• Körpülər müvazinətləndirilmiş və müvazinətləndiril­mə­miş, birqat və ikiqat kimi qruplara ayrılırlar. Cərəyanın növündən asılı olaraq sabit cərəyan və də­yi­şən cərəyan körpüləri
  • 2.5. Sabit cərəyan körpüləri Sabit cərəyan körpüləri birqat və ikiqat olmaqla iki növə bölünür.
  • Ölçmə sxemləri və onların növləri




    Download 1.71 Mb.
    bet14/58
    Sana07.12.2022
    Hajmi1.71 Mb.
    #33589
    TuriMühazirə
    1   ...   10   11   12   13   14   15   16   17   ...   58
    Bog'liq
    C fakepathMuhazire Olcme tex.esas.YENI -2022

    2.4. Ölçmə sxemləri və onların növləri

    İdarəetmə sistemlərində çox vaxt çeviricilərin çıxışında alınan kəmiyyətləri bilavasitə ölçmək və ya onlarla avtomatik sistemlərin sonrakı elementlərinə bilavasitə təsir göstərmək olmur. Belə hallarda çeviricilərin çıxış kəmiyyətini özündən sonrakı elementlər üçün əlverişli şəklə çevirmək lazımdır. Bu məqsədlə ölçmə sxemlərindən (dövrlərindən) istifadə edilir. Ölçmə sxemi çevirici ilə ölçmə cihazı və ya gücləndirici arasında qoşulan dördqütblüdür.


    İdarəetmə sistemlərində və ölçmə texnikasında müxtəlif ölçmə dövrələrindən və sxemlərindən istifadə olunur ki, bunlardan ən geniş yayılanı körpü, kompensasiya və diferensial ölçmə sxemləridir.
    Körpü ölçmə sxemləri. Körpü sxemləri ölçmə texnikasında geniş tətbiq olnur. Bu sxemlərdən həmçinin qeyri – elektrik kəmiyyətlərini elektrik üsulları ilə ölçmə zamanı da istifadə edilir. Körpü sxemləri elektrik ölçmə texnikasında müqaviməti, induktivliyi, tutumu, kondensatorun itki bucağını, qarşılıqlı induktivliyi və tezliyi ölçmək üçün geniş tətbiq olunur. Körpü sxemlərinin əsasında qeyri–elektrik kəmiyyətlərini (məsələn, temperaturu, yerdəyişmələri və s.) ölçən cihazlar, müxtəlif avtomatik və telemexaniki qurğular yaratmaq mümkündür.
    Körpü sxeminin əsas üstünlüyü onun yüksək həssaslığa və dəqiqliyə malik olmasıdır.
    Qurulma sxeminə görə körpü dövrələri dördqollu (bir­qat) və çoxqollu olur. Körpünü ölçülən kəmiyyətin qiymətinin oxun­duğu vəziyyətə gətirmə üsuluna görə əl ilə müvazinətlən­dirilən və avtomatik müvazinətləndirilən körpülər mövcuddur.
    Körpülər müvazinətləndirilmiş və müvazinətləndiril­mə­miş, birqat və ikiqat kimi qruplara ayrılırlar.
    Cərəyanın növündən asılı olaraq sabit cərəyan və də­yi­şən cərəyan körpüləri vardır. Dəyişən cərəyan körpüləri sənaye tezliyində (50 hs) və ya yüksək tezliklərdə (400 hs, 1000 hs və s.) işlədilir.
    2.5. Sabit cərəyan körpüləri

    Sabit cərəyan körpüləri birqat və ikiqat olmaqla iki növə bölünür.


    Sabit cərəyan mənbəyindən qidalanan dördqollu kör­pü­lər birqat sabit cərəyan körpüləri adlanır. Onlar sabit cərəyanda müqaviməti ölçmək üçün geniş istifadə olunur.
    Çox kiçik müqavimətləri ölçdükdə (adətən ‹10 Om) ikiqat körpülərdən istifadə olunur. Ikiqat körpülərdə sabit və dəyişən nisbətdə qolları olan sxemlərdən istifadə olunur.
    Müvazinətlənmə prosesi avtomatlaşdırılan körpülərə avtomatik körpülər deyilir.
    Müvazinətləndirilməmiş körpülər müvazinətləndirilmiş körpülərə nisbətən kiçik dəqiqliyə malikdirlər. Lakin belə körpülər daha universaldır və həm statik, həm də dinamik prosesləri ölçmək üçün istifadə olnurlar.
    Müvazinətləndirilmiş körpülərdən elmi-tədqiqat işlərində, istehsalatda yüksək dəqiqliklə ölçmə aparmaq lazım gəldikdə və s. istifadə olunr.
    2.5 şəklində birqat sabit cərəyan körpüsünün sxemi göstərilmişdir.
    Körpünün AC dioqanalına sabit cərəyan mənbəyindən U gərginliyi verilir; BD çıxış dioqanalına (bu dioqanal ölçmə və ya indikator diaqonalı adlanır) isə sıfır-indikator, məsələn, qalvanometr qoşulur.
    Kirxhof qanunlarından istifadə etməklə ölçmə diaqonalındakı cərəyan üçün ifadəni aşağıdakı kimi yazmaq olar:


    ,
    Burada, Rq – qalvanometrin daxili müqaviməti,
    I, U – körpünü qidalandıran cərəyan və gərginlikdir.




    Download 1.71 Mb.
    1   ...   10   11   12   13   14   15   16   17   ...   58




    Download 1.71 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Ölçmə sxemləri və onların növləri

    Download 1.71 Mb.