• «məlumat», «informasiya», «verilənlər» və «bilik»
  • «Bu məlumat mənə heç bir informasiya vermir.»
  • Beləliklə, müxtəlif cür interpretasiya olunan eyni məlumat müxtəlif informasiya ötürə bilər .
  • Məlumat vasitəsilə əldə edilən biliklər artımına informasiya (
  • Beləliklə, məlumatın köməyi ilə konkret obyekt, subyekt, hadisə, mühit və s. haqqında bilik əldə edilir.
  • Fənn: İnformasiya texnologiyası İmtahan sualları 1 it fənninin əsas anlayışları




    Download 0,62 Mb.
    bet1/32
    Sana15.05.2024
    Hajmi0,62 Mb.
    #234249
    TuriMücərrəd
      1   2   3   4   5   6   7   8   9   ...   32
    Bog'liq
    İT İMTAHAM cavablar


    Fənn: İnformasiya texnologiyası
    İmtahan sualları
    1)IT fənninin əsas anlayışları.
    İT əsas anlayışları bunlardır:

    • məlumat

    • informasiya

    • verilənlər

    • bilik

    İnformasiya texnologiyasının əsas anlayışlarından olan «məlumat», «informasiya», «verilənlər» və «bilik» daşıdıqları mənaya görə danışıq dilində istifadələrinə uyğun gəlir.
    «Məlumat» (xəbər) və «İnformasiya» anlayışlarını fərqləndirmək üçün danışıq dilindəki bu ifadə köməkçi ola bilər:
    «Bu məlumat mənə heç bir informasiya vermir.»
    Bu ifadə informasiya və məlumat anlayışları arasındakı aşağıdakı əlaqəni əks etdirir:
    informasiya məlumat vasitəsilə ötürülür. İnformasiya məlumat vasitəsilə daşınır

    İnformasiyaməlumat arasındakı əlaqə qarşılıqlı-birmənalı deyildir.
    Eyni informasiya müxtəlif məlumatlarla ötürülə bilər və onların icərisində heç bir informasiya daşımayanı da ola bilər.
    Əksinə eyni bir məlumat onu qəbul edənin (istifadəcinin) maraq dairəsindən asılı olaraq müxtəlif informasiya kimi qəbul oluna bilər.

    Eyni məlumat müxtəlif informasiya kimi qəbul edilir

    Eyni informasiya müxtəlif məlumatlarla daşına bilər.

    Məsələn, təyyarənin qəzaya uğraması xəbəri həlak olanların qohumları üçün bir məna, hava yolları şirkəti üçün isə başqa bir məna kəsb edir. Eyni qəzet məqaləsindən müxtəlif oxucular özlərinin maraq dairələrinə uyğyn müxtəlif informasiya götürürlər.





    Beləliklə, müxtəlif cür interpretasiya olunan eyni məlumat müxtəlif informasiya ötürə bilər. Mücərrəd olaraq demək olar ki, məlumatla (M) informasiya (İ) arasındakı əlaqədə həlledici rolu interpretasiya qaydası (q) oynayır. Bunu simvolik olaraq belə ğəstərmək olar:



    Məlumat vasitəsilə əldə edilən biliklər artımına informasiya (latınca information) deyilir[1]. İnformasiyanın Şennon tərəfindən təklif edilmiş kəmiyyət baxımından təyini də elə bu fikrə əsaslanır.

    Beləliklə, məlumatın köməyi ilə konkret obyekt, subyekt, hadisə, mühit və s. haqqında bilik əldə edilir.
    B
    axılan məlumat ücün interpretasiya qaydası adətən məlumatlar çoxluğu üçün tətbiq edilən ümumi qaydaların xüsusi halı olur.Beləliklə, məlumatın köməyi ilə konkret obyekt, subyekt, hadisə, mühit və s. haqqında bilik əldə edilir.
    «Verilən» anlayışını belə bir mücərrəd situasiya ilə izah etmək olar. Fərz edək ki, müşahidəçi öyrənilən obyektin vəziyyəti haqqında məlumatı toplayıb, müəyyən formada yaddaşında saxlayır. Bu halda deyirlər ki, müşahidəçinin yaddaşında obyektin vəziyyətini əks etdirən verilənlər var.

    Beləliklə, verilənlər - saxlamaq, emal etmək və ötürmək üçün müəyyən formada qeyd olunmuş məlumatdır. İngiliscə verilənlər sözünü ifadə edən «data» termini latınca «datum» (fakt) sözündən yaranmışdır. Lakin verilənlər bəzən konkret vəya real fakta uyğun gəlməyə bilər. Verilənlər bəzən qeyri-dəqiq, həqiqətdə mövcud olmayan anlayışları ifadə edə bilərlər. Odur ki, verilənlər dedikdə bizim üçün əhəmiyyətli olan istənilən hadisə və ya fikrin təsviri başa düşülür.
    Ənənəvi olaraq verilənlər konkret ünsiyyət vasitələri ilə (məsələn, dil və ya şəkil vasitəsilə) konkret daşıyıcıda (məsələn, daşda, lövhədə, kağızda) qeyd olunur. Zaman keçdikcə verilənlərin təsvir üsulları və daşıyıcıları dəyişmişdir (məsələn, ibtidai insanların mağara rəsmləri,daş yzərində qədim yazılar və rəsmlər, papirus yarpağı üzərində yazılar və s.). Əksər hallarda verilənlər təbii dildə kağız üzərində qeyd olunur. Kompüterdə verilənlərin daşıyıcısı kimi maqnit daşıyıcısından(lent, disk, kart və s.), çevik optik disklərdən, fləş yaddaşdan v.s. istifadə olunur.
    Verilənlər ümumi halda aşağıdakı xarakteristikalarla təyin olunur:
    Verilənlərin

    • adı,

    • qiyməti,

    • tipi

    • strukturu.


    Download 0,62 Mb.
      1   2   3   4   5   6   7   8   9   ...   32




    Download 0,62 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Fənn: İnformasiya texnologiyası İmtahan sualları 1 it fənninin əsas anlayışları

    Download 0,62 Mb.