|
Fənn: İnformasiya texnologiyası İmtahan sualları 1 it fənninin əsas anlayışları
|
bet | 2/32 | Sana | 15.05.2024 | Hajmi | 0,62 Mb. | | #234249 | Turi | Mücərrəd |
Bog'liq İT İMTAHAM cavablarVerilənin adı onun mənasını (semantikasını) ifadə edir.
Verilənin qiyməti isə əslində verilənin özünü xarakterizə edir. Çünki faktlərı bir-birindən ayırmaq üçün onları qiymətləndirmək lazımdır. Təbii dilin zənginliyi verilənlərin adları ilə qiymətlərinin birgə təsvirinə imkan verir. Məsələn, «havanın temperaturu +30 dərəcədir» ifadəsində «+30» verilənin qiyməti, «havanın temperaturu dərəcə ilə» verilənin adıdır. Müəyyən hallarda verilənlərin adları ilə qiymətləri bir-birindən ayrı qeyd oluna bilər. Məsələn, qatarların hərəkət cədvəlində verilənlərin adları cədvəlin başlığında göstərilir. Verilənlər bazalarında da verilənlərlə onların semantikası əksər hallarda bir-birindən ayrı saxlanır. Bu halda verilənlərin axtarışını və emalını əlverişli təşkil etmək imkanı yaranır.
Verilənlərin tip xarakteristikası əsasən proqramlaşdırmada istiyadə olunur.
Təşkil xarakteri, mümkün qiymətlər çoxluğu, üzərində aparıla bilən əməliyyatlar toplusu verilənlərin strukturunu əks etdirir. Verilənin strukturu hər bir informasiya elementinin ümumi xarakteristikasıdır.
Verilənlərin struktur xarakteristikasına iki cəhətdən baxılır:
məntiqi və
fiziki cəhətdən.
Verilənin məntiqi strukturu onun kompüterdən kənar təsviri və ya modelidir. Verilənlərin məntiqi strukturlarının müəyyənləşdirilməsi, verilənlərin strukturlaşdırılması və onların əlverişli formada təsviri, verilənlər bazalarının layihələndirilməsinin əsasını təşkil edir.
Verilənin fiziki strukturu onun kompüterin yaddaşında yerləşdirilməsi sxemini təyin edir. Ümumi halda verilənlərin məntiqi və fiziki strukturları bir-birindən fərqlənə bilər.
«İnformasiya» və «verilənlər» məna baxımından bir-birinə çox yaxın anlayışlardır. Lakin onlar arasında müəyyən fərq var.
İnformasiya, üzərində əməliyyat aparılan verilənlərdən alınır. Bu üsulla alınan informasiyadan əsasən idarəetmə üçün qərarların qəbul edilməsində istifadə olunur.
Məsələn,
müəssisənin baxılan ilin ayları üzrə istehsal etdiyi məhsulun miqdarı verilənlərdir,
bu verilənlər əsasında qurulmuş istehsalın gedişini əks etdirən qrafik isə informasiyadır.
Verilənlər müxtəlif səviyyəli ola bilər.
Məsələn, müəssisənin aylıq istehsal etdiyi məhsulu göstərən verilənlər ayrı-ayrı məhsul növlərinə görə aylıq verilənlərin cəmindən, yəni həmin verilənlərin aqreqasiyasından alınır. Aqreqasiyanın müəyyən səviyyəsində alınan verilənlər kəsb etdikləri əhəmiyyətə görə informasiya xarakterli ola bilərlər.
Beləliklə, informasiya almaq üçün verilənlərlə işləmək lazımdır. Odur ki, hər bir informasiya sistemi verilənlər bazasına malik olmalıdır.
|
| |