• Verilənlərin emalı texnologiyası
  • ) İnformasiya texnologiyasının növləri (əsas yeri)




    Download 0,62 Mb.
    bet4/32
    Sana15.05.2024
    Hajmi0,62 Mb.
    #234249
    TuriMücərrəd
    1   2   3   4   5   6   7   8   9   ...   32
    Bog'liq
    İT İMTAHAM cavablar

    2.2) İnformasiya texnologiyasının növləri (əsas yeri)
    Mövcud olan informasiya texnologiyalarını 2 növə ayırmaq olar:

    1. verilənlərin emalı texnologiyası;

    2. idarəetmənin informasiya təminatı texnologiyası.

    Hər bir konkret texnologiya bu növlərdən birinə və ya hər ikisinə aid edilə bilər.

    1. Verilənlərin emalı texnologiyası

    Verilənlərin emalı texnologiyası lazımi ilkin verilənlərə malik olan, emal üçün alqoritmlər və digər standart prosedurlar olan yaxşı strukturlaşdırılmış məsələlərin həlli üçün nəzərdə tutulur.Bu texnologiyadan elm, təhsil, istehsalat və digər sahələrdə təkrarlanmalarla yerinə yetirilən atil əməliyyatların avtomatlaşdırılması məqsədilə heyyətin əməli fəaliyyəti səviyyəsində istifadə edilir.Bu səviyyədə informasiya texnologiyalarının və sistemlərinin tətbiqi personalın əmək məhsuldarlığını artırır, onu atil əməliyyatlardan azad edir və bəzi hallarda işçilərin sayını azaldır.Əməli fəaliyyət səviyyəsində aşağıdakı məsələlər həll olunur:

    • təşkilatın (firmanın, şirkətin, bankın və s.) yerinə yetirdiyi əməliyyatlar haqqında verilənlərin emalı;


    • təşkilatdakı işlərin vəziyyəti haqqında vaxtaşırı nəzarət hesabatlarının hazırlanması.

      • Məsələn, nəğd vəsaitlərin balansına nəzarət üçün banka daxil olan və xaric olan nəğd vəsaitlər haqqında gündəlik hesabat;

    • bütün mümkün olan cari sorğulara cavab almaq və onları kağız sənədlər və ya hesabatlar formasında tərtib etmək.

      • Məsələn, müəyyən vəzifəni tutmaq üçün namizədlərə qoyulan tələblər haqqında verilənlərin alınması , və bu məqsədilə kadrlar üzrə verilənlər bazasına sorğu ötürmək.

    Bu texnologiyanı fərqləndirən xüsusiyyətlər aşağıdakılardır:

    • verilənlərin emalı üzrə təşkilata lazım olan məsələlərin həlli. Qanuna görə hər bir təşkilat özünün fəaliyyəti haqqında verilənlərə malik olmalı və onları saxlamalıdır. Həmin verilənlər-dən təşkilatın informasiya dəstəklənməsi vasitəsi kimi istifadə olunur. Odur ki, müasir şəraitdə hər bir təşkilatda verilənlərin emalı sistemi olmalı və uyğun informasiya texnologiyası işlənib hazırlanmalıdır;

    • alqoritmləşdirilə bilən yaxşı strukturlaşdırılmış məsələlərin həlli;

    • emalın standart prosedurlarının yerinə yetirilməsi.

      • Mövcud standartlar verilənlərin emalı-nın tipik prosedurlarını təyin edir və bütün təşkilatlardan onlara riayət edilməsini tələb edir;

    • işlərin əsas hissəsinin insanın minimal iştirakı ilə avtomatlaşdırılmış rejimdə yerinə yeti-rilməsi;

    • detallaşdırılmış verilənlərdən istifadə edilməsi.

      • Təşkilatın fəaliyyəti haqqında yazılar təftiş aparmağa imkan verən təşkilati xarakterli olmalıdır.Yoxlanma prosesində təşkilatın fəaliyyəti yoxlanma dövrünün əvvəlindən sonuna və sonundan əvvəlinə qədər təftiş olunur;

    • hadisələrin xronologiyasına üstünlük verilir;

    • problemlərin həllinə digər səviyyələrdən mütəxəssislərin cəlb edilməsinə az ehtiyac olur.



    Verilənlərin emalı texnologiyasının əsas komponentləri


    Download 0,62 Mb.
    1   2   3   4   5   6   7   8   9   ...   32




    Download 0,62 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    ) İnformasiya texnologiyasının növləri (əsas yeri)

    Download 0,62 Mb.