|
) Yeni informasiya texnologiyaları
|
bet | 6/32 | Sana | 15.05.2024 | Hajmi | 0,62 Mb. | | #234249 | Turi | Mücərrəd |
Bog'liq İT İMTAHAM cavablar5) Yeni informasiya texnologiyaları.
Cəmiyyətin informasiya resusrlarından istifadə etməsi prosesinin vacib tərkib hissəsi informasiya texnologiyası hesab olunur.
İnformasiya texnologiyası elmi-texniki tərəqqinin inkişafı, informasiya emalı üçün yeni texniki vasitələrin yaradılması ilə təyin olunan bir neçə təkamül mərhələsi keçmişdir.
Müasir cəmiyyətdə informasiya emalı texnologiyasının əsas texniki vasitəsi texnoloji proseslərin işlənib hazırlanması və istifadə olunması konsepsiyasına, həmçinin nəticəvi informasiyanın keyfiyyətinə ciddi təsir etmiş fərdi kompüter hesab olunur.
Fərdi kompüterin informasiya mühitində tətbiqi və telekommunikasiya vasitələrindən istifadə olunması informasiya texnologiyasının inkişafını yeni mərhələyə çatdırdı.
Bununla da «informasiya texnologiyası» söz birləşməsinə «yeni» sözü əlavə olundu: yeni informasiya texnologiyası.
Yeni sözü bu texnologiyanın təkamüllüyünü yox, yeniliyini göstərir.
Onun tətbiqi o mənada yenilik aktı hesab olunur ki, o, təşkilatların və müəssisələrin fəaliyyət növlərinin məzmununu əhəmiyyətli dərəcədə dəyişdirir.
Yeni informasiya texnologiyası anlayışına həmçinin informasiyanın müxtəlif vasitələrlə ötürülməsini təmin edən kommunikasiya texnologiyaları da daxil edilir.
Cədvəldə yeni informasiya texnologiyasının əsas xüsusiyyətləri verilmişdir.
Yeni informasiya texnologiyasının əsas xüsusiyyətləri
Metodologiya
|
Əsas əlamət
|
Nəticə
|
İnformasiyanın emalı və ötürülməsi üçün yeni vasitələr
|
İdarəetmə texnologiyasına qoşulmaq
|
Yeni kommunikasiya
texnologiyası
|
Bütöv texnoloji sistemlər
|
Mütəxəssislərin və menecerlərin funksi-yalarının inteqrasiyası
|
İnformasiya emalının yeni texnologiyası
|
İnformasiyanın hazırlanması, ötürülməsi, saxlanması və əks etdirilməsinin məqsədyönlü təşkili
|
Sosial mühitin qanunauyğunluqlarının nəzərə alınması
|
İdarəetmə üçün qərarların qəbulunun yeni texnologiyası
|
Yeni informasiya texnologiyası istifadəçilərlə «dostsayağı» interfeyslə işləməyi təmin edən, fərdi kompüterlərdən və telekomminikasıya vasitələrindən istifadə edən texnologiyadır.
Yeni informasiya texnologiyasının 3 əsas prinsipi aşağıdakılardır:
kompüterlə interaktiv (dialoq) rejimində işləmək;
proqram məhsullarının inteqrasiyası (birləşdirilməsi, qarşılıqlı əlaqələndirilməsi);
Analoji olaraq informasiya texnologiyası üçün də texniki vasitələr mövcuddur. İnformasiya istehsalının texniki vasitələrinə onun
aparat,
Proqram
və riyazi təminatını yerinə yetirən vasitələr
daxildir.
Bu vasitələrin köməyilə ilkin informasiya emal edilərək yeni kefiyyətli informasiyaya çevrilir.
həm verilənlərin, həm də məsələnin qoyuluşunun dəyişdirilməsi prosesinin çevikliyi.
Material istehsalı texnologiyası müxtəlif texniki vasitələrlə
avadanlıq,
dəzgahlar,
instrumentlər,
konveyr xətləri
və s.
reallaşır.
Bu vasitələrin içərisində proqram vasitələrinin xüsusi yeri var. Həmin vasitələrə başqa sozlə informasiya texnologiyasının proqram instrumentarisi deyilir.
|
| |