• Verilənlərin emalı
  • Verilənlərin saxlanması
  • 4) İdarəetmənin informasiya təminatı texnologiyası
  • Giriş informasiyası
  • Fənn: İnformasiya texnologiyası İmtahan sualları 1 it fənninin əsas anlayışları




    Download 0,62 Mb.
    bet5/32
    Sana15.05.2024
    Hajmi0,62 Mb.
    #234249
    TuriMücərrəd
    1   2   3   4   5   6   7   8   9   ...   32
    Bog'liq
    İT İMTAHAM cavablar

    Verilənlərin toplanması
    Təşkilatın fəaliyyəti (məhsul istehsalı, xidmət göstərilməsi) ərəfəsində onun hər bir əməliyyatı uyğun verilənlərin qeydiyyatı ilə müşayiət olunur.
    Xarici mühitlə (sifarişçilərlə, kənar təşkilatlarla və s.) aparılan əməliyyatlar da bu sıraya daxildir.
    Verilənlərin emalı.
    Daxil olunan verilənlərdən təşkilatın fəaliyyətini əks etdirən informasiya almaq üçün aşağıdakı tipik əməliyyatlardan istifadə olunur:

    • ümumiləşdirmə və ya qruplaşdırma. Verilənlər, onların aid olduğu obyektlərə (sexlərə, qurğulara, şöbələrə, işçilərə və s.) görə qruplara ayrılır;

    • aqreqatlaşdırma və ya birləşdirmə. Obyektin oxşar xassələrini əks etdirən verilənlər bir yerə yığılır;

    • nizamlama (çeşidləmə). Verilənlərin müəyyən əlamətə görə sıraya düzülməsi (məsələn, simvol qiymətlərin əlifba, ədədi qiymətlərin azalma və ya artma qaydası ilə düzülməsi);

    • seçmə. Müəyyən əlamətlərə görə verilənlərin seçilməsi;

    • hesablama. Verilənlərin cəmlənməsi, hasili və ya müəyyən üsul və ya düsturla onlar üzərində hesab və ya məntiq əməliyyatlarının aparılması.

    Verilənlərin saxlanması. Əməli fəaliyyət səviyyəsində toplanan və emal olunan bir çox verilənləri sonrakı istifadələr üçün bu və ya digər səviyyədə saxlamaq lazım gəlir. Bu məqsədlə verilənlər bazası yaradılır.
    Hesabatların (sənədlərin) hazırlanması. Verilənlərin emalı texnologiyasında son məhsul kimi təşkilatın rəhbərliyi, işçiləri və həmçinin xarici təşkilatlar üçün hesabatlar və ya sənədlər hazırlanır. Sənədlər həm vaxtaşırı, həm ayın, kvartalın və ilin sonunda, həm də təşkilatın apardığı əməliyyatlarla əlaqədar olaraq sorğulara görə hazırlana bilər.
    4) İdarəetmənin informasiya təminatı texnologiyası
    İdarəetmənin informasiya təminatı texnologiyasının əsas məqsədi təşkilatın qərarqəbuletmə ilə bağlı olan bütün həmkarlarının informasiya tələbatını ödəməkdir. Həmin texnologiya idarəetmənin istənilən səviyyəsində faydalı ola bilər.Bu texnologiya idarəetmənin informasiya sistemi mühitində işləməyi nəzərdə tutur,həll olunan məsələlərin zəif strukturlaşması hallarında istifadə olunur.İdarəetmənin informasiya sistemi təşkilatın müxtəlif funksional bölmələrinin və ya idarəetmə səviyyələrinin oxşar informasiya təlabatlarını ödəmək üçün daha əlverişlidir.
    İnformasiya sisteminin təqdim etdiyi informasiya ,təşkilatın keçmişi, bu günü və ehtimal olunan gələcəyi haqqında məlumat ola bilər. Həmin informasiya müntəzəm və ya xüsusi idarəetmə hesabatları şəklində verilə bilər.
    Təşkilatın fəaliyyətinə nəzarət səviyyəsində qərarların qəbul edilməsi üçün informasiya ümumiləşdirilmiş şəkildə verilməlidir ki, verilənlərin dəyişmə meylini pozmadan kənaraçıxmaların səbəblərini və qəbul olunan qərarları izləmək mümkün olsun.
    Bu mərhələdə verilənlərin emalı üzrə aşağıdakı məsələlər həll olunur:

    • idarə olunan obyektin planlaşdırılmış vəziyyətinin qiymətləndirilməsi;

    • planlaşdırılmış vəziyyətdən kənara çıxmaların qiymətləndirilməsi;

    • kənara çıxmaların səbəblərinin aşkarlanması;

    • mümkün qərarların səbəblərinin aşkarlanması;

    • mümkün qərarların və hərəkətlərin qiymətləndirilməsi.

    Giriş informasiyası əməliyyat səviyyəsindəki verilənlərin emalı sistemindən daxil olur.Çıxış informasiyası qərar qəbul etmək üçün əlverişli formada təsvir olunan (qrafik, cədvəl, mətn və s.) hesabatlardır (şəkil).

    Uyğun proqram təminatı vasitəsilə verilənlər bazasından götürülən verilənlər müntəzəm və (və ya) xüsusi hesabatlara çevrilir və qərar qəbul edən mütəxəssislərə (menecerlərə) çatdırılır. Göstərilən informasiyanın alınması üçün verilənlər bazası iki cür verilənlərdən ibarət olmalıdır:

    1. müəssənin apardığı əməliyyatların qiymətləndirilməsi əsasında toplanan verilənlər;

    2. idarəetmə obyektinin(müəssisənin və ya onun funksional bölmələrinin) planlaşdırılmış vəziyyətini təyin edən planlar, standartlar, büdcələr və digər normativ sənədlər.



    Download 0,62 Mb.
    1   2   3   4   5   6   7   8   9   ...   32




    Download 0,62 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Fənn: İnformasiya texnologiyası İmtahan sualları 1 it fənninin əsas anlayışları

    Download 0,62 Mb.