. Bu metodda şkalanın müəyyən bölgülərinin və ya siqnalların üst – üstə düşməsindən istifadə edilir və o, ölçmə dəqiqliyini artırmaq üçün işlədilən cihazlarda geniş tətbiq olunur.
Ölçülər – məlum fiziki kəmiyyəti özündə təcəssüm et­dirən ölçmə vasitəsinə deyilir. Ölçülər birqiymətli, çoxqiymətli və ölçülər dəstəsinə ayrılır. Birqiymətli ölçü – vahid ölçülü fiziki kəmiyyəti, çoxqiymətli ölçü isə eyni adlı müxtəlif ölçülü fiziki kəmiyyətləri təcəssüm etdirir. Çoxqiymətli ölçülərə də­yişən tutumlu kondensator, ölçülər dəstəsinə isə müqavimətlər, tutumlar, induktivliklər mağazası misal ola bilər.
Fiziki kəmiyyətlərin ölçülməsi istehsalat proseslərinə nəzarətin əsasını təşkil edir.
Ölçmələrin vəzifəsi – təcrübə yolu ilə xüsusi vasitələrin köməyi ilə fiziki kəmiyyətlərin qiymətlərinin tapılması və onların qəbul olunmuş vahidlərlə ifadə edilməsindən ibarətdir.
Ölçmə cihazları – müşahidəsinin bilavəsitə qəbul edə bildiyi formada ölçmə informasiyası siqnalları, yəni ölçülən fiziki kəmiyyətlə funksional əlaqəli olan siqnallar yaradan ölç­mə vasitələrinə deyilir.
Ölçmə cihazları iş prinsipinə və konstruktiv quruluşuna görə çox müxtəlifdir.
Göstərişləri ölçülən kəmiyyətin dəyişmələrinin kəsil­mə­yən funksiyası olan olçmə cihazlarına analoq cihazları de­yilir.
Ölçmə informasiyasının diskret siqnallarını avtomatik yaradan və göstərişləri rəqəm formasında təsvir olunan ölçmə cihazlarına rəqəm cihazları deyilir.
Ölçmə cihazları göstərişləri oxuma və qeydetmə imkanından asılı olaraq iki qrupa ayrılır: göstərici cihazlar və qeydedici cihazlar. Əgər qeydedici ölçmə cihazı göstərişləri diaqram formasında qeyd edirsə, belə cihazlara özüyazan cihazlar deyilir. Göstərişləri rəqəm formasında çap etməyə imkanı olan qeydedici cihazlar qeydedici cihaz adlanır.
Göstərişləri ölçülən kəmiyyətin zamana görə və ya digər asılı olmayan dəyişənə görə inteqralı ilə müəyyən olunan cihazlar inteqrallayıcı cihazlar adlanır.
Ölçmə çeviriciləri – ölçmə informasiyasını almaq, ötürmək, çevirmək, emal etmək və ya yadda saxlamaq üçün münasib formada siqnal yaradan ölçmə vasitələridir. Lakin ölçmə çeviricilərinin yaratdığı siqnalları müşahidəçi bilavasitə qəbul edə bilmir.
Ölçülən kəniyyətin növündən asılı olaraq ölçmə çeviricilərini əsas iki qrupa ayırmaq olar:

  1. elektrik kəmiyyətini elektrik kəmiyyətinə çevirənlər;

  2. qeyri-elektrik kəmiyyətini elektrik kəmiyyətlərinə çevirənlər.


Download 1.71 Mb.
1   ...   5   6   7   8   9   10   11   12   ...   58




Download 1.71 Mb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Mühazirə konspekti Tərtib edən: dos.İsayeva T. M. G I r I Ş

Download 1.71 Mb.